Pediatrik endoskopiyada yad cisim aşkarlanması 🧒
Pediatrik endoskopiya zamanı mədə-bağırsaq mənfəzində uşaqlar tərəfindən udulan yad cisimlərin aşkarlanması və çıxarılması tez-tez rast gəlinən hallardandır. Bu cisimlər qida borusu, mədə və ya bağırsaqda ilişərək, ağır fəsadlara səbəb ola bilər. Valideynlər övladlarında bəzi simptomları müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər.
🔍 Diqqət edilməli olan əlamətlər
- Öskürək
- Ağızdan su gəlməsi
- Təngnəfəslik
- Ümumi halsızlıq
Bu əlamətlər uşaq endoskopiyası üçün təcili göstəriş ola bilir.
Yad cisimlər və təhlükə dərəcələri⚠️
Pediatrik endoskopiyada aşkarlanan yad cisimlər iki əsas qrupa bölünür:
- Təhlükəli
- Çox təhlükəli (enerji daşları, maqnit kürəciklər)
Xüsusilə 20 mm-lik yastı enerji daşları ən təhlükəli sayılır. Onların yaratdığı 3 voltluq elektrik potensialı, selikli qişa ilə təmasdan cəmi 15 dəqiqə sonra aşındırıcı təsir göstərir. Nəticədə selikli qişaya nüfuz edən bu daşlar orqan mənfəzində yanıq və deşik (perforasiya) yaradır.
📊 Statistik göstəricilər:
- 5 yaşdan yuxarı uşaqlarda ağırlaşma və letallıq: 0.42%
- 5 yaşa qədər uşaqlarda: 12.6%
Bu ciddi fərq göstərir ki, uşaq yaşında udulmuş yad cisimlər daha yüksək risk daşıyır və endoskopik diaqnostika ilə dərhal müdaxilə olunmalıdır.
Belə hallarda nə etməli?
Yad cismin növündən və ölçüsündən asılı olmayaraq, udulduğu andan etibarən dərhal həkimə müraciət olunmalıdır. Gözləmək və ya ev şəraitində müdaxilə etmək təhlükəlidir. Həkim nəzarətində, uşaq endoskopiyası ilə cisim orqan mənfəzindən təhlükəsiz şəkildə çıxarılır.
🚫 Yarana biləcək fəsadlar
Yad cisim udulduqdan sonra, qətiyyən qida və ya su verilməməlidir. Bu, bir çox ciddi fəsada səbəb ola bilər.
Daha detallı məlumat üçün qeyd edə bilərik ki:
- Qusma refleksi → yad cismin yerini dəyişə bilər
- Yerdəyişmə → perforasiya, mediastenit və sepsis riski yaradır
- Dolmuş mədə → endoskopik müdaxilə və anesteziya prosesini çətinləşdirir.
Endoskopik diaqnostika və müdaxilə üçün mədənin boş olması vacibdir. Buna görə də valideynlər özbaşına heç bir addım atmamalı, dərhal pediatrik endoskopiya üzrə ixtisaslaşmış mərkəzə üz tutmalıdırlar.
Uşaq endoskopiyası sahəsində təcrübəli mütəxəssislər tərəfindən vaxtında aparılan endoskopik diaqnostika, ağır fəsadların qarşısını alır və övladınızın sağlamlığını qoruyur. Unutmayın, udulmuş cisimlə bağlı hər dəqiqə önəmlidir. Əlamətləri görər-görməz, gözləmədən həkimə müraciət edin❗
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .