B2 vitamini, yəni Riboflavin haqqında ümumi məlumat
B2 vitamini, digər adı ilə riboflavin kimi tanınan, bədənin enerji istehsalı, maddələr mübadiləsi və hüceyrə funksiyalarının düzgün fəaliyyəti üçün əvəzolunmaz rol oynayan və ən əsası suda həll olan bir vitamindir. Bu vitamin zülal, yağ və karbohidratların parçalanmasında iştirak edərək enerji çevrimində mühüm rol oynayır.
Eyni zamanda dəri, gözlər və sinir sistemi üçün də dəstəkləyici təsirə malikdir. Riboflavin hüceyrələrin böyüməsi və bərpasında da vacib yer tutur. Bona Dea Hospitalı sizin üçün B2 vitamini ilə bağlı müayinələr və həkim məsləhətləri təklif edir. Xüsusi qeyd etmək istəyirik ki, burada siz onlayn qeydiyyatla həkimlə əlaqə saxlaya və vitamin səviyyəsini yoxlada bilərsiniz.
B2 vitamini faydaları
B2 vitamini orqanizmin ümumi sağlamlığı üçün bir çox faydalı funksiyalar yerinə yetirir:
- Karbohidratları enerjiyə çevirməkdə iştirak edir
- Güclü antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikallardan qoruyur
- Göz sağlamlığını dəstəkləyir və katarakta qarşı qoruyucu təsir göstərir
- Dərinin və saçların sağlam qalmasını təmin edir
- Sinir sistemi və toxumaların sağlam inkişafını təşviq edir.
Bona Dea Hospitalı bu vitaminin faydaları ilə bağlı detallı müayinələr və məsləhət xidməti göstərir.
B2 vitamini nə edir? Onun normadan çox olması zərərlidirmi?
Yuxarıda qeyd etdiyimiz kimi B2 vitamini, hüceyrə yenilənməsi və antioksidant müdafiə sistemində mühüm rol oynayır. Normal hallarda riboflavin bədəndə yığılmadığı üçün bu vitaminin artıqlığı sidik vasitəsilə xaric olunur. Lakin çox yüksək dozada qəbul edildikdə nadir hallarda baş ağrısı, qarın ağrısı və ya sidiyin rəngində dəyişiklik müşahidə oluna bilər. Bona Dea Hospitalında B2 vitamininin miqdarının təyinatı və düzgün dozada istifadəsi ilə bağlı tibbi məsləhət almaq mümkündür.
B2 vitamini nələrdə var?
Aşağıda qeyd edəcəyimiz məhsullar həm B2 vitamini, həm də digər B qrupu vitaminləri ilə zəngindir. Gündəlik rasiona bu qidaları daxil edərək yaddaş, enerji və immun sistemini gücləndirmək mümkündür. B2 vitaminini təbii yolla qəbul etmək üçün gündəlik rasiona aşağıdakı qidaları əlavə etmək tövsiyə olunur:
🥛 Süd və süd məhsulları: yəni qatıq, pendir, süd, kəsmik
🍖 Ət və balıq məhsulları: yəni dana qaraciyəri, toyuq, balıq
🥚 Yumurta, xüsusilə də yumurta sarısı
🥬 Yaşıl yarpaqlı tərəvəzlər: yəni ispanaq, brokoli, kələm
🌾 Taxıl məhsulları sırasına daxil olan: yulaf, buğda, çovdar
Bu məhsulların balanslı şəkildə istehlakı B2 vitamini səviyyəsini qorumağa kömək edir. Bona Dea Hospitalı qidalanma məsləhətləri və vitamin müayinələri təqdim edərək sizi saha sağlam həyata təşviq edir. Mütəxəssis və peşəkar həkimlərimiz bu yolda hər zaman sizin xidmətinizdədir. Hər zaman sağlam qalmaq diləyi ilə!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .