Meymun Çiçəyi Xəstəliyi
Meymunçiçəyi xəstəliyi haqqında nə bilirik?
Meymunçiçəyi xəstəliyi İngiltərədə və digər Avropa şəhərlərində baş verən hadisələrin ardıcıl xəbərlərindən əvvəl regional xəstəliklər sırasında yer almaqda idi. Son hadisələr göstərdi ki, bu virus qlobal səviyyədə ciddi qəbul edilməli olan bir xəstəlikdir və bu istiqamətdə bir çox tədbirlər görülməlidir. Bu xəstəlik, Mərkəzi və Qərbi Afrikanın tropik meşələrində yaranan və vaxtaşırı digər bölgələrə ixrac edilən viral (virusla ötürülən), zoonotik, yəni heyvan mənşəli xəstəlikdir.
Meymunçiçəyi hansı yolla keçə bilər?
Meymunçiçəyi virusu bu hallarda yoluxa bilər:
- Yoluxmuş şəxsin istifadə etdiyi geyimlərdən, paltar, yataq dəsti və ya dəsmaldan istifadə etdikdə.
- Yoluxmuş şəxslə eyni yerdə olduğunuz zaman onun öskürək və asqırması zamanı tənəffüs damcıları ilə təmasda olduqda.
- Heyvandan insana (zoonoz) ötürülmə, yoluxmuş heyvanların qanı, bədən mayeləri, dəri və ya selikli qişasının zədələnməsi ilə birbaşa təmasda olduqda bu xəstəliyə yoluxma baş verə bilər.
Xəstə heyvanlardan az bişmiş ət və digər heyvan mənşəli məhsullar yemək mümkün risk faktoru hesab olunur ki, bu halda da meymun çiçəyi xəstəliyinə yoluxa bilərsiniz. Ümumdünya Səhiyyə Təşkilatı ağır yoluxmaların daha çox uşaqlar arasında olduğunu bildirir və bunun qarşısını almaq üçün həyəcan təbili verirlər. Xəstəliyin yayılması virusa məruz qalma dərəcəsindən, xəstənin sağlamlıq vəziyyətindən və ağırlaşmaların şiddətindən asılı olaraq dəyişə bilər.
Meymun çiçəyi əlamətləri və müalicəsi
- Meymunçiçəyi xəstəliyinin əlamətləri hansılardır?
- Meymunçiçəyi xəstəliyinin əsas simptomları aşağıdakılardır:
- Dəri səpgiləri və blisterlər
- Qızdırma
- Kürək və əzələ ağrıları
- Şişkin limfa düyünləri
- Dəridə qızartı
- Titrəmə və əsmə
- Yorğunluq və ümumi halsızlıq
Xüsusən də əllərə və ayaqlara yayılan bu xəstəlik göstəricisi olan səpgi inkişaf edərək yayıla bilər. Adətən üz nahiyəsindən başlayaraq daha sonra bədənin digər hissələrinə qədər yayılan bu xəstəlik yayıldıqca xoşagəlməz narahatlıqlar yaradır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu əlamətlər, səpgilər və digər göstəricilər 2-4 həftə ərzində özünü biruzə verir. Ağır halların baş vermə ehtimalı riski olduğundan son vaxtlar bu xəstəliyin nəticəsi 3-6% ölüm halları ilə nəticələnib.
Meymunçiçəyi virusu nə qədər risklidir?
Meymunçiçəyi virusu nə qədər risklidir sualının cavabı araşdırmalara görə qeyd edilir ki, asanlıqla yayılma riski yoxdur. Meymunçiçəyi, çiçək xəstəliyindən daha az yoluxucudur və daha az ciddi xəstəliklərə səbəb olur. Çiçək xəstəliyinə qarşı mübarizə proqramı zamanı istifadə olunan vaksinlər yüksək risk hesab edilmir, çünki onlar həm də meymun xəstəliyindən qoruyurlar. Meymun xəstəliyinin qarşısının alınması üçün təsdiqlənmiş daha yeni və effektiv peyvəndlər də işlənib hazırlanmışdır. Bilməyiniz lazım olan digər məlumat bu virusun insanlar arasında asanlıqla yayılma riski daşımadığıdır. Əldə olunan məlumata görə, infeksiyaya yoluxmuş şəxslə yaxın təmasda olduqda bu virus yayıla bilər, lakin ümumi əhaliyə yoluxma riski çox aşağıdır.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .