Check-up - Check-up Peketleri - Check-up Qiymetleri

Liv Hospitalın Sağlam Həyat və Check-up Klinikasının təklif etdiyi check-up proqramlarında hər yaş və cins üçün xüsusi xidmətlər təqdim olunur.

Son yeniləmə tarixi: 05.08.2024 08:30:42

Sağlamlıq üçün risk törədən ətraf mühitin çirklənməsi, stress, yanlış qidalanma və genetik risklər müxtəlif xəstəliklərdə özünü əks etdirir. Sağlamlığınızı qorumaq üçün vaxtaşırı olaraq müayinələrdən keçmək lazımdır. Liv Hospitalın Sağlam Həyat və Check-up Klinikasının təklif etdiyi check-up proqramlarında hər yaş və cins üçün xüsusi xidmətlər təqdim olunur.

Hər birimiz sağlam və uzun bir ömür yaşamaq istəyirik. Sağlam, uzun və keyfiyyətli həyat yaşamaq düşündüyünüz qədər çətin deyil. Liv Hospitalın Check-up və Sağlam Həyat Proqramları ilə xəstəliklərə "Əlvida", sağlam həyata "Salam" deyə bilərsiniz...

Check-up nədir?

Check-up hərtərəfli müayinələrin keçirilməsi vasitəsilə sağlamlıq vəziyyətinin yoxlanması üzrə proqramın ümumi adıdır. Check-up proqramlarına sağlamlıq tarixçəsi, fiziki müayinə və testlər daxildir. Check-up proqramları xəstəliklərin erkən diaqnostikasında və müalicəsində böyük əhəmiyyət kəsb edir.

Nə üçün check-up müayinəsindən keçməliyik?

İnsanın ən qiymətli sərvəti sağlamlığıdır. Sağlam yaşamaq və bu sərvəti qorumaq üçün mütəmadi olaraq müayinələrdən keçmək lazımdır. Liv Hospitalın Check-up və Sağlam Həyat Proqramlarında hər yaş və cins üçün xüsusi xidmətlər təqdim olunur.

Check-up müayinəsi ilə “Beyin Qanaxması üzrə Risk Dəyərləndirmə” beyin qanaxmalarının qarşısının alınması və xəstəliklərin erkən aşkarlanması hədəfə alınır. Gizlincə yaxınlaşan və xoşagəlməz nəticələri özü ilə birgə gətirən beyin qanaxmalarının əlamətlərini ciddiyə almaq lazımdır. Əgər yüksək təzyiq xəstəliyiniz varsa, təzyiqinizin nəzarət altında saxlanılması qanaxma riskini azaldacaqdır. Ailənizdə (ana, ata və qardaş-bacılarda) anevrizma ya da beyin damarlarının malformasiya tarixçəsi varsa və sizdə də baş ağrısı mövcuddursa, uzunmüddətli dərmanlarla keçməyən və gündəlik həyat fəaliyyətinə təsir göstərən baş ağrıları varsa, mütləq həkimə müraciət olunmalıdır. Hər şeydən əvvəl xəstənin tarixçəsi diqqətlə öyrənildikdən sonra hərtərəfli nevroloji müayinənin aparılması lazımdır. Əldə edilən məlumatlara istinadən diaqnostik radioloji ya da laborator müayinələr istənilir. Diaqnoz qoyulduqdan sonra ağrıya səbəb olan beyindaxili qanaxma, anevrizma ya da bir başqa vaskulyar patologiya varsa, cərrahi və ya endovaskulyar müdaxilə edilir.

Check-up zamanı həyata keçirilən prosedurlar hansılardır?

Həkim tərəfindən ətraflı fiziki müayinə və həkimlə yekun görüş aparılacaq testlərin istiqamətləndirilməsi, lazımi konsultasiya qərarlarının verilməsi, nəticələrin qiymətləndirilməsi və tövsiyələrin verilməsi məqsədilə həyata keçirilir.

Qan analizləri vasitəsilə insanın metabolik, hormonal, hematoloji cəhətdən sağlamlıq vəziyyəti və orqanların necə işlədiyi də müəyyən edilir.

Radioloji müayinələrdən ilk sırada rentgen və ultrasəs müayinələri gəlir.

Lazım olarsa, orqanların görüntülənməsi prosedurlarına qabaqcıl texnologiyadan istifadə edilən testlər əlavə edilir.

Funksional testlərdə ürək və tənəffüs sisteminin effektivliyi yoxlanılır.

Endoskopik görüntüləmə prosedurlarının məqsədi mədə-bağırsaq sisteminə birbaşa giriş etmək və lazım olduqda nümunələr götürməkdir.

Check-up müayinəsinə gəlmədən öncə

Xahiş edirik ki, check-up müayinəsindən öncə 12 saat ərzində heç bir qida qəbul etməyəsiniz. Bu, açlıq lipid profili, qanda şəkərin səviyyəsi və bir necə digər testlərin nəticələrinin dəqiq olması üçün çox vacibdir.

Bəzi dərmanlar, bitki mənşəli müalicə vasitələri və vitamin C kimi antioksidanlar qan şəkərinə və metabolik dəyərlərə təsir edir. Daimi istifadə etdiyiniz həyati vacib dərmanlardan başqa heç bir dərman qəbul etmədən gəlin.

Check-up müayinəsindən ən azından bir gün əvvəl spirtli və kofein tərkibli içkilərdən uzaq durun.

Check-up müayinəsindən öncə son üç gün ərzində qidalanmanıza fikir verin, daha çox tərəvəz əsaslı qidalar qəbul edin. Heyvan mənşəli qidalarından və xüsusilə ətdən uzaq durmağa çalışın.

Check-up müayinəsindən öncə son gün ərzində bədəninizi yoracaq idman və digər məşğuliyyətlərdən çəkinin.

Xanımlarda hamiləlik şübhəsi varsa, bu barədə bizə mütləq məlumat verilməlidir.

Stress testi həyata keçiriləcəksə, özünüzlə uyğun ayaqqabı və rahat paltar gətirməyiniz yaxşı olar. Beta bloker dərmanlarından istifadə edilməməlidir.
Liv Sağlamlıq guşəsi
Left Arrow
Right Arrow