Beyində oksigen çatışmazlığı əlamətləri
Bilirsənmi, beynimiz bədənimizdə ən çox oksigenə ehtiyac duyan orqanlardan biridir? Beyində oksigen çatışmazlığı baş verdikdə, ilk olaraq sinir sistemi təsirlənir və bu bir çox narahatedici əlamətlərlə özünü göstərə bilir:
🔹 Beyin kifayət qədər oksigen almadıqda, tarazlıq və güc itkisi yaşana bilər. Bu da başgicəllənməyə səbəb olur.
🔹 Oksigen çatışmazlığı beyinin normal fəaliyyətinə mane olur ki, bu zaman şüurun qarışması və yaddaş problemlərinə gətirib çıxarır.
🔹Beyin oksigen çatışmazlığını kompensasiya etmək üçün tənəffüs tezliyini artırır və nəfəs darlığı ilə müşahidə olunan təngnəfəslik yaranır.
🔹Kifayət qədər oksigen olmadıqda, insan daim yorğun olur və özünü halsız hiss edir.
Əgər bu əlamətlər uzunmüddətli davam edirsə, ciddi sağlamlıq problemlərinin qarşısını almaq üçün mütləq həkimə müraciət etməlisiniz!
Beyində oksigen çatışmazlığı müalicəsi
Beyində oksigen çatışmazlığı nədir? Bu, beyin hüceyrələrinin kifayət qədər oksigen ala bilməməsi nəticəsində normal funksiyalarını yerinə yetirə bilməməsidir. Bu vəziyyət beyinə qan axınının zəifləməsi, tənəffüs problemləri və ya damar tıxanıqlığı səbəbindən yarana bilər. Hansı müalicə metodları var:
✅ Oksigen terapiyası qan dövranında oksigen səviyyəsini artırmaq üçün istifadə olunur.
✅ Qan dövranını yaxşılaşdıran dərmanlar beyinə gedən qan axınını artıraraq oksigen çatışmazlığını azaldır.
✅ Fiziki fəaliyyət və nəfəs məşqləri qan dövranını stimullaşdırır və oksigenin beyinə çatmasını asanlaşdırır.
✅ Antioksidantlarla zəngin qidalar beyin sağlamlığı üçün vacibdir.
Erkən müdaxilə və müalicə beyinin normal fəaliyyətini qorumağa kömək edir. Sadalanan metodlardan istifadə edərək müalicə almaq olar ancaq bir halda ki, bu müalicəni həkim nəzarəti ilə edəsiniz!
Beyinin oksigensiz qalmasının yarada biləcəyi fəsadlar
Beyinə oksigen niyə getmir? Bu, bir çox səbəbdən baş verə bilər. Məsələn, beyinə qan axınının dayanması oksigen çatışmazlığına səbəb olur. Hərəkətsizlik xüsusilə yaşlı insanlarda qan dövranının zəifləməsinə yol açır. Yaxud, oksigenin bədənə kifayət qədər daxil olmaması beynin zədələnməsinə səbəb ola bilər. Hətta qeyd edə bilərik ki, bəzi kimyəvi maddələr də oksigenin beyinə daşınmasını məhdudlaşdıra bilir. Sadalananlardan yola çıxaraq qeyd edə bilərik ki, hansı hallarda beyin oksigensiz qala və ya oksigen qəbulunda çətinlik çəkə bilir:
- Damar tıxanıqlığı və ya insult
- Uzun müddət hərəkətsizlik
- Ağciyər və tənəffüs problemləri
- Zəhərlənmə və ya dərmanların yan təsirləri
Oksigensiz qalan beyin hüceyrələri sürətlə məhv olur və bu, ciddi nəticələrə səbəb olur:
🔻 Yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi
🔻 Nitq problemləri və hərəkət pozğunluqları
🔻 Şüurun itməsi və ya komaya düşmə riski
Beyin sağlamlığını qorumaq üçün oksigen səviyyəsinə diqqət yetirmək, sağlam həyat tərzi keçirmək və vaxtında müalicə almaq vacibdir. Unutma, beynin oksigensiz qalması uzunmüddətli nevroloji problemlərə səbəb ola bilər! 🚑
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .