Gənclik Peyvəndi

Gənclik Peyvəndi Nədir?
Çarpaz əlaqəsi olmayan hialuron turşusu və zülalların struktur blokları olan və yaşlanma prosesini gecikdirən ən əhəmiyyətli amin turşuları olan qlisin, L-prolin, L-lizin, L-leusin tərkibli zərdabların mezoterapiya texnikası ilə dəriyə tətbiq edildiyi üsuldur.
Gənclik Peyvəndinin Faydaları Nələrdir?
Tərkibində olan hialuron turşusunun çarpaz əlaqəsinin olmaması, dərinin yaşlanma, günəş şüaları, siqaret, spirtli içki istifadəsi, yuxusuzluq, stress, xroniki xəstəliklər və pisqidalanma ilə itirdiyi nəm və canlılığı bərpa edərək bütün dəriyə yayılmasını təmin edir, dərinin keyfiyyətini artırır və qocalma prosesini ləngidir. Tərkibindəki amin turşusu birləşməsi kollagenin sintezi üçün lazım olan amin turşularını lazımi miqdarda təmin edir. Artan kollagen sintezi qırışların görünüşünün yaxşılaşmasına kömək edir.
Gənclik Peyvəndi Hansı Məqsədlərlə İstifadə olunur?
Dəriyə nəm və canlılıq vermək
İncə qırışların aradan qaldırılması
Dərinin elastikliyinin bərpası
Akne izlərinin aradan qaldırılması
Boyun və dekolte nahiyəsindəki qırışların müalicəsi üçün istifadə edilə bilər.
Gənclik Peyvəndi Necə Tətbiq olunur?
Prosedurdan əvvəl dərinizə anestezik krem çəkilir. Gənclik peyvəndi mezoterapiya ilə dərinin üst qatına nazik iynələrlə tətbiq edilir.