Qastrit zamanı nə yeməli?
Son yeniləmə tarixi: 14.05.2025 11:33:06
Qastrit və xora xəstəliyi zamanı qidalanma bədənin sağalma sürətini birbaşa təsirləndirir. Bu xəstəlik zamanı mədənin selikli qişasını qıcıqlandırmayan, eyni zamanda onu qoruyan qidalar seçilməlidir. Aşağıda qeyd etdiyimiz sadə, amma effektiv qida seçimləri gündəlik menyuya daxil edilə bilər:
🍲 Yüngül şorbalar və yulaf sıyığı – mədəni rahatlaşdırır
🥩 Az yağlı bişmiş ətlər – zülal ehtiyacını qarşılayır
🍌 Banan və alma püresi – asan həzm olunan lif mənbələridir
🌿 Nanə çayı – iltihabı azaldır, spazmı yüngülləşdirir
Pəhrizlə yanaşı, yeməklərin tez-tez və az miqdarda qəbul edilməsi də simptomların azalmasına kömək edir. Ən əsası odur ki, qidalanma planı həkim nəzarətində hazırlanmalıdır.
Mədədə qastrit əlamətləri
Mədədə qastrit ilkin mərhələdə yüngül narahatlıq kimi hiss olunsa da, zamanla şiddətlənə bilər. Bu əlamətləri yalnız sadalamaq kifayət etmir, çünki, hər biri orqanizmin xəbərdarlıq siqnalıdır:
- Yanma hissi
- Mədədə ağırlıq
- Yeməkdən sonra köp və bulanma...
Bəzən bu simptomlar o qədər təkrarlanır ki, insan adi hal kimi qəbul etməyə başlayır. Halbuki mədədə qastrit bəzən xora xəstəliyinə, hətta daha ciddi problemlərə səbəb ola bilər. Ona görə də bu əlamətləri hiss etdiyiniz anda bir mütəxəssisə müraciət etmək ən doğru addımdır.
Qastritin təbii yolla müalicəsi
Qastritin müalicəsi yalnız dərmanla bitmir, çünki, təbiətin də bu sahədə güclü dəstəyi var. Bitki mənşəli vasitələr, qida dəyişikliyi və həyat tərzi düzəlişləri bir çox hallarda mədənin öz-özünə bərpasını sürətləndirir.
🍯 Bal və aloe vera – müalicəedici, sakitləşdirici təsir
🫖 Zəncəfil və razyana çayı – qaz, köp və spazm əleyhinə
🌰 Kətan toxumu suyu – mədəni qoruyucu örtüklə təmin edir
🥛 Qatıq və kefir – probiotiklərlə mikrofloranı tarazlayır
Təbii üsullarla qastritin müalicəsi bir çox hallarda əlamətləri azalda bilər. Amma bu vasitələrin də həkimlə məsləhətləşmədən istifadəsi tövsiyə olunmur. Bona Dea Hospitalında təbii və tibbi müalicə yolları peşəkar şəkildə birləşdirilərək fərdi müalicə planı hazırlanır. Gecikdirmədən siz də bizə müraciət edin və sağlamlığınızın qayğısına qalın!
💊 Qastrit üçün dərman
Qastrit üçün dərmanlar, xəstəliyin səbəbinə və mərhələsinə görə dəyişə bilər. Bəzən sadə antasidlər, bəzən isə Helicobacter pylori-yə qarşı antibiotiklər təyin olunur. Ancaq dərmanlar yalnız simptomları aradan qaldırmamalı, həm də səbəbi hədəf almalıdır.
Proton pompası inhibitorları kimi preparatlar turşunun qarşısını alır, qoruyucu preparatlar isə selikli qişanı örtür. Buna baxmayaraq, hər dərman fərqli orqanizmlərdə fərqli təsir göstərə bilər. Buna görə də qastrit üçün dərman qəbulu mütləq həkim məsləhəti ilə həyata keçirilməlidir. Bona Dea Hospitalında həm diaqnozda, həm də dərman seçimində hər pasiyentə fərdi yanaşma tətbiq olunur.