Backrgound Image
Home Icon
Arrow
Arrow
Anoreksiya nədir? Nevrotik anoreksiyanın əsas mahiyyəti

Anoreksiya nədir? Nevrotik anoreksiyanın əsas mahiyyəti

Calendar Icon
18 iyul 2025
Məqalənin məzmunu
  • Nevrotik anoreksiya hansı yaşlarda daha çox rast gəlinir?
  • Anoreksiya əlamətləri🔍 
  • Nevrotik anoreksiya necə müalicə olunur?
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Anoreksiya, xüsusilə də nevrotik anoreksiya qida qəbuluna qarşı qorxulu bir münasibət və çəkidən obsesiv şəkildə çəkinmək kimi ortaya çıxan ciddi bir psixi pozuntudur. Bu vəziyyətdə olan şəxslər, real çəkilərindən asılı olmayaraq, daim özlərini kök hesab edir və yeməkdən imtina etməyə başlayırlar.

Bədən çəki indeksləri təhlükəli dərəcədə azalır, lakin onlar hələ də arıqlamaq istəyirlər. Nevrotik anoreksiya, əsasən emosional və psixoloji gərginlik fonunda yaranır. Şəxsin öz bədəni ilə bağlı narazılığı, sosial təzyiqlər və özünü təsdiqləmə ehtiyacı bu xəstəliyin yaranmasına zəmin yaradır. Anoreksiya təkcə fiziki yox, həm də psixoloji baxımdan çox təhlükəli vəziyyətdir və ciddi yanaşma tələb edir.

Nevrotik anoreksiya hansı yaşlarda daha çox rast gəlinir?

Ən çox yeniyetmə dövründə və erkən gənclik illərində rast gəlinən nevrotik anoreksiya, 12-25 yaş arası qızlar arasında daha geniş yayılıb. Bu yaş aralığı, həm hormonal dəyişikliklər, həm də şəxsiyyətin formalaşdığı dövr olduğu üçün risk daha yüksək olur. Bu dövrdə insan özünü cəmiyyətə qəbul etdirmək, gözəl görünmək və bəyənilmək istəyir. Sosial mediada formalaşan qeyri-realist gözəllik standartları da bu təzyiqləri daha da artırır. Əgər bu mərhələdə ailə və məktəb mühiti dəstəkləyici olmazsa, yeniyetmələr öz bədənlərinə qarşı aqressiv münasibət göstərə bilər və bu da nevrotik anoreksiyaya yol aça bilər.

Anoreksiya əlamətləri🔍 

Qeyd etmək lazımdır ki, anoreksiya əlamətləri erkən mərhələdə tanınarsa, müalicəyə vaxtında başlamaq mümkündür. Ailə üzvləri və müəllimlər bu dəyişiklikləri müşahidə edərək vaxtında dəstək göstərə bilərlər. Anoreksiya əlamətlərini erkən mərhələdə tanımaq mümkündürmü? Bu suala cavab olaraq sizə bir neçə əlamətlər sadalayacağıq:

  • Yeməkdən imtina və porsiyaların azaldılması
  • Çəkiyə qarşı həssas yanaşma və tez-tez tərəziyə çıxmaq
  • Güzgüdə özünə baxdıqda daha da arıqlamaq istəyi
  • Geyimlə bədəni gizlətməyə çalışmaq
  • Halsızlıq, enerji azlığı və fiziki zəiflik
  • Sosial təmasdan qaçmaq və qapanmaq

Bu əlamətlərin müşahidə edilməsi halında vaxt itirmədən psixoloq və ya psixiatr dəstəyi almaq vacibdir.

 

Nevrotik anoreksiya necə müalicə olunur?

Nevrotik anoreksiyanın müalicəsi çoxşaxəlidir və yalnız bir sahənin müdaxiləsi ilə kifayətlənmir. Burada həm psixoloji, həm də tibbi dəstək paralel şəkildə aparılmalıdır. Müalicə üçün əsas mərhələlər bunlardır:

 

  • Psixoterapiya: Xəstənin öz bədəni və qidalanma ilə bağlı fikirləri dəyişdirilir. Koqnitiv davranış terapiyası bu baxımdan ən effektiv üsullardandır.
  • Ailə terapiyası: Ailə üzvləri ilə birlikdə çalışmaq, dəstəyin artırılması və yanlış davranışların korreksiyası üçün faydalıdır.
  • Qidalanma planı: Professional dietoloq tərəfindən hazırlanmış fərdi qidalanma proqramı tətbiq edilir.
  • Dərman dəstəyi: Əgər şəxs depressiya və ya təşviş pozuntusu ilə qarşılaşıbsa, psixiatr tərəfindən dərman müalicəsi verilə bilər.

 

Vaxtında və doğru yanaşma ilə nevrotik anoreksiyanın qarşısını almaq və tam sağalmaq mümkündür. Əsas olan erkən diaqnoz və davamlı dəstəkdir!



* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
18 iyul 2025 08:42:25
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!