Psixologiya nədir - İnsan psixologiyasi - Liv Bona Dea!
.png)
Son yeniləmə tarixi: 05.12.2024 13:54:03
Psixologiya
Liv Bona Dea Hospitalın Psixologiya Klinikası yanaşmalarını vahid perspektivdən tətbiq edir. Vahid yanaşma həm bədəni, həm də zehni əhatə edir. Bugün psixoloji sıxıntılarda olduğu qədər, somatik xəstəliklərdə də psixoloji dəstəyin müalicənin gedişatına müsbət təsir göstərdiyi məlumdur. Bu səbəbdən müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssis klinik psixoloqlardan ibarət komandamız fərdi və qrup proqramları ilə xəstəxanadaxili bölmələrə dəstək göstərir. Tibbi müalicə dəlillərə əsaslanan psixoloji dəstək proqramları ilə daha da yüksək səviyyəyə çatdırılır.
Yetkin şəxslərdə psixoterapiya
Liv Bona Dea Hospitalın Psixologiya Bölməsi terapiya mövzusunda mütəxəssis psixiatr və klinik psixoloqlarla qısa və uzunmüddətli psixoterapiya xidməti göstərir. Yetkin şəxslərlə psixoterapiya mövzusunda isə mütəxəssis psixiatr və psixoloqlar sizi dinləyərək ehtiyaclarınıza görə müalicə planı hazırlayırlar.
Psixoterapiya Xidməti Göstərdiyimiz Ümumi Psixoloji Xəstəliklər
Narahatlıq pozğunluqları:
Ümumi narahatlıq, panik (vahimə) pozğunluq və aqorafobiya, fobiya, posttravmatik stress pozğunluğu
Depressiya
Obsessiv-kompulsiv pozğunluq
Bipolyar pozğunluq
Somatoform pozğunluq
Qidalanma pozğunluqları
Uyğunlaşma pozğunluqları
Şəxsiyyət pozğunluqları
Uşaq – Yeniyetmə Psixoterapiyası
Uşaq və Yeniyetmə Psixologiyası Bölməsində uşaq/gənc və onların ailəsinin tanınması/qiymətləndirilməsi araşdırmalarından sonra emosional, davranış və akademik problemlər üçün müvafiq psixoterapiya xidmətləri təklif olunur. Bölmədə tətbiq olunan psixoterapiyalar arasında; oyun terapiyası, fərdi müalicələr (psixodinamik və koqnitiv-davranış yönümlü), qrup terapiyası və uşaq/gənc yönümlü ailə terapiyası. Bundan əlavə, ehtiyac yarandığı halda, Uşaq-Yeniyetmə Psixiatriya Bölməsi ilə qarşılıqlı əməkdaşlıq edərək fəaliyyət göstəririk. Valideynlər üçün fərdi/cüt şəkildə terapiya təmin edilir.
Uşaq və yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər
Qorxu və narahatlıqlar
Tualet təlimi
Düşüncədə ilişib qalma
Ailədaxili münaqişə / ailədaxili ünsiyyət problemləri
Nizam-intizam problemləri
Məktəb problemləri
Diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu, xüsusi öyrənmə pozğunluğu
Davranış problemləri
Boşanma prosesi
Ailə və Cütlük Terapiyası
Psixoloji sağlamlığın ən mühüm amillərindən biri sağlam ailə münasibətləridir. Dəyişiklik yaratmaq və ya əlaqələri gücləndirmək üçün ailə terapiyası ailələr və ya cütlüklərlə birgə aparılır. Cütlüklərin münasibət problemləri, nəsillərarası problemlər, uşaqlarda davranış problemləri, bacı-qardaşlar arasında problemlər, xroniki xəstəliklər ailə terapiyasında öyrənilən mövzulardan biridir.
Zəruri hallarda Uşaq-Yeniyetmə Psixologiyası Bölməmizə müraciət edən valideynlərə uşaq yönümlü ailə terapiyası xidmətləri də göstərilir. Xəstəxanamızda ailə terapiyaları bu sahədə xüsusi təlim keçmiş psixiatr və psixoloqlar tərəfindən aparılır.
Tibbi Müalicəyə İnteqrasiya Edilmiş Psixoloji Dəstək Proqramları
Psixoloji Dəstək Proqramları sayəsində mövcud tibbi müalicələrlə müştərək bir şəkildə xəstələrin narahatlığına zəmin yaradan həyat tərzi vərdişlərinin nəzərdən keçirməsi təmin edilir. Xəstələrin düşüncə, duyğu, davranış dövrələrinə əsasən məlumat almaq və sağlam olmaq üçün şüurlu seçimlər etmələrinə dəstək göstərilir. Xəstələrə fərdi proqramlar hazırlanır, bu yolda mübarizə aparmaq üçün sağlam yollar təqdim edilir, müalicə üçün yüksək motivasiya verilir və ümumi rifahının qorunması hədəfə alınır.
Psixiatriya-Psixologiya Bölməsi olaraq Dəstək Göstərdiyimiz Sahələrdən Bəziləri
Psixo-onkologiya (Xərçəngin psixoloji tərəfi)
Süni mayalanma müalicəsi
Uşaq sağlamlığı və xəstəlikləri
Ginekoloji /yeniyetmə ginekologiyası
Köklük və qidalanma pozğunluqları
Dermatoloji problemlər
Xroniki ağrı
Nevroloji problemlər
Yuxu problemləri
Kardioloji problemlər
Qrup Psixoterapiyası
Liv Bona Dea Hospitalın Psixologiya Bölməsi; interaktiv qruplar, paylaşım qrupları və təhsil qrupları çərçivəsində işləyir. İştirakçılara qrup mühitində ən effektiv dəstəyin göstərilməsi hədəfə alınır.
Maarifləndirmə və Psixo-maarifləndirici Görüşlər
Psixologiya Bölməsində ən çox rast gəlinən gündəlik problemlərə praktiki cavablar vermək üçün qısa görüşlər keçirilir. Aşağıdakı mövzular diqqət mərkəzindədir:
Valideyn olmaq üzrə məşqlər
Zehni gərginliyin idarə olunması üzrə məşqlər
Bədənimizi qavrama məşqləri
Yeniyetməlik dövrü və ailədaxili əlaqələr
Psixo-onkologiya
Komandamız psixi və fiziki sağlamlığın ayrılmaz bir vahid olduğuna inanır. Bu səbəbdən xərçəng diaqnozu qoyulan xəstələrin və ailələrinin müalicə müddətində və sonrasında ən uyğun psixoloji dəstəyi alması vacibdir.
Xərçəng diaqnozu, cərrahi müdaxilələr, kimyaterapiya və radioterapiya müalicələri fiziki, psixoloji və sosial cəhətdən çətin bir dövrü göstərir. Bu dövr qayğı pozğunluğu, depressiv əhval-ruhiyyə, uyğunlaşma problemləri, şəxsi xüsusiyyətlər kimi psixoloji problemlərin yaranmasına zəmin yaradır. Xəstə və ailələri üçün bu kritik dövrdə psixoloqlarımız psixo-onkoloji araşdırmalar çərçivəsində həm xəstəyə, həm də ailəsinə psixi, emosional və funksional baxımdan dəstək göstərərək həyat keyfiyyətinin artırılmasını hədəfə alırlar.
Bu baxımdan bölmə; xəstəni anlamaq, vəziyyəti birlikdə qiymətləndirmək və diaqnozu qoyulmuş və ya müalicə olunacaq xəstə ilə görüşərək onun üçün ən yaxşı dəstək proqramını seçmək məqsədi daşıyır. Buraya fərdi psixoterapiya, ailə dəstəyi və ya qrup dəstəyi daxil ola bilər. Araşdırmalar göstərir ki, xərçəng xəstəliyi prosesinə psixoloji dəstəyin daxil edilməsi xəstənin və ailəsinin müalicə prosesini daha rahat və məqsədəuyğun keçirir. Bu səbəbdən xərçəngdən əziyyət çəkən xəstələrimizi təkcə tibbi deyil, həm də psixoloji cəhətdən müşayiət edirik.