Kimyəvi Pilinqin Faydaları Nələrdir?
Kimyəvi Pilinq aşağıdakı halların müalicəsi üçün istifadə olunur. Kimyəvi pilinqin faydaları aşağıdakı kimidir;
Dərinin canlanması, parlaqlığının artması, yaşlanmanın gecikdirilməsi
Ləkə müalicəsi
Akne çapığı müalicəsi
Nazik qırışların müalicəsi
Kimyəvi Pilinqin Tərkibi Nədir?
Qlikolik asit (Səthi və orta kimyəvi pilinq)
Salisilik asit (Səthi və orta kimyəvi pilinq)
Laktik asit (Səthi və orta kimyəvi pilinq)
Mandelik asit (Səthi və orta kimyəvi pilinq)
Trikloroasetik asit (Dərin pilinq)
Kimyəvi Pilinq Neçə Seans Edilməlidir?
Kimyəvi Pilinq etdirənlər üçün seans fasilələri aşağıdakı kimidir;
Səthi tətbiq edildikdə 2-4 həftə fasilələrlə 4-6 seans
Orta dərinlikdə tətbiq edildikdə 1-2 ay fasilə ilə 2-4 seans
Derin pilinqdə adətən tək seans
Kimyəvi Pilinqdən Əvvəl və Sonra Nələrə Diqqət Edilməlidir?
Kimyəvi pilinqdən əvvəl uyğun xəstəyə uyğun dərinlik təyin edilməli və sağalma müddəti baxımından xəstəyə ətraflı məlumat verilməlidir. Kimyəvi pilinqdən sonra dəri günəşdən möhkəm qorunmalıdır. Günəşdən qoruyucu kremlər hər 3 saatdan bir təkrar çəkilməlidir. Lazım olan xəstələrdə bərpaedici kremlərdən də istifadə edilməlidir.