Anesteziologiya ve İntensiv Terapiya

Son yeniləmə tarixi: 23.08.2024 08:18:19

Anesteziologiya və intensiv terapiya

Liv Bona Dea Hospital Anesteziya və Reanimasiya Klinikasında anesteziologiya mütəxəssisləri diaqnoz, tibbi müalicə və xəstələrin həyat keyfiyyətini artırmaq üçün digər bölmələrlə tam inteqrasiyalı şəkildə tibbi xidmət göstərir.

Anesteziya və Reanimasiya Bölməsində Göstərilən Əsas Xidmətlər

Əməliyyatdan əvvəl bütün xəstələr anestezioloq tərəfindən dəyərləndirilir. Anesteziya və cərrahiyyə baxımdan risk daşıyan xəstələrin anesteziya planı bölmənin məsul həkim anestezioloqu ilə müzakirə olunduqdan sonra tərtib olunur. Anesteziya üsulları xəstələrə izah olunur və icazələri mütləq şəkildə alındıqdan sonra prosedur həyata keçirilir. Həkim anestezioloqların xidmət göstərdiyi sahələrdən birincisi əməliyyatxanadır.

Anesteziya və Reanimasiya Hansı Prosedurlardan İbarətdir?

Həkim anestezioloq, öz ixtisası üzrə təcrübəli mütəxəssis həkim anestezioloqlar tərəfindən müdaxilədən əvvəl aparılan tibbi dəyərləndirmə ilə müdaxilə zamanı və müdaxilədən sonra ağrının müalicəsi və bütün həyati funksiyaların təqibini özündə birləşdirir. Diaqnostik və ya terapevtik müdaxilələrdə analgeziya və sedasiya, günlük cərrahi anesteziya, ağrısız doğuş, körpə və uşaqlarda anesteziya, bütün cərrahi bölmələrdə anesteziya prosedurlarını əhatə edir.

Regional Anesteziya Necə Həyata Keçirilir?

Regional anesteziya üsulları üçün əməliyyatxanamızda ultrasonoqrafiya cihazında da istifadə olunur. Əməliyyatxanamızda ümumi cərrahiyyə, doğuş və uroloji əməliyyatlar üçün ən son teknologiya olan “Da Vinci surgical system HD” və ortopedik diz protezi əməliyyatlarında “MAKO Rio Robotik orthopedic system” mövcuddur. Bu xüsusiyyətlərə malik əməliyyatlarda mütəxəssis anestezioloqlar xəstələrin təhlükəsizliyi üçün anesteziyanın bütün texnoloji imkanlarını və əməliyyat sonrası xəstələrin ağrı hiss etməmələri üçün lazımi üsulları (regional anesteziya üsulları və xəstə tərəfindən idarə olunan analgeziya) tətbiq edirlər. Piylənmə cərrahiyyəsi və ya qulaq-burun-boğaz əməliyyatlarında xüsusi hava yolunun açıqlığını təmin edən cihazlar əməliyyatxanada həkim anestezioloq tərəfindən istifadə olunur.

Anesteziya və Reanimasiya Bölməsində Dünya Standartlarına Uyğun Prosedurlar

Anesteziya və Reanimasiya Klinikası; elm və texnologiyanın əldə etdiyi ən son addımları özündə cəmləşdirən texnoloji infrastruktur avadanlıqlarına və yüksək elmi bacarıqlara, öz ixtisası üzrə peşəkar bir komandaya malikdir. Komandamız; ürək cərrahiyyəsi, beyin cərrahiyyəsi, uşaq cərrahiyyəsi, doğuş, ortopedik cərrahiyyə, döş qəfəsi cərrahiyyəsi, damar cərrahiyyəsi, qulaq-burun-boğaz, urologiya və oftalmologiya kimi bütün bölmələrdə lazımi anesteziya prosedurlarını dünya standartlarına uyğun həyata keçirir.

Anesteziya Üsulları:

Ümumi anesteziya,

Regional anesteziya üsulları

Epidural anesteziya,

Spinal anesteziya,

Kompleks spinal epidural anesteziya,

Üst ətrafların əməliyyatlarında tətbiq olunan, sadəcə əməliyyat nahiyyəsinin keyidildiyi anesteziya üsulları

Anesteziya və Reanimasiya Klinikasında əməliyyatdan sonra xəstələrin ağrı hiss etmələrinin qarşısını almaq üçün istifadə olunan xəstə tərəfindən idarə olunan ağrıkəsici funksiyasını təmin edən ağrı pompaları tibbi mütəxəssislərin uğurla tətbiq etdikləri xidmətlər arasında mövcuddur.

Anesteziya və Reanimasiya Bölməsində Keyfiyyətli və Etibarlı Xidmət

Əməliyyatxanamız 8 əməliyyat otağından ibarətdir, əməliyyatxana otaqları yüksək texnoloji infrastruktur ilə müasir dövrümüzün tələblərinə cavab verən bütün imkanları xəstələrimizə təqdim edir. Bu xüsusiyyətlər eyni zamanda tam və keyfiyyətli anesteziya xidmətinin göstərilməsinə imkan yaradır.

Anesteziya və Reanimasiya Bölməsində Təcrübə və Texnika Bir Arada

Anesteziya və Reanimasiya Klinikamız; yaş aralığı 0-100, çəki aralığı 2-215 kq kimi çox fərqli xəstə qrupuna xidmət göstərə bilir. Xəstələrin böyük əksəriyyətini xərçəng cərrahiyyəsi əhatə etdiyi üçün bu xəstələrdə həm yanaşı gedən digər sağlamlıq problemləri, həm də uzun müddət davam edən (10-17 saat) əməliyyatlar səbəbilə anesteziya texnikaları və prosedurları xüsusi əhəmiyyət kəsb edir. Anesteziya komandası həm təcrübə, həm də texniki avadanlıq cəhətdən bu xəstələrə hər cür xidmət göstərə bilir. Xəstələrə anesteziyadan başqa regional anesteziya üsulları da (spinal blok, epidural blok, kompleks spino-epidural blok, əl-qol əməliyyatlarında sadəcə nahiyyənin keyləşdirilməsi kimi) asanlıqla tətbiq olunur.
Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow