Retinol, A vitamininin saf və aktiv formasıdır. Dəriyə tətbiq edildikdə hüceyrə yenilənməsini sürətləndirir və kollagen istehsalını artırır. Kosmetologiyada yaşlanma əleyhinə və ləkə azaldıcı xüsusiyyətləri ilə tanınır. Retinol dəriyə həm daxildən, həm də xaricdən sağlamlıq və parlaqlıq bəxş edir.
Retinol A vitamini faydaları
Retinol A vitamini dəriyə təsir edən ən güclü aktiv maddələrdən biridir. Bu vitamin tərkibli vasitələr dəri hüceyrələrinin yenilənməsini sürətləndirərək qırışları, ləkələri və dəri məsamələrini hədəf alır. Retinol faydaları əsasında yaşlanmaya qarşı təsirli məhsullar hazırlanmışdır. Anti-aging məhsullarda bu vitamin əsas komponent hesab olunur. Əsasən gecə kremlərində və serumlarda istifadəsi daha yaxşı nəticələr verir, deyə bilərik.
Retinol A vitaminin əsas faydaları nələrdir?
- Dərini parlaq və canlı göstərir
- Qırışları və incə xəttləri azaldır
- Dəri məsamələrini sıxlaşdırır
- Sızanaq və ləkə izlərini aradan qaldırmaqda effektivdir
Retinolun faydalarından maksimum istifadə etmək üçün müntəzəm və düzgün tətbiq vacibdir. Daha yaxşı nəticə əldə etmək üçün bir neçə həftə davamlı istifadə tövsiyə olunur.
Retinol istifadə qaydası
Retinol istifadəsi dərinin tipinə və həssaslığına uyğun şəkildə planlaşdırılmalıdır. Aşırı istifadə qızartı, soyulma və quruluğa səbəb ola bilər. Kiçik miqdarda, əsasən gecə saatlarında tətbiq olunması məsləhətdir.
Doğru istifadə üçün əsas qaydalara nəzər salaq:
- Gecə yatmazdan əvvəl tətbiq edin
- Səhərlər mütləq günəş qoruyucu krem istifadə edin
- Əvvəl nəmləndirici, sonra retinol istifadə etmək, dəridə olan həssaslığı azaldır
- Həftədə 2-3 dəfə istifadəyə başlayaraq tezliyi tədricən artıra bilərsiniz
İlk istifadə zamanı aşağı konsentrasiyalı retinol məhsullarına üstünlük vermək tövsiyə olunur. Dərinin reaksiyasına görə tətbiq sıxlığı tənzimlənməlidir.
Retinol krem
Retinol krem, gündəlik istifadə üçün nəzərdə tutulan və dəridəki yaşlanma əlamətlərinə qarşı mübarizə aparan məhsuldur. Bu kremlər həm qırışları, həm də dəridə olan rəng fərqlərini azaltmaq üçün istifadə olunur. Retinol krem istifadə qaydası isə digər retinol məhsulları ilə müqayisədə daha sadə və təhlükəsizdir.
Retinol kreminin istifadəsi zamanı diqqət edilməli məqamlar bunlardır:
- Gecə dərinin təmizlənmiş nahiyəsinə tətbiq edin
- İstəyə görə nəmləndirici ilə qarışdıraraq yumşaldıla bilər
- Səhərlər SPF qoruyucu tətbiqi mütləqdir
- Eyni anda turşular və C vitamini ilə istifadə etməyin
Retinol krem istifadəsindən öncə dəri tipinizi müəyyən etməli və əgər həssas dəriyə sahibisinizsə, buna uyğun formulları seçməlisiniz.
Retinol serum
Retinol serum, daha konsentrasiyalı və təsirli formulaya malik məhsuldur. Bu serum dərin qatlara nüfuz edərək dəridəki problemləri kökündən hədəf alır. Retinol serum qiyməti, markaya, konsentrasiya faizinə və tərkibə görə dəyişir.
Retinol serumun üstünlükləri:
- Daha sürətli və effektiv nəticələr təqdim edir
- Gecə tətbiqində hüceyrə bərpasını gücləndirir
- Vitamin və peptid dəstəyi ilə zənginləşdirilmiş formulları mövcuddur
- Dəriyə hamar tekstura və təravətli görünüş bəxş edir
Retinol serumlar ilə tez nəticə əldə edə bilərsiniz. Amma istifadə zamanı yuxarıda qeyd etdiyimiz kimi dəridə olan həssaslığa diqqət edilməlidir.
Retinol qiyməti
Retinol məhsullarının qiyməti markaya, formul tərkibinə və aktiv maddələrin konsentrasiyasına görə dəyişir. Bəzi kremlər və serumlar sadə formulda olsa da, klinik təsir göstərən məhsullar daha yüksək qiymətə təklif olunur.
Qiymətə təsir edən faktorlar:
- Retinolun %-lik miqdarı (0.25%, 0.5%, 1%)
- Əlavə dəstəkləyici tərkiblər (niacinamide, hyaluronic acid)
- İstehsalçı ölkə və brend
- Məhsulun forması (krem, serum, ampul)
Orta hesabla retinol məhsullarının qiyməti bu faktorlara görə müəyyən edilir. Unutmayın ki, hər zaman dəriyə uyğun məhsul seçmək üçün mütəxəssis məsləhəti zəruridir.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .