Miasteniya Qravis xəstəliyi 🧠

Son yeniləmə tarixi: 22.07.2025 09:04:26

Miasteniya qravis, əzələ zəifliyi ilə xarakterizə olunan neyromuskulyar yəni, sinir-əzələ əlaqəli autoimmun xəstəlikdir.

Bu xəstəlik zamanı orqanizm yanlışlıqla sinirlə əzələ arasında ötürücü olan reseptorları bloklayır, nəticədə əzələlərə siqnal ötürülməsi pozulur. Əzələ zəifliyi adətən gün ərzində artan formada özünü göstərir və dincəldikdən sonra qismən azalır.

Ən çox təsirə məruz qalan əzələ qrupları sırasına daxildir:

👀 Göz əzələləri (ikigörmə, qapaqların sallanması)

🗣️ Udma və danışma ilə bağlı əzələlər

💪 Boyun və ətraf əzələləri

🫁 Ağır hallarda tənəffüs əzələləri də zədələnə bilər

Miasteniya qravis xəstəliyi nadir olsa da, vaxtında diaqnoz və müalicə ilə xəstəlikdən əziyyət çəkən pasientlərin həyat keyfiyyəti qoruna bilər.

 

Miasteniya nədir❓ 

Miasteniya, "əzələ zəifliyi" mənasına gələn bir terminddir. Burada söhbət xroniki və proqressiv əzələ zəifliyindən gedir. Bu xəstəliyin əsas səbəbi bədənin immun sisteminin asetilxolin reseptorlarına qarşı anticisimlər yaratmasıdır. Nəticədə sinir impulsları əzələlərə düzgün ötürülmür və zamanla zəiflik yaranır.

Əlamətlər gündəlik hərəkətlərdə özünü göstərir: pilləkən çıxmaqda çətinlik, tez-tez yorulmaq, başın dik saxlanılmaması və danışıqda bulanıqlıq bu xəstəliyin tipik göstəricilərindəndir. Bu xəstəlik zamanı qeyri-sabit və dəyişkən simptomlar diaqnozu çətinləşdirə bilər. Ona görə də nevroloji müayinə və xüsusi testlər olan EMG, antikor analizlərin verilməsi vacibdir.

 

Miasteniya xəstəliyinin müalicəsi💊 

Miasteniya xəstəliyinin müalicəsi, həm simptomları aradan qaldırmaq, həm də immun sisteminin hücumunu azaltmaq məqsədilə aparılır. Xəstəlik tam sağalmasa da, uzunmüddətli nəzarətlə stabillik təmin edilə bilər.

Əsas müalicə yolları haqqında qısa informasiya verək:

💊 Asetilxolinesteraza inhibitorları sinir-əzələ ötürülməsini gücləndirir

🧪 İmmunsupressiv dərmanlar immun sistemini zəiflədir 

🩺 Plazmaferez və ya IVIG kəskin dövrlərdə sürətli təsir üçün tətbiq olunur

🧠 Timus vəzi çıxarılması tətbiq olunarsa, bəzən uzunmüddətli fayda verə bilər

Miasteniya ilə yaşayan şəxslər üçün stressin və infeksiyaların təsirlərinin azaldılması çox vacibdir. Bona Dea Hospital-ında Miasteniya Qravis xəstəliyinin erkən diaqnozu, nevroloji nəzarət və fərdi müalicə planı üzrə ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir.


Məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın!
Bütün Xəstəxanalar Chevron Down

Təqdim etmək