Home
Chevron Right
Arrow
Liv Bona Dea Hospital Haqqında

Liv haqqında

Liv Bona Dea Hospital Haqqında
İdarə heyəti
Yayınlarımız
Mükafatlar
İnsan resursları
Xəbərlər və tədbirlər
Liv Bona Dea Hospital Haqqında

Liv Bona Dea Hospital 2013-cü ildən Türkiyədə fəaliyyət göstərən "Liv Hospital" şəbəkəsinin ölkə xaricində olan ən önəmli investisiyalarından biridir. Bona Dea beynəlxalq hospitalı isə 2018-ci ildə Azərbaycanda yaradılıb. "Bona Dea" yunan mifologiyasında "şəfa ilahəsi" mənasını verir. 2022-ci ilin iyul ayında hər iki hospital arasında imzalanan müqavilə ilə "Liv Bona Dea Hospital" adıyla fəaliyyət göstərməyə başladıq. Liv Bona Dea Hospital 153 həkim, 803 tibbi və inzibati personal olmaqla, ümumilikdə 956 işçi ilə sizə xidmət göstərir. Əsasən Türkiyədən və dünyanın müxtəlif ölkələrindən dəvət olunan mütəxəssislər, texniklər və tibb bacıları burada Azərbaycan xalqının sağlamlığının keşiyində dururlar.

Liv Bona Dea Hospital Bakı

Liv Bona Dea Hospital Bakı şəhərində, müasir və yüksək keyfiyyətli tibbi xidmətlər təklif edən bir mərkəzdir. Hospitalımızda ürək və damar sağlamlığı, ağciyər sağlamlığı, orqan transplantasiyası, süd vəzi sağlamlığı, qadın sağlamlığı, uşaq sağlamlığı, fizioterapiya və reabilitasiya, ağız və diş sağlamlığı, onurğa sağlamlığı və cərrahiyyəsi, estetik mərkəzlər kimi bir çox sahələrdə xidmətlər göstərilir.

                                               

Xidmətinizdə Olan Klinikalar

Onkoloji klinika

Alqologiya klinikası

Parkinsonizm və hiperkinetik hərəkət pozuntuları klinikası

Qastroenterologiya və hepatologiya şöbəsi

Radiologiya və invaziv radiologiya şöbələri

Anesteziologiya və intensiv terapiya bölməsi

Hematologiya

Laboratoriya və Qan bankı

Yüksək Texnologiya və Avadanlıq

Liv Bona Dea Hospital, ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniya kimi inkişaf etmiş ölkələrin aparıcı şirkətləri tərəfindən istehsal olunmuş yüksək səviyyəli tibbi avadanlıqlar ilə təmin edilmişdir. Yüksək səviyyəli səhiyyə və qonaq xidmətləri istiqamətində xəstələrə keyfiyyətli xidmət göstərmək bizim əsas prioritetimizdir. Gördüyümüz bütün işlərdə mükəmməllik, təhlükəsizliyin təmin olunması, keyfiyyətli tibbi yardım, fərdi öhdəliyə diqqət, xəstələrin, personalın və xidmətlərin müxtəlifliyi, eləcə də informasiya gizliliyinin və məxfiliyinin qorunması Liv Bona Dea brendi olaraq əsas dəyərlərimizdir.

JCI akkreditasiyalı xəstəxananın üstünlükləri ilə tanış olun

JCI akkreditasiyalı xəstəxananın üstünlükləri ilə tanış olun dedikdə, xəstələrin təhlükəsizliyi və tibbi xidmətin keyfiyyəti üçün dünya səviyyəsində qəbul edilən yüksək standartları nəzərdə tuturuq. JCI (Joint Commission International) akkreditasiyasına malik xəstəxanalar xəstələrin təhlükəsizliyini, tibbi xidmətin dəqiqliyini və idarəetmə keyfiyyətini təmin edir. JCI akkreditasiyalı xəstəxana olması, bu müəssisələrin beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun fəaliyyət göstərdiyini göstərir. JCI akkreditasiyası olan xəstəxanalar, xəstələrə göstərilən xidmətin daim yaxşılaşdırılması və hər mərhələdə nəzarətin təmin edilməsi üçün xüsusi protokollar tətbiq edirlər. Bu akkreditasiyanın xəstələr üçün necə mühüm rol oynadığını bilmək istəyirsinizsə,  JCI akkreditasiyalı xəstəxananın üstünlükləri ilə tanış olun. Bu haqda məlumat aldıqdan sonra, xəstəxanaların dünya standartlarına uyğun olaraq müayinə, müalicə və digər tibbi xidmətlər göstərdiyinin təsdiqini tapacaqsınız.

Xidmətlərimiz

7/24 xidmət göstərən dünya səviyyəli və keyfiyyətli səhiyyə müəssisəsi olaraq Liv Bona Dea Hospital-da qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, qabaqcıl onkolojik əməliyyatlar, qabaqcıl ortopedik cərrahiyyə, onurğa cərrahiyyəsi, doğuşdan etibarən hər cür rutin və genetik skrinning testləri, uşaqlar və böyüklər üçün hərtərəfli sağlamlıq xidmətləri, diaqnostika və müalicə xidmətləri mövcuddur. Həmçinin, sağlamlıq risklərinin qiymətləndirilməsi üçün xüsusi check-up proqramlarından fərdiləşdirilmiş üzvlük sistemlərinə, evdə qulluq xidmətləri və onlayn müayinələrə qədər bir sıra xidmətlər təklif olunur. Hospitalımızda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mamalıq-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, otolarinqologiya, oftalmologiya, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, radiasiya diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya və mərkəzi sterilizasiya kimi sağlamlıq xidməti sahələri var. Liv Bona Dea Hospital müxtəlif sahələrdən təcrübəli və mütəxəssis həkimlərdən ibarət konsiliumlarda bir çox xəstəliklərin diaqnostika və müalicəsinə qərar verir. Bu sahədə mütəxəssis olan bir çox həkimin iştirak etdiyi konsiliumların qərarına əsasən, müasir yanaşmalar nəzərə alınaraq ən uyğun müalicə protokolları müəyyən edilir.

                                                         

Liv Bona Dea Əlaqə və Ünvan

Liv Bona Dea ilə əlaqə saxlamaq üçün rəsmi veb saytımızda və ya sosial media hesablarımızda qeyd olunan əlaqə nömrələrindən istifadə edə bilərsiniz.

Ünvan: Mehdi Abbasov 2, Baku, Azerbaijan 1060

Əlaqə:
Çağrı Mərkəzi: 📞900
Telefon nömrəsi: (012) 525 09 00
Whatsapp: +994 50 251 99 01

Liv Bona Dea Hospital Bakıda müasir tibbi xidmətlər və yüksək keyfiyyətli sağlamlıq xidmətləri ilə fərqlənir. Liv Bona Dea beynəlxalq hospitalı, xəstələrin ehtiyaclarına uyğun olaraq geniş çeşiddə tibbi xidmətlər təqdim edir. Liv Bona Dea Hospital Bakıdakı yüksək standartlara uyğun olaraq, hər bir xəstəyə fərdi yanaşma göstərir və onların sağlamlığını qorumaq üçün ən yaxşı müalicə metodlarını tətbiq edir.