Qan azlığı, yəni anemiya, bədəndə sağlam olan qırmızı qan hüceyrələrinin sayının azalması ilə ortaya çıxır. Bu hüceyrələr orqanizmin oksigenlə təmin olunmasında mühüm rol oynayır. Onların azlığı, toxumaların oksigenlə qidalanmasını zəiflədir və bir sıra narahatlıqlara səbəb olur.
Qan azlığı zamanı ən çox görülən əlamətlər sırasına bunlar daxildir:
- Uzunmüddətli yorğunluq, halsızlıq və enerji əskikliyi
- Başgicəllənmə, diqqətin yayınması və zəif yaddaş
- Solğun dəri, dodaq və dırnaq rənginin açıqlaşması
- Sürətli ürək döyüntüləri, nəfəs darlığı və sinədə sıxılma hissi
- Əllərdə, ayaqlarda soyuqluq və keyimə
Sadalanan əlamətlər fərdi olaraq fərqli intensivlikdə olur. Əsas odur ki, bu əlamətlərdən hər hansısa biri olarsa, gözardı edilməsin. Çünki qan azlığı xəstəliyi gündəlik həyatı çətinləşdirən ciddi problemlərdən biridir.
Qan azlığının səbəbləri
Qan azlığına səbəb olan faktorlar fərqlidir və dəqiq səbəbi müəyyən etmək düzgün müalicənin ilk addımıdır. Bu xəstəliyin səbəbi sadəcə düzgün qidalanmamaqla deyil, bir çox digər sağlamlıq problemi ilə də bağlı ola bilər.
Əsas səbəblər sırasına daxil olan bir neçə məqamı sizə çatdırmaq istəyirik:
- Dəmir çatışmazlığı: Qidada dəmirin azlığı, menstruasiya və ya hamiləlik zamanı qan itkisinin artması ilə nəticələnir.
- B12 və fol turşusu çatışmazlığı: Bu vitaminlər qırmızı qan hüceyrələrinin yaranması üçün olduqca vacibdir
- Xroniki xəstəliklər: Böyrək, qaraciyər və ya autoimmun xəstəliklərinin yaranmasına səbəb olur
- Genetik faktorlar: Talassemiya və anemiya kimi irsi xəstəliklərə səbəb olur
- Qan itkisi: Əməliyyat, daxili qanama və ya travmalar nəticəsində yaranan ciddi qan itkiləri qan azlığına gətirib çıxara bilər.
Hər hansı simptom müşahidə edildikdə, vaxtında həkimə müraciət etmək sağlamlığın qorunması üçün vacibdir. Bunun üçün hər zaman sağlamlığınızın qeydinə qalmalısınız. Biz daima sizin üçün profilaktik olaraq müayinələrin tövsiyyəsini edir və bunun üçün hər bir şəraiti yaradırıq.
Qan azlığının müalicəsi
Qan azlığının müalicəsi onun yaranma səbəbindən asılı olaraq fərqlənir. Bu xəstəlik təkcə dərmanla yox, həm də qidalanma və həyat tərzinin düzənlənməsi ilə dəstəklənməlidir.
Qan azlığı müalicəsi üçün ən çox istifadə olunan müalicə üsullarına baxaq:
- Dəmir çatışmazlığı üçün dəmir preparatları və dəmir baxımından zəngin qidalar qəbul edilməlidir. Bunlara qırmızı ət, qaraciyər, yaşıl yarpaqlı tərəvəzlər daxildir.
- Vitamin çatışmazlığı üçün B12 vitamini və fol turşusu əlavələri qəbul olunmalıdır.
- Ağır hallarda qan köçürməsi və ya tibbi müdaxilələr olunmalıdır.
- Xroniki xəstəlik hallarında isə əsas xəstəliklə paralel olaraq qan istehsalını stimullaşdıran dərmanlar qəbul edilməlidir.
Əgər “qan azlığı üçün nə etməliyəm?” sualı sizi hələ də narahat edirsə, cavab sağlam və balanslı qidalanma, həkim nəzarəti və vaxtında müdaxilədə gizlidir.
Qan azlığı üçün dərmanlar
Qan azlığı üçün dərmanlar yalnız həkim göstərişi ilə istifadə edilməlidir. Bu preparatlar orqanizmin ehtiyac duyduğu maddələri bərpa edərək, simptomların azalmasına kömək edir.
Ən çox təyin olunan dərman növləri:
- Dəmir preparatları
- Vitamin əlavələri
- Hormon terapiyası
- Eritropoetin preparatları
Bu dərmanlar ciddi şəkildə təyin edilmiş doza və müddətə uyğun qəbul edilməlidir. Özbaşına qəbul fəsadlara yol aça bilir. Unutmayın ki, qan azlığının effektiv müalicəsi üçün Bona Dea Hospital-ının peşəkar həkim komandası fərdi yanaşma ilə sizə dəstək ola bilər. Onlayn qeydiyyatdan keçərək, tibbi müayinəyə yazılmaqla hər zaman sağlamlığınız üçün ilk addımı ata bilərsiniz.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .