Kolit nədir?
Kolit nədir, sualına cavabı gəlin birlikdə araşdıraq. Yoğun bağırsağın iltihablanması ilə xarakterizə olunan bu xəstəlik növünə kolit deyilir. Bağırsaq divarlarının zədələnməsi ilə xarakterizə olunan bu xəstəlik zamanı həzm prosesi də pisləşir və müəyyən problemlər yaranır. Kolitin yaranma səbəbləri fərqli ola bilər. Bu səbəblər içərisində infeksiyalar, otoimmün xəstəliklər, stres və hətta bəzi dərmanlar yer alır ki, bütün bunlar bağırsaq iltihabını tətikləyə bilər. Kolit zamanı bağırsağın funksiyaları pozulduğundan qida həzmi və qida maddələrinin sorulması çətinləşir. Kolitin növləri arasında xoralı kolit, xroniki kolit və ya infeksion kolit kimi müxtəlif formalar mövcuddur.
Bağırsaqda Kolit müalicəsi
Kolitin müalicəsi fərdi olaraq planlaşdırılmalıdır. Bu müalicə metodları xəstəliyin növündən, şiddətindən asılı olaraq dəyişə bilər. Müalicə zamanı əsas məqsəd iltihabı azaltmaq və xəstəliyin əlamətlərini idarə etməkdir. Tibbi müalicədə iltihab əleyhinə preparatlar, antibiotiklər və bəzi hallarda steroidlər təyin olunur. Ancaq bununla yanaşı, kolitin təbii yolla müalicəsi də geniş tətbiq edilir. Probiotiklər bağırsaq florasını bərpa edir, zəncəfil və sarıkök kimi iltihab əleyhinə təsir göstərən inqridientlər isə simptomları yüngülləşdirməyə kömək olur. Həkimlər həmçinin xəstələr üçün bağırsaq hərəkətlərini tənzimləyən xüsusi pəhrizlər təyin edə bilərlər. Düzgün qidalanma kolitin müalicəsində mühüm rol oynayır. Müalicə zamanı həkimlə müntəzəm əlaqədə olmaq və fərdi müalicə planına əməl etmək vacibdir. Bu zaman xəstəliklə daha yaxşı mübarizə apara və sağlamlığınızı tez zamanda bərpa edə bilərsiniz.
Xoralı Kolit əlamətləri
Xoralı kolit nədir və onun əlamətləri nələrdir? Xoralı kolit, yoğun bağırsaqda yaranan xroniki iltihabi xəstəlikdir. Bu xəstəliyin əsas əlamətlərdən biri qanlı və ya selikli ishaldır. Bununla yanaşı, xəstələr qarın ağrıları, yorğunluq və kilo itkisi ilə üzləşirlər. Bağırsaq hərəkətlərində artım və tez-tez ayaq yoluna getmə ehtiyacı da xoralı kolitin göstəricilərindən biridir. Xoralı kolitin şiddətindən asılı olaraq, əlamətlər yüngül və ya ağır ola bilər. Bu xəstəlik vaxtında diaqnoz və müalicə edilməzsə, bağırsaq perforasiyası və ya yoğun bağırsaq xərçəngi kimi ciddi ağırlaşmalara gətirib çıxara bilər.
Xroniki Kolit
Adından da göründüyü kimi Xroniki kolit uzun müddət davam edən və xəstənin həyat keyfiyyətini azalda bilən bağırsaq xəstəliklərindən biridir. Bu vəziyyət bağırsaq divarının mütəmadi olaraq iltihablanması ilə xarakterizə olunur. Kolit xəstəliyi nədir sualına cavab olaraq, həzm sistemində balanssızlıq və bağırsaq funksiyalarının pozulması ilə müşayiət olunan bir problem olduğunu deyə bilərik. Bəs xroniki kolitin müalicəsi necə olmalıdır? Bu proses əsasən iltihabın idarə olunması və simptomların yüngülləşdirilməsinə yönəlməlidir. Həkimlər bu xəstəlikdən əziyyət çəkənlərə xüsusi pəhrizlər, dərman preparatları və bəzən fiziki terapiya tövsiyə edirlər. Həmçinin xüsusi olaraq qeyd etmək lazımdır ki, stressin azaldılması və həyat tərzinin dəyişdirilməsi də xroniki kolitin idarə olunmasında mühüm rol oynayır.
Kolit xəstəliyi zamanı qidalanma
Xəstəliyin simptomlarını yüngülləşdirməyə və bağırsağın funksiyasını bərpa etməyə kömək edən başlıca amil düzgün qidalanmadır. Kolit zamanı pəhriz xüsusi olaraq iltihabı azaltmağa kömək edir. Bu hallarda bağırsağı qıcıqlandırmayan yüngül qidalar qəbul etmək tövsiyə olunur. Yulaf əzməsi, qaynadılmış tərəvəzlər, banan və probiotik məhsullar bu pəhrizin əsasını təşkil edir. Südlü məhsullar, yağlı və qızardılmış qidalar isə pəhrizdən çıxarılmalıdır. Qidalanma zamanı həmçinin bol su içmək və həddindən artıq şəkər qəbulundan çəkinmək vacibdir. Həkim məsləhəti ilə pəhrizə xüsusi əlavələr, məsələn, Omega-3 yağ turşuları və prebiotiklər daxil edilə bilər.
Yoğun bağırsağın iltihabı zamanı nə etməli?
Yoğun bağırsağın iltihabı zamanı nə etməliyik sualı olduqca vacibdir. Bunun üçün vaxtında tədbirlər görmək çox önəmlidir. Bu formada xəstəliklərin müalicəsinin ləngiməsi ağır problemlərə yol aça bilər. İlk addım olaraq həkimə müraciət etmək və dəqiq diaqnoz qoymaqdır. Kolit üçün dərmanlar, xüsusilə iltihabı azaldan preparatlar və bağırsaq hərəkətlərini tənzimləyən vasitələr bu vəziyyətin müalicəsində sizə kömək olacaq. Hər bir şəxs bağırsaq sağlamlığını qorumaq üçün qidalanma rejiminə riayət etməli, stressi idarə etməyi bacarmalı və fiziki aktivliyi artırmalıdır. Bu xəstəliyin əlamətləri və ya hər hansı bir simptom hiss etdikdə, vaxt itirmədən həkimlə məsləhətləşmək vacibdir. Sağlam bağırsaqlar üçün həm tibbi müalicə, həm də həyat tərzi dəyişiklikləri harmonik şəkildə həyata keçirilməlidir ki, nəticəsi yaxşı və effektiv olsun.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .