Backrgound Image
Home Icon
Arrow
Arrow
Qanda insulin çoxluğu

Qanda insulin çoxluğu

Calendar Icon
28 iyun 2024
Məqalənin məzmunu
  • Qanda insulinin norması
  • İnsulin dirənci 
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

 

 

Qanda insulin səviyyəsinin yüksəlməsi, orqanizmin şəkəri düzgün şəkildə istifadə etmədiyini göstərə bilər. Bu hal tez-tez insulin dirənci və ya 2-ci tip diabet riski ilə əlaqələndirilir. Yüksək insulin səviyyəsi həmçinin artıq çəki, polikistik yumurtalıq sindromu (PKOS), hipertoniya və ürək-damar xəstəlikləri ilə də bağlı olur.

 

Bilməkdə fayda var dediyimiz məlumatlardan biri də odur ki, insulin çoxluğu təkcə şəkərlə bağlı deyil, bu vəziyyət xroniki yorğunluq, qarın piylənməsi və tez-tez aclıq hissi ilə də müşahidə oluna bilir. Qanda insulinin normadan yuxarı olması səbəbi mütləq mütəxəssis nəzarəti və analizlərlə dəqiqləşdirilməlidir.

 

Qanda insulinin norması

Qanda insulin norması, insanın yaşına, fiziki çəkisinə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Bu dəyərləri təyin etmək üçün həkimlər ac qarına qan analizi və ya şəkər yük testi (OGTT) kimi laborator üsullardan istifadə edirlər. Bunun üçün hansı göstəricilər əsas götürülür deyə sual yaranır. 

 

Gəlin normal insulin səviyyəsi haqqında qısa məlumat alaq:

 

  1. Ac qarına: 2.6 – 24.9 µIU/ml (bəzi laboratoriyalarda 2–20 də ola bilər)
  2. Yeməkdən sonra (postprandial): təxminən 50–60 µIU/ml-dək

Doğru nəticələr üçün analiz səhər saatlarında, acqarına və stresssiz vəziyyətdə verilməlidir. Bona Dea Hospitalında bu cür testlər tez və dəqiq şəkildə, həyata keçirilir. Onlayn qeydiyyatla siz bu testlərin verilməsi üçün yazıla və zaman itkisi, gözləmə olmadan rahat şəkildə analizlərinizi verib nəticələri əldə edə bilərsiniz. 

 

📊 İnsulin norması necə hesablanır?

İlk növbədə bilmək lazımdır ki, insulin normasının hesablanması yalnız laborator nəticələrə əsaslanmır. Bu dəyərlər xəstənin yaşı, cinsiyyəti, boyu, çəkisi və həyat tərzi ilə birlikdə qiymətləndirilir. Həkimlər bu göstəricilərə əsaslanaraq insulin balansını analiz edir və ehtiyac varsa müalicə planı hazırlayırlar.

Qanda insulin səviyyəsinin normada qalması diabet, ürək xəstəlikləri və piylənmə kimi ciddi risklərin qarşısını almağa kömək edir. Buna görə də bu göstəriciləri mütəmadi nəzarətdə saxlamaq, sağlamlıq baxımından olduqca önəmlidir.


İnsulin dirənci 

İnsulin dirənci, hüceyrələrin insulinə cavab vermə qabiliyyətinin azalması ilə baş verən bir haldır. Bu zaman insulin ifraz olunsa belə, şəkər hüceyrəyə daxil ola bilmir və qanda toplanır. Nəticədə həm şəkər, həm də insulin yüksəlir. Bu da zamanla 2-ci tip diabetin inkişafına yol açır.

 

İnsulin dirəncinin əlamətləri hansılardır, gəlin birlikdə nəzər salaq:

 

Qarın nahiyəsində piylənmə

Tez-tez aclıq hissi və çəki artımı

Yorğunluq və diqqət dağınıqlığı

Menstrual pozuntular 

 

Əgər sadalanan bu simptomlar müşahidə olunursa, insulin dirənci üçün analiz verilməsi tövsiyə olunur. Unutmayın ki, insulin dirənci erkən mərhələdə aşkarlanarsa, təkcə qidalanma və həyat tərzi dəyişiklikləri ilə tənzimlənə bilər.


İnsulin dirənci analizi qiyməti 💸

İnsulin dirəncini müəyyən etmək üçün əsasən ac qarına insulin və qlükoza analizi aparılır. Bu nəticələr əsasında HOMA-IR indeksi hesablanır. Müasir klinikalarda bu analizlər ümumi paket şəklində təklif olunur və qiymət analiz paketinin tərkibinə görə dəyişir.

 

Bona Dea Hospitalında insulin dirənci analizi verilməsinin üstünlüyü:

 

Sürətli və dəqiq nəticə

Onlayn qeydiyyatla vaxt itkisi olmaması

Təcrübəli endokrinoloqların nəzarəti altında qiymətləndirmə

Əlçatan qiymətlərlə tam tibbi dəstək

 

Əgər sən də insulin səviyyəni yoxlatdırmaq istəyirsənsə, Bona Dea Hospitalına müraciət edə bilərsən. Şəkəri vaxtında yoxla, riski özündən uzaqlaşdır!

 


* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
20 may 2025 09:13:44
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!