Peyvəndin Faydaları
Peyvənd haqqında məlumat almaq üçün insanlar bir çox araşdırmalar edir, müxtəlif mərkəzlərdən və ya tibb işçilərindən məsləhətlər alırlar. Peyvənd, bədənin immun sistemini gücləndirərək müəyyən xəstəliklərə qarşı qoruma təmin edən tibbi prosedurdur. Peyvənd haqqında məlumat araşdırması etsək görərik ki, zərərsizləşdirilmiş mikroorqanizmlərin və ya onların zülallarının insan bədəninə tətbiqi yolu ilə immun reaksiyanı stimulasiya edən bir prosesdir.
Bu proses, bədənin həmin xəstəliklərlə qarşılaşdıqda sürətli və effektiv müdafiə etməsini təmin edir. Peyvəndlər, keçmişdə böyük pandemiyaların qarşısını almaq və müasir səhiyyə sistemində xəstəliklərin yayılmasını minimuma endirmək üçün vacib rol oynamışdır. Peyvənd haqqında məlumat almaq, daha ətraflı izah və doğru tətbiq yollarından faydalanmaq üçün Bona Dea Hospitalına müraciət edə bilərsiniz.
Peyvənd Cədvəli
Peyvənd cədvəli, müxtəlif yaş qrupları üçün tövsiyə olunan peyvəndlərin siyahısını və vurulma zamanlarını əhatə edir. Bu cədvəl, uşaqların və böyüklərin müəyyən xəstəliklərə qarşı vaxtında peyvənd olunmasını təmin etmək üçün hazırlanmışdır. Ən çox istifadə olunan peyvənd cədvəlləri, Ümumdünya Səhiyyə Təşkilatı və yerli səhiyyə təşkilatları tərəfindən müəyyən edilir və bu cədvəllər əhali arasında xəstəliklərin yayılmasının qarşısını almağa yönəlmişdir. Peyvənd cədvəli araşdırması etsək burada bir çox peyvəndlərin adları ilə qarşılaşacağıq. Hər bir valideyin Peyvənd cədvəli əldə edərək övladının sağlamlığına diqqətlə yanaşmalıdır. Unutmayın ki, peyvənd cədvəli ilə siz mütəmadi yoxlanışa getdikdə yaddaş kartı kimi hansı peyvəndin olunduğunu biləcəksiniz və bu sizin işinizi rahatlaşdıracaq.
Uşaqlarda Peyvənddən Sonra Qızdırma
Uşaqlarda peyvənddən sonra qızdırma, immun sisteminin peyvəndə verdiyi normal bir reaksiyadır. Peyvənddən sonra bədənin immun cavabı inkişaf etdikcə, bəzən qızdırma və yüngül narahatlıqlar meydana gələ bilər. Bu, adətən qısa müddətli və zərərsizdir. Uşaqlarda peyvənddən sonra qızdırma, uşağın bədəninin peyvəndə qarşı immunitet yaratdığını göstərir və bir neçə gün ərzində öz-özünə keçir. Uşaqlarda peyvənddən sonra qızdırma yarandığı halda tibbi mütəxəssisə müraciət edərək qızdırmanı idarə etmək və aşağı salmaq üçün tədbirlər görə bilərsiniz.
Uşaqlara Vurulan Peyvəndlər
Uşaqlara vurulan peyvəndlər, onların sağlamlığını qorumaq üçün vacibdir. Bu peyvəndlər arasında BCG, hepatit B, polio, DTP, Hib, pnevmokok və rotavirus peyvəndləri yer alır. Uşaqlara vurulan peyvəndlər, müəyyən xəstəliklərə qarşı qoruma təmin edir və uşaqların immun sistemini gücləndirir. Müntəzəm peyvəndlər, uşaqların sağlamlığını qorumaq və xəstəliklərin yayılmasını minimuma endirmək üçün vacibdir. Uşaqlara vurulan peyvəndlər haqqında daha ətraflı Bona Dea Hospitalından əldə edə bilərsiniz.
Peyvənddən Sonra Nə Etməli
Peyvənddən sonra nə etməli sualının cavabı, uşağın rahatlığını təmin etmək və yan təsirləri yüngülləşdirmək üçün bəzi məsləhətləri əhatə edir. İlk olaraq, uşağın bol maye içməsini təmin etmək vacibdir. Peyvənddən sonra nə etməli sualının cabaı olaraq deyə bilərik ki, peyvənd yerini yüngülcə masaj etmək və lazım gələrsə, həkim məsləhəti ilə ağrı kəsici dərmanlar istifadə etmək mümkündür. Peyvənddən sonra hər hansı ciddi yan təsir müşahidə olunarsa, dərhal həkimə müraciət etmək vacibdir. Peyvənddən sonra nə etməli olduğunuzu bilmirsinizsə Bona Dea Hospitalının peşəkar tibb işçilərinə övladlarınızın peyvəndini həvalə edə bilərsiniz. Onlar bütün lazımi tədbirlər haqqında sizə ətraflı məlumat verəcək və sizin narahatlığınızı aradan qaldıracaqlar.
Peyvəndin Fəsadları
Peyvəndin fəsadları adətən yüngül və keçicidir. Bu fəsadlar arasında peyvənd yerində ağrı, şişkinlik, qızarıqlıq və yüngül qızdırma yer alır. Peyvəndin fəsadları arasında nadir hallarda, allergik reaksiyalar və ya daha ciddi yan təsirlər meydana gələ bilər. Lakin, peyvəndin fəsadları nadirdir və əksər hallarda peyvəndin faydaları yan təsirlərindən qat-qat üstündür. Peyvəndlər, ciddi xəstəliklərə qarşı uzunmüddətli qoruma təmin edir və geniş yayılmanın qarşısını alır. Peyvəndin fəsadları ilə bağlı narahatlığnız varsa o zaman bizə müraciət edin və əminliklə peyvəndlərin olunmasını həyata keçirin.
ADS Peyvəndi Nədir?
ADS peyvəndi nədir sualına cavab olaraq, difteriya və tetanus xəstəliklərinə qarşı qoruma təmin edən bir peyvənddir deyə bilərik. Bu peyvənd, adətən uşaqlıqda vurulur və böyüklərdə də gücləndirici dozalar şəklində təyin edilir. ADS peyvəndi, bu iki ciddi xəstəliyin qarşısını almaq və onların ağırlaşmalarını minimuma endirmək üçün vacibdir. Peyvənd, immun sistemi stimullaşdıraraq xəstəliklərin yayılmasının qarşısını alır və cəmiyyətdə ümumi sağlamlığı təmin edir. Siz də gələcəkdə yarana biləcək xəstəliklərə qarşı qorunmaq istəyirsinizsə, o zaman zaman itirmədən ADS peyvəndi vurdurun. Bu immun sisteminizdə xoşagəlməz xəstəliklərə qarşı müqavimət yaradacaq.
AKDS Peyvəndi-AKDS peyvəndi, difteriya, tetanus və boğmaca xəstəliklərinə qarşı qoruma təmin edir. Bu peyvənd, körpəlik dövründə və uşaqlıqda bir neçə dozada vurulur və xəstəliklərin qarşısını almaq üçün effektivdir. AKDS peyvəndi, immun sistemin bu xəstəliklərə qarşı güclü müdafiə yaratmasını təmin edir və ağır fəsadların qarşısını alır.
BCG Peyvəndi-BCG peyvəndi, vərəm xəstəliyinə qarşı qoruma təmin edir. Bu peyvənd adətən doğumdan sonra erkən yaşda vurulur və vərəm infeksiyasına qarşı uzunmüddətli immunitet yaradır. BCG peyvəndi, vərəmin ağır formalarına qarşı xüsusi qoruma təmin edir və infeksiyanın yayılmasının qarşısını alır.
Bona Dea Hospitalı, peyvənd proqramları və uşaqların sağlamlığını qorumaq üçün geniş çeşidli xidmətlər təklif edir. Müasir tibbi avadanlıqlar və təcrübəli mütəxəssislər, uşaqlarınızın sağlamlığı üçün ən yaxşı qayğını təmin edir.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .