Home Icon
Arrow
Qaraciyər Xərçəngi

Qaraciyər Xərçəngi

Qaraciyər biopsiyası zamanı qaraciyərdən toxuma nümunəsi götürülür və mikroskop altında araşdırılır.

Qaraciyər Xərçəngi

Simptomları Nələrdir?

Qarında şişkinlik

Dəridə saralma

Qaşıntı

Qəfil çəki itkiləri

Həftələrlə davam edən iştahsızlık

Çox az yeməyə baxmayaraq yeməkdən sonra toxluq və şişkinlik hissi

Gecələr tərləmə

Ümumi sağlamlığın qəfil pisləşməsi

Sidiyin rəngində tündləşmə və solğun rəngli nəcis

Qarının yuxarı sağ hissəsindən başlayaraq kürəyə vuran ağrılar

Qızdırma

Diaqnoz Necə Qoyulur?

Diaqnoz qoymaq üçün ilk addım müayinədir. Bu müayinədə qarın daxilindəki qaraciyər və dalaq kimi orqanlarda böyümələr, assit deyilən maye yığılması, dəri və gözlərdə saralmalar aşkar edilir. Qan analizləri də qaraciyərdə disfunksiyaları aşkar edə bilər. Ultrasəs, KT skan və MRT kimi görüntüləmə testləri tələb oluna bilər. Bundan əlavə, analiz məqsədilə qaraciyərdən toxuma nümunəsi götürülə bilər. Qaraciyər biopsiyası zamanı qaraciyərdən toxuma nümunəsi götürülür və mikroskop altında araşdırılır. Xərçəng diaqnozu qoyularsa, orqanizmdə xəstəliyin yayılma dərəcəsini anlamaq və müalicə üsuluna qərar vermək üçün xəstəliyin mərhələsi müəyyənləşdirilir. Mərhələnin müəyyən edilməsi kompüter tomoqrafiyası və maqnit rezonans görüntüləmə köməyi ilə edilə bilər və ya bəzən laparoskopiya deyilən müdaxilə ilə ümumi anesteziya altında edilə bilər.

Müalicə Necə Edilir?

Qaraciyər xərçənglərində müxtəlif müalicə üsulları mövcuddur. Müalicəni planlaşdırarkən xərçəngin mərhələsi və qaraciyərin qalan hissəsinin sağlamlığı vacib faktordur.

Qaraciyər xərçəngində müalicə variantları

Cərrahi müdaxilə (hissəvi hepatektomiya və ya qaraciyər transplantasiyası)

Ablasiya və ya embolizasiya kimi regional müalicələr

Kimyaterapiya və hədəf yönümlü müalicə

Radioterapiya

Birləşdirilərək də müalicə tətbiq oluna bilər.

Bəzi xəstələrdə bu müalicələr birləşdirilərək tətbiq oluna bilər. Birinci üsul cərrahi müalicədir. Ancaq cərrahi müalicə hər xəstəyə tətbiq oluna bilməz. Bu, qaraciyərin şiş tərkibi ilə bağlıdır. Əgər qaraciyərdə şiş tərkibi çox yüksəkdirsə, birdən çox lezyon varsa və əməliyyatdan sonra qalan qaraciyər toxuması xəstəyə kifayət etməyəcəksə, bu xəstələrə birbaşa cərrahi müalicə tətbiq edilmir. KT müşaiyətində qaraciyərin həcmi hesablanır. Əvvəlcə rezeksiya ediləcək qaraciyər tərəfində portal vena embolizasiyası aparılır. 4-6 həftə ərzində qalacaq olan qaraciyər payında böyümə əldə edilir. Sonra, əməliyyatdan sonra qaraciyər çatışmazlığının olmaması üçün əməliyyat aparılır. Cərrahi müalicə tətbiq edilə bilməyən xəstə qrupları üçün kimyaterapiya və spesifik dərman müalicəsi digər variantlardır. Metastatik lezyonlar üçün radioembolizasiya üsulu tətbiq edilir. Radioembolizasiya üsulunda; radioaktiv maddələrlə işarələnmiş 20-50 mikron ölçülü kürəciklərlə birbaşa qaraciyəri qidalandıran arteriya yoluna çataraq müalicə tətbiq edilir.

Müalicədən sonra xəstəni nə gözləyir?

Müalicə prosesini tamamladıqdan sonra xəstələr müəyyən aralıqlarla təqib edilməlidirlər. Təqib müddətində qaraciyər və qarındaxili orqanlar ultrasəs, kompüter tomoqrafiyası və ya maqnit rezonans görüntüləmə üsullarından istifadə edilərək müalicədən sonra xəstəliyin gedişinə nəzarət edilir. Xərçəng hallarının təkrarlanması adətən iki-üç il ərzində baş verə bilər. Təkrarlanan hallarda xərçəngin vəziyyətinə uyğun müalicə üsulu ilə müdaxilə edilir.