Müasir diaqnostikanın ən dəqiq yolu Füzyon Biopsiyası
-
Füzyon Biopsiya haqqında
Füzyon biopsiyası, xüsusilə prostat xərçənginin diaqnostikasında ən effektiv və yeni texnologiyalardan biri hesab olunur.
Bu üsulun əsas məqsədi şübhəli toxumadan maksimum dəqiqliklə nümunə götürərək yanlış diaqnoz ehtimalını minimuma endirməkdir. Ənənəvi biopsiyada həkim yalnız ultrasəs görüntülərinə əsaslanırdı, amma füzyon biopsiyasında MRT (maqnit rezonans tomoqrafiyası) görüntüləri real vaxt ultrasəs görüntüləri ilə birləşdirilir, yəni füzyon edilir. Beləliklə, şübhəli sahə aydın görünür və hədəf birbaşa müəyyənləşdirilir.
Füzyon Biopsiya haqqında
Füzyon biopsiyası haqqında danışarkən qeyd etmək vacibdir ki, bu üsul ənənəvi metodlardan fərqli olaraq şübhəli sahələri daha yaxşı müəyyən edir. Beləliklə, lazımsız biopsiya nümunələri minimuma endirilir və xəstənin narahatlığı azalır. Xəstələr üçün önəmli suallardan biri də füzyon biopsiya analizi qiyməti mövzusudur. Analiz nəticələrinin dəqiqliyi yüksək olduğundan, bu xidmətin qiyməti həm istifadə olunan MRT görüntülərinin keyfiyyətinə, həm də laboratoriya şəraitinə görə dəyişə bilər. Faydalı məlumat olaraq qeyd edə bilərik ki, Füzyon biopsiyası həm xəstənin rahatlığı, həm də düzgün nəticə üçün əvəzolunmaz üsuldur. Buna görə də, füzyon biopsiya qiyməti bir qədər yüksək ola bilər, lakin dəqiqliyi və effektivliyi ilə bu xərci tam qarşılayır deyə bilərik.
Füzyon biopsiya hansı hallarda tövsiyə olunur?
✅ Prostat spesifik antigen (PSA) testi yüksək çıxdıqda,
✅ MRT-də şübhəli toxuma aşkarlananda,
✅ Əvvəlki klassik biopsiyalarda nəticə əldə olunmayanda,
✅ Daha əvvəl biopsiya keçirib xərçəng tapılmayan, amma hələ də şübhə olan xəstələrdə.
Buna görə də bu metod təkcə diaqnoz üçün deyil, həm də xərçəngin mərhələsini müəyyən etməkdə həkimə böyük kömək edir. Unutmayın ki, analizlərin keyfiyyətli laboratoriyada işlənməsi diaqnozun dəqiqliyinə birbaşa təsir edir.
Füzyon Biopsiya necə edilir?
Füzyon biopsiya necə edilir? Bu sual prosedurdan əvvəl hər kəsin maraqlandığı əsas məqamlardandır. Prosedur zamanı əvvəlcədən çəkilmiş MRT görüntüləri real vaxt ultrasəs görüntüləri ilə müqayisə edilir, yəni füzyon edilir. Bu texnika həkimə şübhəli sahəni daha dəqiq “hədəfə almaq” imkanı verir.
➡️ Prosedurun mərhələləri qısaca belədir:
📋 Hazırlıq: Xəstə prosedurdan əvvəl bəzi analizlər verir, həmçinin antibiotiklərlə profilaktika olunur.
🩺 Görüntüləmə: Mövcud MRT məlumatları istifadə olunur. Əvvəlcədən əldə edilmiş MRT görüntüləri ultrasəs cihazına yüklənir.
🔍 Biopsiya: Ultrasəs ilə şübhəli sahə tapılır və toxuma nümunəsi götürülür. Real vaxt ultrasəs görüntüsü ilə MRT şəkli üst-üstə gətirilir. Həkim şübhəli hissəni tam hədəfə alır.
✅ Nəticə: Götürülən nümunələr laboratoriyada analiz edilir. Yəni xüsusi iynə ilə hədəf toxumadan bir neçə nümunə götürülür və analizə göndərilir.
Prosedur ümumiyyətlə təhlükəsiz sayılır. Lakin bəzən az hallarda füzyon biopsiya sonrası qanaxma müşahidə oluna bilər. Bu, normal haldır və adətən qısa müddət ərzində keçir. Bu halda həkimin məsləhətinə ciddi riayət etmək vacibdir.
📍 Anal nahiyə biopsiya nə deməkdir?
Anal nahiyə biopsiyası, anal bölgədəki hər hansı şübhəli dəyişikliyin, yəni polip, yara və ya düyünün olduğu hallarda dəqiq diaqnoz üçün həyata keçirilir. Bu prosedur, şiş hüceyrələrinin mövcudluğunu və ya digər xəstəlik əlamətlərini təsdiq etmək üçün olduqca vacibdir. Əsasən maraqlı olan məqam budur ki, bu bipsiya nə üçün aparılır? Yuxarıda qeyd etdiyimiz şübhəli hallarda yaranan dəyişikliyin dəqiq müayinəsi üçün, daha dəqiq desək:
- Dəyişikliklərin bədxassəli olub-olmadığını müəyyən etmək,
- Müalicə planını daha dəqiq hazırlamaq,
- Xəstənin sağalma şansını artırmaq üçün.
Prosedur ümumiyyətlə lokal anesteziya altında aparılır və xəstə tez bir zamanda evə buraxılır. Füzyon biopsiyası və anal nahiyə biopsiyası, xəstəliklərin düzgün və vaxtında diaqnozu üçün müasir tibbin ən güvənli üsullarındandır. Hər iki prosedur həkim nəzarəti ilə təhlükəsiz şəkildə aparılır və nəticələrə görə düzgün müalicə planı hazırlanır. Unutmayın ki, xərçəng və digər ciddi xəstəliklərdə erkən diaqnoz həyat qurtarır. Bona Dea Hospital kimi etibarlı sağlamlıq mərkəzlərində peşəkar həkimlərlə məsləhətləşərək yarana biləcək bütün suallara cavab tapa və doğru müalicə planı ilə sağlamlığınıza daha tez qovuşa bilərsiniz. Sağlamlığınız sizin əlinizdədir!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .