-
Robot cərrahiyyə nədir?
-
Robotik cərrahiyyə hansı əməliyyatlar daxildir?
-
Robot yardımlı cərrahiyyənin üstünlükləri nələrdir?
-
Liv Bona Dea Hospitalda Robotik Cərrahiyyə
Robot cərrahiyyə nədir?
Robot cərrahiyyə nədir? Bu cərrahiyə ənənəvi cərrahi əməliyyatlardan fərqlənən, daha dəqiq və minimal invaziv formada icra edilən, robotik sistemlərin istifadə edildiyi müasir tibbi metoddur. Bu texnologiya cərrahın hərəkətlərini daha dəqiq idarə etməsinə imkan verir. Onun əsas üstünlüyü budur ki, bədən daxilində minimal kəsiklərlə əməliyyat aparılır. Bu prosedur nəticəsində əməliyyatdan sonra yaranan fəsadlar az olur və özünübərpa müddəti tez başa gəlir.
Robotik cərrahiyyə hansı əməliyyatlar daxildir?
Günümüzdə Robotik cərrahiyyə çoxsaylı sahələrdə istifadə edilir. Bu üsul bir çox ciddi xəstəliyin müalicəsində effektiv həllər təmin edir. Əgər bilmək istəyirsinizsə ki, bura hansı əməliyyatlar daxildir, daha yaxın əyləşin:
- Onkoloji cərrahiyyə
- Uroloji cərrahiyyə
- Ginekoloji cərrahiyyə
- Kardioloji cərrahiyyə
- Mədə-bağırsaq cərrahiyyəsi
Prostat xərçəngi, mədə-bağırsaq xərçəngi, uşaqlıq xərçəngi kimi hallarda Onkoloji cərrahiyyə tətbiq edilir. Prostatın, böyrək və sidik yolları problemlərinin müalicəsində istifadə edilən əməliyyat üsulu isə Uroloji cərrahiyyədir. Endometrioz, uşaqlıq fibromaları, yumurtalıq kistləri üçün effektiv üsul isə Ginekoloji cərrahiyyə növüdür. Ürək qapaqlarının bərpası, damar tıxanmalarının aradan qaldırılması üçün Kardioloji cərrahiyyə tətbiq edilir. Mədə-bağırsaq cərrahiyyəsi isə piylənmə, xərçəngin müalicəsində müsbət nəticələr göstərir. Robotik cərrahiyyə üsullarından faydalanmaq üçün Bona Dea Hospitalına müraciət edə bilərsiniz. Burada peşəkar cərrahlar xidmət göstərərək effektiv əməliyyatlar edir və sağalamlığınızı daha da yaxşılaşdırmaq üçün sizi sağalma müddətində daima nəzarətdə saxlayırlar.
Robot yardımlı cərrahiyyənin üstünlükləri nələrdir?
Robotik cərrahiyyə ənənəvi cərrahiyyə metodlarına nisbətən daha çox üstünlük təqdim edir. Təbii olaraq əməliyyata girməzdən əvvəl hər birimiz bununla bağlı məlumat toplamaq və doğru qərar vermək istəyirik. Odur ki bütün narahatlıqları kənara qoyub bu əməliyyat növünün üstünlüklərinə diqqət edin:
✅ Daha dəqiq icra
✅ Minimal kəsiklər
✅ Az qan itkisi
✅ Sürətli bərpa
✅ Az ağrı və fəsad riski
Sadalanan üstünlükləri daha sadə dillə izah etsək deyə bilərik ki, Robotik sistem cərrahın hərəkətlərini filtr edib daha dəqiq və stabil icra etməyə imkan yaradır. Kəsiklər kiçik olduğu üçün yara izləri daha az olur, əməliyyatdan sonra vizual görünüş daha yaxşı olur. Daha dəqiq manipulyasiya edildiyi üçün qan itkisi minimuma endirilir. Bu prosedur nəticəsində xəstələr qısa zamanda adi həyata qayıda bilər, stasionar qalma müddəti azalır. Minimal invaziv yanaşma sayəsində əməliyyat sonrası infeksiya və digər fəsad ehtimalı çox aşağı olur.
Liv Bona Dea Hospitalda Robotik Cərrahiyyə
Bona Dea Hospitalda son texnologiyaya malik robotik cərrahiyyə sistemləri istifadə edilir.
🔹 Yüksək dəqiqliyə malik 3D kamera sistemi cərraha əməliyyat prosesini tam olaraq görmə imkanı verir.
🔹 Robotik qollar cərrahın hərəkətlərini olduğu kimi izləyərək əməliyyatları daha stabil aparmağı təmin edir.
Müasir tibbin yeniliyi olan robotik cərrahiyyə, Liv Bona Dea Hospitalda xəstələrə daha səmərəli, sürətli və təhlukəsiz müalicə təmin edir. Əgər siz də robotik cərrahiyyə ilə maraqlanırsınızsa, bizim mütəxəssislərimiz sizə yardım etməyə hazırdır!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .