Alqologiya Nədir - Alqoloq Kimdir - LİV BONA DEA - da
Son yeniləmə tarixi: 11.12.2024 16:14:20
Ağrı Klinikası (Alqologiya)
Liv Bona Dea Hospital Ağrı Klinikası; Onurğa və migrenin müalicəsində istifadə edilən ağrı batareyaları kimi qabaqcıl diaqnoz və müalicə prosedurları ilə beynəlxalq standartlarda xidmətlər təqdim edir. Baş, boyun, bel, kürək, çiyin və diz kimi xroniki ağrıları idarə etmək və xəstənin ən yaxşı şəkildə həyatına davam etməsini təmin etmək məqsədi daşıyan Liv Bona Dea Hospital Ağrı Klinikasında miqren batareyası proseduru müvəffəqiyyətlə icra edilir.
Ağrının İdarə Edilməsi ilə Həyat Keyfiyyəti Yaxşılaşır
Liv Bona Dea Hospital Ağrı Klinikası, yaşanan ağrıları idarə etməyi və xəstənin ən yaxşı şəkildə həyatına davam etməsini təmin etməyi hədəfləyir. Klinika tərəfindən tətbiq edilən müalicələrlə xəstələr həyat keyfiyyətini pozmadan normal həyatlarına davam edə bilir.
Ağrı Klinikası Hansı Sahələrdə Xidmət göstərir?
Qan dövranı çatışmazlığından qaynaqlanan periferik damar xəstəlikləri səbəbindən ağrı
Disk yırtığı ilə bağlı bel-ayaq ağrısı və boyun yırtığı ilə bağlı boyun-qol ağrıları
Fibromialgiya səbəbindən boyun və bel ağrıları
Miqren və gərginlik tipli baş ağrıları
Zona xəstəliyi ilə bağlı ağrılar
Xərçəng ağrıları
Onurğa beyninin zədələnməsi nəticəsində yaranan ağrılar,
Bel və ya boyun nahiyəsində əməliyyatdan sonra yaranan yapışmalara (fibroz) görə sinir kökünün sıxılması nəticəsində yaranan ağrı
Qol və ayağın kəsilməsi (amputasiyası) nəticəsində yaranan fantom ağrısı
Diabet kimi səbəblərdən qaynaqlanan periferik neyropatiya ağrıları
Qan dövranı çatışmazlığı nəticəsində yaranan periferik damar xəstəlikləri ilə bağlı ağrılar