Backrgound Image
Home Icon
Arrow
Arrow
Saç tökülməsinin səbəbləri – Müalicə üsulları

Saç tökülməsinin səbəbləri – Müalicə üsulları

Calendar Icon
27 iyun 2024
Məqalənin məzmunu
  • Saç tökülməsinin səbəbləri 
  • Qadınlarda saç tökülməsi 
  • Saç tökülməsinin qarşısını almaq 
  • Ocaqlı saç tökülməsi 
  • Güclü saç tökülməsi 
  • Saç tökülməsi hansı xəstəliyin əlamətidir 
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Saç tökülməsinin səbəbləri 

Saç tökülməsinin bir çox səbəbləri ola bilər. Tək bir xəstəliyin göstəricisi deyil saç tökülməsi. Saç tökülməsinə səbəb olan amillərdən aşağıdakıları göstərə bilərik.

Hormonal dəyişikliklər zamanı baş verən saç tökülməsi

Stressdən yaranan saç tökülməsi

Orqanizmdə qida çatışmazlığı

Orqanizmdə qalxanabənzər vəzinin xəstəlikləri

Saç tökülməsinə genetik meyl

Müəyyən tibbi şərait və müalicələr kimi müxtəlif amillər səbəb ola bilər.

Qadınlarda saç tökülməsi 

Qadınlarda saç tökülməsinə hormon səviyyələrindəki dəyişikliklər kimi amillər səbəb ola bilər.

Hamiləlik

Doğuşdan sonrakı periodda

Menopoz zamanı

Stress

Dəmir çatışmazlığı

Tiroid

Cinsi hormon problemləri

Saç tökülməsinin qarşısını almaq 

Saç tökülməsinin qarşısının alınmasına yumşaq şampunlar və kondisionerlərdən istifadə edərək saçlarınıza qulluq etmək, sağlam qidalanma, stresli vəziyyətlərdən qaçınmaq, hər hansı potensial tibbi problemləri müəyyən etmək üçün müntəzəm tibbi müayinələr və xüsusi saç gücləndirici vasitələrdən istifadə etmək daxildir. Başqa bir üsul isə müəyyən edilmiş saç tökülməsi halları ilə qarşılaşdığınız an mütəxəssix həkimlərə üz tutmaq və onların müalicə metodları ilə bu halın qarşısını almaqdır. Bona Dea Hospitalı həkimləri peşəkar yanaşma ilə saç tökülməsi problemi olan hər bir şəxsə yardım əllərini uzadır və onlara sağlamlıqlarını geri qaytarmağa kömək edir.

Ocaqlı saç tökülməsi 

Ocaqlı saç tökülməsi (alopecia areata) baş dərisində dairəvi keçəlliklərin əmələ gəldiyi bir saç tökülməsi növüdür. Bu vəziyyətin səbəbləri arasında otoimmün proseslər, stress, genetik meyl və digər amillər ola bilər. Bunun təyini üçün ancaq diaqnostika edilməli və müayinədən sonra səbəbin aşkarı olmalıdır.

Güclü saç tökülməsi 

Güclü saç tökülməsi və ya şiddətli saç tökülməsinə (telogen effluvium) ağır stress, doğuş, əməliyyat, infeksiyalar, ağır xəstəlik, müəyyən dərmanlar və ya kimyaterapiya kimi amillər səbəb ola bilər.

Saç tökülməsi hansı xəstəliyin əlamətidir 

Saç tökülməsi anemiya, tiroid disfunksiyası (hipotiroidizm və ya hipertiroidizm), otoimmün xəstəliklər (sistemli lupus eritematosus kimi), baş dərisi infeksiyaları (göbələk infeksiyaları kimi) və xərçəng üçün kemoterapiya da daxil olmaqla müxtəlif tibbi vəziyyətlərin əlaməti ola bilər. Bütün bu məlumat toplusu tanış olduqdan sonra tibbi müayinə olmaq istəyirsinizsə, işinin peşəkarı olan Bona Dea Hospitalının həkim kollektivinə müraciət edə bilərsiniz.
* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
saç tokulmesi
saç ekimi
saç tokulmesi sebebleri
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
27 iyun 2024 11:06:50
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!