Backrgound Image
Home Icon
Arrow
Arrow
İshal nədir, nədən yaranır?

İshal nədir, nədən yaranır?

Calendar Icon
03 mart 2025
Məqalənin məzmunu
  • İshal nədir?
  •  İshal nədən yaranır?
  • İshala qarşı təbii vasitələr
  • İshal zamanı nə yeməli?
  • İshal üçün dərman tövsiyyələri
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

 

İshal nədir?

Bəzən ishal nədir sualı ilə qarşılaşırıq və qeyd etmək istəyirik ki, ishal – bağırsaq hərəkətinin sürətlənməsi və nəcis konsistensiyasının maye halına düşməsi ilə xarakterizə olunan bir vəziyyətdir. Bu, bəzən yüngül keçsə də, uzunmüddətli və şiddətli hallarda ciddi su və elektrolit itkisinə səbəb ola bilər. İshal orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün bir müdafiə mexanizmi olsa da, bəzən onun arxasında ciddi bağırsaq infeksiyaları və ya həzm problemləri dayanır. Əgər ishal uzun müddət davam edirsə və ya yüksək hərarət, güclü qarın ağrısı, susuzluq kimi əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət edin!

 

 İshal nədən yaranır?

İshal nədən yaranır sualına cavab olaraq bir neçə əsas amili qeyd edə bilərik:
Virus, bakteriya və parazitlər olan bağırsaq infeksiyaları
Qida zəhərlənmələri
Antibiotiklərin uzunmüddətli qəbulu
Həzm sistemində həssaslıq
Stres və narahatlıq

İshal nədən yaranır sualına cavab olaraq qeyd edə bilərik ki, bəzən ishal sadəcə yediyimiz qidalardan qaynaqlansa da, bəzi hallarda bağırsaqlarda ciddi problemlərin əlaməti kimi də özünü biruzə verir. Əgər ishal 2-3 gündən çox davam edirsə və ya ağır simptomlarla müşayiət olunursa, mütləq həkimə müraciət edin!

 

İshala qarşı təbii vasitələr


İshal zamanı ilk olaraq orqanizmin itirdiyi suyu və mineralları bərpa etmək lazımdır. Ev şəraitində bu vəziyyəti yüngülləşdirmək üçün aşağıdakı təbii üsullardan istifadə edə bilərsiniz:

Zəncəfil çayı
Düyü suyu
Çobanyastığı çayı
Banan

İshala qarşı təbii vasitələr seçimində çətinliyiniz varsa həkimlə məsləhətləşə bilərsiniz.  Ancaq qeyd etdiyimiz kimi unutmayın ki, zəncəfil çayı bağırsaqları sakitləşdirir və həzm prosesini normallaşdırır. Düyü suyu bağırsaq mukozasını qoruyur və nəcis konsistensiyasını bərpa edir. Çobanyastığı çayı iltihabı azaldır və mədə-bağırsaq traktını sakitləşdirir. Banan elektrolit balansını qorumağa kömək edir və bağırsaqları möhkəmləndirir. İshala qarşı təbii vasitələr, yüngül hallarda ishalı tez bir zamanda aradan qaldıra bilər. Lakin vəziyyət ağırlaşarsa, tibbi müdaxilə vacibdir!

 

İshal zamanı nə yeməli?

İshal zamanı qidalanma doğru olarsa, bu bağırsağın bərpa prosesini sürətləndirir. Bu zaman pəhriz əsasən yüngül və asan həzm olunan qidaları əhatə etməlidir. İshal zamanı nə yemək olar sualına cavab olaraq aşağıdakı faydalı qidaları qeyd edə bilərik:

Düyü və düyü suyu bağırsaqları sakitləşdirir və nəcis konsistensiyasını normallaşdırır.
Qaynadılmış kartof mədənizi rahatlaşdıraraq enerji verir.
Alma püresi bağırsaqları qoruyan pektinlə zəngindir.
Qatıq bağırsaq mikroflorasını bərpa edərək həzmi normallaşdırır.

İshal zamanı qidalanma tövsiyyələrinə düzgün əməl edilərsə, tez zamanda bu narahatlığı aradan qaldırmaq olar. Bu qidalar həm bağırsaqları yormur, həm də orqanizmin bərpa prosesinə kömək edir. Yağlı, ədviyyatlı və süd məhsullarını bu dövrdə məhdudlaşdırmaq tövsiyə olunur.

 

 

İshal üçün dərman tövsiyyələri

Bəzi hallarda ishalın qarşısını almaq və ya müalicə etmək üçün dərmanlardan istifadə etmək lazım gəlir. İshal üçün dərman əsasən bağırsaq hərəkətini normallaşdırmağa və su-elektrolit balansını bərpa etməyə kömək edir.

Elektrolit məhlulları susuzlaşmanın qarşısını almaq üçün istifadə olunur.
Bağırsaq hərəkətini yavaşladan preparatlar bağırsaqların işləməsini tənzimləyir.
Probiotiklər bağırsaq mikroflorasını bərpa edərək həzm sistemini qoruyur.
Əgər ishal bakterial infeksiya səbəbilə yaranıbsa, həkimin təyin etdiyi ishal üçün dərman və ya antibiotiklər istifadə edilə bilər.

Diqqət! Özbaşına dərman qəbul etmək bağırsaq fəaliyyətinə mənfi təsir göstərə bilir. Xüsusilə, uzunmüddətli ishal hallarında mütləq həkim məsləhəti alınmalıdır.

İshal, hər kəsin həyatında bir neçə dəfə qarşılaşdığı bir problemdir. Lakin bu vəziyyət uzun sürərsə və ya ağırlaşarsa, ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Özünüzü daha yaxşı hiss etmək və bağırsağınızın fəaliyyətini tez bərpa etmək üçün bol maye qəbul edin, yüngül qidalar yeyin və istirahətə diqqət yetirin. Əgər simptomlar uzun müddət davam edirsə və ya vəziyyət pisləşirsə, mütləq peşəkar tibbi yardım alın!

 

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
03 mart 2025 15:30:51
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!