WhatsApp Button
Home Icon
Arrow
Arrow
HIPEC Cihazının Xərçəng Müalicəsində Təsiri

HIPEC Cihazının Xərçəng Müalicəsində Təsiri

Calendar Icon
15 yanvar 2025
Məqalənin məzmunu
  • Peritoneal xərçəngin müalicəsi
  • HIPEC cihazının xərçəng müalicəsində təsiri
  • CRS – Peritoneal xərçəngin müasir müalicəsi
  • Bədxassəli şişlərin müalicəsi - CRS və HIPEC yanaşması
  • Peritoneal xərçəngin müalicəsi

    Peritoneal xərçəng periton qişasından qaynaqlanan, qarın boşluğunu əhatə edən və ya digər xərçəng növlərinin bu bölgəyə yayılması nəticəsində yaranan xəstəlikdir. Bu xərçəngin bədxassəli şiş növüdür. Peritoneal xərçəngin müalicəsi kompleks yanaşma tələb edir. Bu zaman xəstəliyin mərhələsinə görə fərqli metodlar tətbiq olunur. Ən təsirli müalicə üsullarından biri HIPEC (Hipertermik İntraperitoneal Kemoterapiya) və CRS (Sitoredüktiv Cərrahiyyə) kombinasiyasıdır. Həkim müayinəsi nəticəsində diaqnoz qoyularaq lazımi prosedurların aparılması həyata keçirilir və xəstəliyin nisbətən də olsa ləngiməsi baş verir.

     

     

    HIPEC cihazının xərçəng müalicəsində təsiri

    HIPEC, Hipertermik İntraperitoneal Kemoterapiya, qarın boşluğunda yerləşən peritoneal xərçəng hüceyrələrinin müalicəsində istifadə edilən müasir bir metoddur. CRS (Sitoredüktiv Cərrahiyyə) ilə birlikdə tətbiq edilən bu yanaşma, qarın boşluğundakı bədxassəli şiş hüceyrələrini daha effektiv şəkildə məhv etməyə kömək edir. HIPEC prosedurunda qarın boşluğu xüsusi bir HIPEC cihazı vasitəsilə qızdırılmış kemoterapi dərmanı ilə yuyulur. Bu, kimyəvi dərmanın daha dərin toxumalara nüfuz etməsinə və xərçəng hüceyrələrinin məhv edilməsinə səbəb olur. Hipertermik İntraperitoneal Kemoterapiya yüksək temperaturda həyata keçirildiyindən, xərçəng hüceyrələrinin məhvi daha güclü və təsirli olur.

    CRS – Peritoneal xərçəngin müasir müalicəsi

    CRS, Sitoredüktiv Cərrahiyyə, peritoneal xərçəngin əmələ gətirdiyi yayılmış bədxassəli şişlərinin cərrahi yolla çıxarılmasını ifadə edir. CRS əməliyyatı zamanı cərrah, qarın boşluğundakı bütün görünən şişləri çıxarır. Bu prosedur adətən HIPEC ilə birlikdə tətbiq olunur, çünki CRS zamanı çıxarıla bilməyən mikroskopik xərçəng hüceyrələrinin aradan qaldırılmasına HIPEC kömək edir. Sitoredüktiv cərrahiyyə peritoneal xərçəngin müasir müalicə tətbiqində mühüm yer tutur. Bu yanaşma bədxassəli şişlərin effektiv müalicəsi üçün tətbiq edilir. Eyni zamanda xəstənin uzunmüddətli sağ qalma şansını artırır.

    Bədxassəli şişlərin müalicəsi - CRS və HIPEC yanaşması

    Bədxassəli şişlərin müalicəsində CRS və HIPEC yanaşması geniş şəkildə istifadə edilir. Bəs bu yanaşma nə deməkdir? Bu yanaşma əsasən peritoneal xərçəng, yumurtalıq xərçəngi, kolorektal xərçəng və mezotelyoma kimi xəstəliklərdə tətbiq edilir. Sitoredüktiv cərrahiyyə ilə bədxassəli şiş toxumalarının fiziki yolla çıxarılması və ardınca HIPEC ilə kimyəvi terapiyanın tətbiqi xəstələrin sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır. Hər iki müalicə metodu bir arada istifadə edilərsə daha effektiv nəticələr almaq olar. Peritoneal xərçəngin müalicəsi üzrə ixtisaslaşmış Bona Dea Hospital, müasir CRS və HIPEC prosedurlarını tətbiq edən qabaqcıl sağlamlıq mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Xəstəxanada yüksək ixtisaslı onkoloqlar tərəfindən bədxassəli şişlərin müasir müalicəsi və müayinəsi həyata keçirilir. Bona Dea Hospital həmçinin onlayn qeydiyyat və həkim məsləhəti xidmətləri də təqdim edir. Burada pasiyentlərə rahatlıq və yüksək səviyyəli tibbi xidmət təmin edilir. Bədxassəli şişlərin erkən diaqnozu və effektiv müalicəsi üçün Bona Dea Hospitalda həm CRS, həm də HIPEC prosedurları tətbiq edilir ki, bu da sağlamlığınızı qorumaq üçün olduqca vacibdir.  

     

    * Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
    * Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
    tag Icon
    Mütəxəssislərimizdən soruşun!
    Bütün Xəstəxanalar
    Chevron Down

    Versiya Tarixçəsi
    Cari versiya
    15 yanvar 2025 14:21:56
    Liv Redaksiya Heyəti
    Səhifənin linki uğurla kopyalandı!