Backrgound Image
Home Icon
Arrow
Arrow
Farangitin müalicəsi

Farangitin müalicəsi

Calendar Icon
05 mart 2025
Məqalənin məzmunu
  • Faringit nədir və hansı hallarda yaranır?  
  • Faringitin müalicəsi müddəti 
  • Faringit simptomları hansılardır? 
  • Faringitin evdə müalicəsi varmı?
  • Faringit üçün qarqara nə qədər təsirlidir?   
  • Faringit üçün dərman və onların müsbət təsirləri 
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

 

Farangit, boğazın arxa divarının iltihabı ilə xarakterizə olunan bir xəstəlikdir. Əsasən virus və ya bakterial infeksiyalar nəticəsində yaranır. Bu xəstəlik udma zamanı narahatlıq, boğazda yanma və ağrı, səsin xırıltılı olması kimi əlamətlərlə özünü göstərir ki, bu da farangit əlamətləri sayılır. Farangit əlamətləri, xəstəliyin yaranma səbəbi və insanın immun sisteminin vəziyyətinə görə dəyişə bilər. Bu xəstəlik, xüsusilə payız və qış aylarında, soyuq havalarda daha geniş yayılır. Bunun əsas səbəbi soyuq havanın boğazın selikli qişasını qıcıqlandırmasıdır və boğazın infeksiyalara daha həssas hala gəlməsidir. Farangit əlamətləri özünü nə zaman biruzə verir? Xəstəliyin yaranmasına səbəb olan faktorlar arasında allergiyalar, siqaret tüstüsü, çirklənmiş hava və tənəffüs yollarını qıcıqlandıran kimyəvi maddələr də yer alır. Bəzi hallarda farangit birdən başlayır və qısa müddətdə sağalır. Bu, kəskin farangit adlanır və adətən 5-7 gün ərzində keçir. Lakin uzun müddət davam edən və təkrarlanan hallarda xroniki farangit formalaşa bilər. Xroniki farangit hallarında boğazda davamlı qıcıqlanma, səsdə dəyişiklik və bəzən quru öskürək müşahidə edilə bilər. 

 

Faringit nədir və hansı hallarda yaranır?  

Faringit, boğazın selikli qişasında iltihablanma ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik müxtəlif səbəblərdən yarana bilər. Faringitin əsas yaranma səbəbləri arasına daxil olan amillər bunlardır:

Virus infeksiyaları: Qrip və digər tənəffüs yolu infeksiyaları faringitin əsas səbəblərindən hesab edilir.

Bakterial infeksiyalar: Faringitin daha ağır formalarına Streptokok bakteriyası səbəb ola bilər.

Allergiyalar: Toz, polen və siqaret tüstüsü boğazı qıcıqlandıraraq faringitə səbəb ola bilər.

Quru hava: Xüsusilə qış aylarında qapalı mühitlərdə hava quru olduqda boğaz selikli qişası daha həssas olur ki, bu da xəstəliyin əməmlə gəlməsinə təkan verir.

Siqaret və digər qıcıqlandırıcı maddələr boğazın iltihablanmasına səbəb ola bilər.

Stress və zəif immunitet göstəricisi olan yorğunluq orqanizmin müdafiə sistemini zəiflədərək bu xəstəliyə yol açır.

 

Faringitin müalicəsi müddəti 

Faringitin müalicəsi müddəti adətən infeksiyanın növündən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Viral faringit adətən 7-10 gün ərzində sağalır, lakin bakterial faringit daha uzun müddət müalicə tələb edə bilər. Faringit üçün sprey faydalıdırmı sualına cavab olaraq, bəli, həkim məsləhəti ilə istifadə edilən spreyler boğazın iltihabını azalda və ağrını yüngülləşdirə bilər. Bu spreyler arasında Hexoral, Tantum Verde və Strepsils kimi dərmanlar həkim tərəfindən tövsiyə edilə bilər. Hər bir dərmanın istifadəsi və dozası həkim tərəfindən təyin edilməli və xəstə bu tövsiyələrə dəqiq riayət etməlidir.

 

Faringit simptomları hansılardır? 

Faringit əsasən boğazda narahatlıq hissi, səsin dəyişməsi və ümumi halsızlıq kimi simptomlarla özünü biruzə verir. Xəstəlik başladıqdan sonra farangit əlamətləri sürətlə inkişaf edir və xəstənin ümumi sağlamlıq vəziyyətinə təsir edir. Bu xəstəlik zamanı ən çox rast gəlinən simptom boğaz ağrısıdır. Bu ağrı adətən udqunma zamanı daha da şiddətlənir və yemək yeməyi çətinləşdirir, bəzi hallarda isə ağrı qulaqlara da yayıla bilir. Farangit zamanı xəstələrin əksəriyyəti boğazda quruluq və yanma hissindən şikayətlə həkimlərə müraciət edirlər. Farangit əlamətləri arasında səsin xırıltılı olması və bəzən tamamilə batması da müşahidə edilə bilər. Bəzi xəstələrdə faringit olduqda, xüsusilə bakterial infeksiyalar zamanı temperatur 38°C-dən yuxarı qalxa bilər. Bununla yanaşı, xəstədə titrəmə, baş ağrısı və ümumi halsızlıq kimi əlamətlər də görünə bilər. Boğazda qızartı və şişkinlik də faringitin ən çox rast gəlinən əlamətlərindən bir neçəsidir. Bir çox hallarda boğazın arxa divarında ağ ləkələr və ya irinli örtük meydana gələ bilər. Bu, adətən bakterial faringit hallarında müşahidə edilir və antibiotik müalicəsi tələb edə bilər. Xəstəlik davam etdikcə, quru öskürək meydana gələ bilər. Xüsusilə gecə saatlarında artan öskürək xəstənin yuxusuna mane ola bilər. Bunun səbəbi isə boğazda yaranan qıcıqlanmadır. 

 

Faringitin evdə müalicəsi varmı?

Faringit zamanı bir çox xəstələr evdə müalicə olunmağa üstünlük verir. Yüngül hallarda evdə aparılan müalicə üsulları xəstəliyin əlamətlərini yüngülləşdirə bilər. Lakin bu faringit müalicəsi yalnız yüngül simptomlarla müşayiət olunarsa təsirli olur. Xəstəlik zamanı immun sisteminin güclənməsinə kömək etməkr və bədənin infeksiya ilə mübarizəsini sürətləndirmək lazımdır. Bunun üçün sizə bir neçə tövsiyyələr verək:

 

  • Bol maye qəbulu, duzlu su ilə qarqara etmək faringit zamanı ən təsirli ev müalicə üsullarından biridir. Duz iltihabı azaltmağa və mikrobların məhv edilməsinə kömək edir. İlıq suya az miqdarda duz əlavə edib qarqara etmək, boğaz ağrısını azaltmaq üçün effektiv üsuldur. 
  • Bundan əlavə bitki çayları da xəstəlik zamanı boğazı sakitləşdirmək üçün istifadə edilə bilər. Bal və limonlu çay boğaz ağrısını yüngülləşdirir və immuniteti gücləndirir. Zəncəfil çayı isə iltihab əleyhinə təsir göstərir və boğazın rahatlanmasına kömək edir. 
  • Faringit müalicəsi üçün buxar inhalasiyası da faydalıdır. İsti suyun buxarı boğazı nəmləndirir və qıcıqlanmanı azaldır. Efir yağları əlavə etməklə daha effektiv nəticələr əldə edilə bilər.

 

Unutmayın ki, evdə müalicə üsulları yüngül hallarda təsirli ola bilər. Ancaq faringit ağırlaşarsa və ya bir həftədən uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. 

 

Faringit üçün qarqara nə qədər təsirlidir?   

Faringit üçün qarqara etmək, boğaz iltihabını azaltmaq və infeksiyanı aradan qaldırmaq üçün təsirli bir üsuldur. Qarqara vasitəsilə boğazdakı bakteriyalar və digər zərərli maddələr təmizlənir, bu da farangit simptomlarının yüngülləşməsinə kömək edir. Duzlu su ilə qarqara etmək, boğaz ağrısını yüngülləşdirmək və boğazdakı iltihabı azaltmaq üçün istifadə edilə bilər. Faringit üçün qarqara üsulunun təsirli olması üçün bu prosedurun gündə bir neçə dəfə aparılması tövsiyə olunur. Həkim məsləhəti ilə müəyyən edilmiş digər qarqara vasitələri də faringitin müalicəsində müsbət təsir göstərə bilər.

 

Faringit üçün dərman və onların müsbət təsirləri 

Faringit üçün dərman və onların müsbət təsirləri nələrdir? İlk növbədə bilməlisiniz ki, Faringitin müalicəsində istifadə edilən dərmanlar xəstəliyin səbəbinə və şiddətinə görə dəyişir. Müalicə zamanı aşağıdakı dərman növləri istifadə edilə bilər, ancaq qeyd edilməlidir ki, bu vasitələr həkim nəzarəti və müayinəsi ilə olunmalıdır:

Antibiotiklər: Bakterial faringit hallarında həkim tərəfindən təyin edilir və infeksiyanın qarşısını almağa kömək edir.

Boğaz spreyləri və pastillər: Hexoral, Tantum Verde, Strepsils kimi vasitələr boğazı sakitləşdirir və iltihabı azaldır.

Ağrıkəsicilər və qızdırma salıcılar: Parasetamol və ibuprofen kimi dərmanlar boğaz ağrısını və qızdırmanı yüngülləşdirir.

Antiallergik dərmanlar: Allergik faringit zamanı həkim tərəfindən antihistamin dərmanlar tövsiyə oluna bilər.

Faringit müalicəsində dərmanların düzgün dozada və müntəzəm qəbul edilməsi vacibdir. Həkim tövsiyələrinə əməl etmək və müalicə müddətini tamamlamaq infeksiyanın tam sağalması üçün önəmlidir. Ağır faringit hallarında Bona Dea Hospitalda peşəkar həkimlər tərəfindən müalicə və məsləhət almaq mümkündür.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
05 mart 2025 15:08:27
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!