Backrgound Image
Home Icon
Arrow
Arrow
Sarılıq Xəstəliyinin Müalicəsi

Sarılıq Xəstəliyinin Müalicəsi

Calendar Icon
27 yanvar 2025
Məqalənin məzmunu
  • Sarılıq xəstəliyi
  • Sarılıq xəstəliyi keçicidirmi?
  • Sarılıq əlamətləri
  • Sarılıq növləri 
  • Mexaniki sarılıq
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Sarılıq xəstəliyi

Sarılıq nədir? Sarılıq, dəridə, gözlərdə və selikli qişalarda sarımtıl rəngin olması ilə özünü biruzə verən bir sağlamlıq problemidir. Qanda bilirubin səviyyəsinin artması nəticəsində yaranan bu xəstəliyə sarılıq xəstəliyi deyilir. Bu xəstəli adətən qaraciyər toxumalarının, öd yolları və ya qırmızı qan hüceyrələrinin parçalanması nəticəsində və ya müxtəlif səbəblərdən yarana bilər. Hər bir fərd üçün xüsusi təyin edilmiş xəstəliyin növünə və səbəbinə görə simptomlar və müalicə üsulları təyin edilir.

 

Sarılıq xəstəliyi keçicidirmi?

Sarılıq xəstəliyi keçicidirmi? Bu sual bir çoxlarını maraqlandıran başlıca suallardan biridir. Buna cavab olaraq qeyd etmək lazımdır ki, sarılıq xəstəliyinin keçici olub olmaması xəstəliyin səbəbindən asılı olaraq dəyişir. Məsələn, keçici olan hepatit viruslarının səbəb olduğu sarılıq xəstəliyi yoluxucudur və bir insandan digərinə keçə bilər. Bu zaman olduqca ehtiyyatlı davranmaq və gigiyenik qaydalara əməl etmək şərtdir. Lakin mexaniki və ya hemolitik sarılıq adətən keçici olmur, orqanizmin daxili problemləri ilə bağlı olur. Ancaq yenə də tədbir amaclı ehtiyyatlı olmaqda fayda var. 

 

Sarılıq əlamətləri

Sarılıq əlamətləri arasında aşağıdakılar yer alır:

 

  • Dəridə və gözlərin ağ hissəsində sarımtıllıq varsa
  • Yorğunluq və zəiflik hissi daimi olaraq özünü biruzə verirsə
  • Sidiyin tünd rəng alması halları zamanı
  • Nəcisin davamlı olaraq açıq rəngdə olması halları
  • Qarında ağrı və diskomfort hissinin təkrarlanması

Sarılıq əlamətləri xəstəliyin növündən və şiddətindən asılı olaraq dəyişə bilər. Sadalanan əlamətlərə diqqət etsəniz və bu əlamətlərdən bir neçəsini müşahidə etmiş olsanız mütləq həkim müayinəsindən keçmək tövsiyyə olunur. 

 

Sarılıq növləri 

Yuxarıda da qeyd etdiyimiz kimi sarılıq növləri müxtəlif səbəblərlə bağlı olaraq ortaya çıxa bilər. Bu növlərin hər biri fərqli yanaşma və müalicə metodu tələb edir. Sarılığın əsas iki növü haqqında qısa məlumat verək:

 

Mexaniki sarılıq

Mexaniki sarılıq əsasən öd yollarının tıxanması ilə özünü biruzə verən sarılıq növüdür. Ödün tıxanmasından əlavə sıxılması da bu xəstəliyə təkan verə biləcək səbəblərdən biridir. Bu vəziyyət adətən öd daşları, öd yolları şişləri və ya pankreasın xəstəlikləri səbəbindən ortaya çıxır. Mexaniki sarılıq zamanı öd adəti üzrə normal axını təmin edə bilmədiyi üçün, qanda bilirubin səviyyəsinin artmasına səbəb olur. Mexaniki sarılıq diaqnozu, eyni zamanda müalicəsi üçün dəqiq tibbi müayinə və müdaxilə vacibdir. Peşəkar həkim müalicəsi ilə bu xəstəliyin öhdəsindən gəlmək mümkündür.

 

Hemolitik sarılıq

Hemolitik sarılıq qırmızı qan hüceyrələrinin təyin edilmiş normadan daha çox parçalanması səbəbindən yaranan bir xəstəlikdir. Bu xəstəlik zamanı qanda sərbəst bilirubin səviyyəsi normadan artıq olur. Hemolitik sarılıq çox zaman anemiya, bəzi genetik xəstəliklər və ya toksinlərdən qaynaqlana bilər. Bu xəstəlik müalicə olunmazsa, qaraciyərə və digər orqanlara ciddi zərər verə bilər ki, bu da daha ağır xəstəliklərə gətirib çıxara bilər. Zamanında təyin edilmiş xəstəliyin müalicəsi də effektiv olur, bunu unutmayın və sağlamlığınızın qeydinə qalın. 

 

Sarılıq xəstəliyinin müalicəsi

Sarılıq xəstəliyi müalicəsi təyin edilməzdən əvvəl onun yaranma səbəblərini təyin etmək vacibdir. Adətən yoluxucu sarılıq xəstəliyinə tutulmuş xəstələrin, məsələn, hepatit virusuna yoluxmuş olanların müalicəsində antiviral dərmanlar və xüsusi pəhriz təyin olunur. Mexaniki sarılıq zamanı isə öd kisəsində yaranan tıxanmanı aradan qaldırmaq üçün müxtəlif müalicə metodları, daha sonra isə cərrahi müdaxilə və ya digər tibbi prosedurlar tələb oluna bilər. Sarılıq xəstəliyi yoluxucudur deyildikdə, adətən virus mənşəli formalar nəzərdə tutulur.  Bütün bunları nəzərə alaraq sizə erkən diaqnoz və tibbi müdaxilənin zamanında edilməsini tövsiyyə edə bilərik.

 

Qorxudan sarılıq

Qorxudan sarılıq olmaq olarmı? Bəli şiddətli qorxu sarılıq xəstəliyinə səbəb ola bilər. Bu zaman psixoloji təsir nəticəsində yaranan sarılıq xəstəliyi qaraciyər funksiyalarına mənfi təsir edir. Ço x nadir də olsa, sarılıq xəstəliyi ilə psixoloji hallar arasında əlaqə özünü göstərə bilər. Bu sarılıq növü adətən müvəqqəti olur və psixoloji dəstək və rahatlaşdırıcı tədbirlərlə tez zamanda aradan qaldırıla bilər. Sarılıq xəstəliyi ilə bağlı yuxarıda sadalanan simptomlardan hər hansı birini hiss etdikdə, mütləq həkimə müraciət etmək və düzgün müalicə yolu seçmək vacibdir. Sağlamlığınızın qorunması üçün erkən diaqnoz və müalicə əsasdır.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
15 aprel 2025 14:21:00
Liv Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!