Piylənmə və Metabolik Xəstəliklər Cərrahiyyəsi
Piylənmə və Metabolik Xəstəliklər Cərrahiyyəsi
Piylənmə cərrahiyyəsində müvafiq həkimlərin səriştəsi sənədləşdirilir, həyata keçirilən əməliyyatların sayı, ağırlaşma nisbətləri, sağ qalma nisbətləri, infeksiya nisbətləri beynəlxalq standartlar səviyyəsində və ya ondan daha yaxşı olmalıdır.
Piylənmə Nədir?
Piylənmə orqanizmdə artıq piy toxumasının yığılmasıdır və müasir dövrün ən mühüm xəstəliklərindən biridir. Piylənmə həm xroniki xəstəliklərə, həm də həyat rahatlığının itməsinə səbəb olan mühüm ictimai sağlamlıq problemidir.
Piylənmə cərrahiyyəsi bütün vasitələri sınamış və arıqlaya bilməyən insanlar üçün vacib seçimdir. Piylənmə əməliyyatı hal-hazırda piylənmənin müalicəsində ən təsirli üsuldur və uzunmüddətli nəticələri çox uğurludur. Liv Bona Dea Hospitalda edilən piylənmə əməliyyatı ilə xəstənin rahatlığı və ağırlaşmaları baxımından üz güldürən nəticələr əldə edilir.
Piylənmə Əməliyyatı Kimlərə Edilir?
18-65 yaş arası olanlar
Bədən kütlə indeksi 40-dan yuxarı olanlar
Bədən kütlə indeksi 35-40 arasında olan, artıq çəki və yanaşı xəstəlikləri (hipertenziya, şəkərli diabet, yuxu apnesi, ürək çatışmazlığı və s.) olanlar
Arıqlamaq üçün digər müalicə üsullarını sınayan və uğursuz olanlar
Əməliyyata və anesteziyaya tab gətirə biləcək vəziyyətdə olanlar
Kimlərə Piylənmə Əməliyyatı Edilmir?
Müalicə almayan ciddi psixiatrik problemləri olanlar
Narkotik maddə və ya spirtli içki asılılığı olanlar
Əməliyyatdan sonrakı pəhrizlə bağlı lazımi həyat tərzi dəyişikliklərini edə bilməyəcək xəstələr.
Anesteziya almağa mane olacaq xəstəliyi olanlar
Bədən Kütlə İndeksi Kateqoriyaları
18.5-25....... Normal çəkili
25-30......... Artıq çəkili
30-35......... Piylənmə (1-ci dərəcə)
35-40......... Obez (2-ci dərəcə)
40-50......... Kəskin (morbid)piylənmə
>50............ Super Piylənmə
Piylənmə Əməliyyatı Necə Edilir?
Bütün piylənmə əməliyyatları laparoskopik üsulla, yəni qarın açılmadan qarına açılan kiçik dəliklərdən daxil edilən alətlərlə aparılır.
Piylənmə Əməliyyatları Hansılardır?
Piylənmə əməliyyatları təsir mexanizminə görə 2 qrupa bölünür:
Məhdudlaşdırıcı əməliyyatlar
a. Laparoskopik olaraq tənzimlənən mədə bandı
b. Mədə kiçiltmə əməliyyatı (sleeve qastrektomiya)
Sorulma Pozucu Əməliyyatlar
a. Qastrik bypass, mini qastrik bypass
b. Duodenal switch, SADI-S
Mədə Bandı ilə Müalicə Üsulu
Bu üsulda mədənin yuxarı hissəsinə qandal formasında olan silikon mədə bandı qoyulur. Band dərinin altındakı bir porta bağlanır və bandın eni ehtiyaca uyğun olaraq bu portun köməyi ilə tənzimlənir. Texniki cəhətdən daha sadədir və daha az yan təsir göstərir. Ancaq çəki azaltması digər üsullardan daha aşağıdır. Digər cərrahi əməliyyatlara çevrilə bilər.
Mədə Kiçiltmə (Sleeve Qastrektomiya) Əməliyyatı
Bu üsulla mədənin yüzdə 75-i çıxarılır və geridə boru şəkilli mədə qalır. Arıqlatmağı mədə bandından daha yaxşıdır. Anatomiya pozulmadığı üçün vitamin və mineral çatışmazlığı nadir hallarda əmələ gəlir və ömür boyu vitamin-mineral əlavəsinə ehtiyac qalmır.
Qastrik Bypass Nə deməkdir?
Yeməyi məhdudlaşdıran və eyni zamanda sorulmasının qarşısını alan əməliyyatdır. Çəki itirmə effekti və piylənmənin yanaşı xəstəliklərindən sağalma effekti digər üsullardan daha yaxşıdır. Tip 2 diabet xəstələri 85-90 faiz şəkər xəstəliyindən sağalırlar. Əks təsir dərəcəsi digər üsullardan daha yüksəkdir. Ömürlük vitamin-mineral əlavəsinə ehtiyac duyula bilər.
Mini Qastrik Bypass Nədir?
Mini qastrik bypass qastrik bypass əməliyyatının sadələşdirilmiş formasıdır. Tətbiq edilməsi daha asandır və qastrik bypass kimi effektiv olduğu sübut edilmişdir.