Təngnəfəslik nədir?

Son yeniləmə tarixi: 01.05.2025 14:36:54

 

Təngnəfəslik, nəfəs almaqda çətinlik və havaya çatmama hissi ilə müşahidə olunan vəziyyətdir deyə bilərik. Bu hal bəzən qısa müddətli olsa da, davamlı olması ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Təngnəfəslik ürək, ağciyər və ya sinir sistemi ilə bağlı müxtəlif səbəblərdən qaynaqlanır. Hər bir nəfəs çətinliyi halı eyni ciddiyyətdə olmasa da, düzgün diaqnoz və nəzarət olduqca vacibdir.

 

🔍Təngnəfəslik səbəbləri  

Təngnəfəslik bir çox orqan sistemini əhatə edən səbəblərlə ortaya çıxa bilər. Gündəlik yorğunluqdan tutmuş, kəskin infeksiyalara qədər müxtəlif amillər bu problemi yaradır. Bəzən isə bu hal psixoloji narahatlıqla da əlaqələndirilir. Ən çox yayılmış səbəblər arasında hansılar yer alır, gəlin birlikdə nəzər yetirək. Ürək çatışmazlığı və ritm pozğunluqları, astma, bronxit və digər ağciyər xəstəlikləri zamanı, panik atak və narahatlıq pozuntuları, qan azlığı yəni anemiya hallarında bu problemlə üzləşmə riski olur. Təngnəfəslik səbəbləri düzgün araşdırıldıqda müalicə prosesi daha effektiv olur. Həkim nəzarəti bu mərhələdə həyati əhəmiyyət daşıyır. Ona görə də doğru ünvan seçimi və peşəkar mütəxəssis konsultasiyası vacibdir. Bona Dea Hospitalında işinin peşəkarı olan tibb işçilərinin qəbuluna yazıla və sağlamlığınız üçün bir addım ata bilərsiniz. 

 

Təngnəfəslik zamanı nə etməli? 

Təngnəfəslik zamanı ilk növbədə sakit qalmaq və nəfəsə nəzarət etmək vacibdir. Panikaya düşmək vəziyyəti daha da ağırlaşdıra bilər. Bu səbəbdən həm psixoloji, həm də fiziki yanaşmalar tətbiq olunmalıdır.

Edilə biləcək əsas tədbirlər arasında bu məqamlara diqqət edilməlidir:

 

  • Açıq havada dərin və yavaş nəfəs almağa çalışmaq
  • Oturaraq və ya önə əyilərək rahat nəfəs mövqeyi tutmaq
  • Pəncərəni açaraq, otağı havalandırmaq
  • Uzun sürən və ya kəskin hallarda təcili tibbi yardım çağırmaq

 

Əgər təngnəfəslik tez-tez təkrarlanırsa, bununla yaşamağa çalışmaq əvəzinə, səbəblər araşdırılmalı və müalicəyə başlanmalıdır.

 

Təngnəfəslik nədən olur❓

Təngnəfəslik nədən olur, sualının cavabı birbaşa xəstənin ümumi sağlamlıq durumu ilə bağlıdır. Bu vəziyyət həm fiziki, həm də psixoloji səbəblərlə əlaqəli ola bilər. Tənəffüs yolları, ürək və qan dövranı sistemlərindəki pozuntular əsas səbəblərdən bir neçəsidir. Bu halın yaranma səbəbləri arasında daha hansı məqamlar var, gəlin birlikdə nəzər yetirək:

 

🫁 Ağciyər tutumu zəifləyən xroniki xəstəliklər

❤️ Ürəkdə qan dövranının pozulması

🩸 Oksigen çatışmazlığı (aşağı hemoqlobin)

🟢Gərginlik və narahatlıq halları

 

Diaqnoz üçün qan testləri, ağciyər görüntüləri və ürək müayinələri tələb oluna bilər. Səbəb dəqiqləşdirildikdən sonra hədəfli müalicə aparılır. 

 

🤰 Hamiləlikdə təngnəfəslik

Hamiləlikdə təngnəfəslik adətən bədəndəki fiziki dəyişikliklər və hormonal təsirlərlə əlaqədar olur. Dölün böyüməsi ilə diafraqmaya təzyiq artır və bu da nəfəs darlığına səbəb olur. Qadınlarda bu hal adətən aşağıda qeyd etdiyimiz məqamlarda baş verir:

 

  • 2-ci və 3-cü trimestrdə daha çox müşahidə olunur
  • Ağciyərlərin daralması ilə əlaqələndirilir
  • Yeməkdən sonra daha çox hiss oluna bilər

 

Rahat geyim və düzgün nəfəs texnikası kömək nəfəs darlığını aradan qaldıra bilər. Unutmayın ki, təngnəfəslik ağrılı və ya qəfil baş verirsə, bu halda həkim nəzarəti mütləqdir.

 

🏃 Fiziki hərəkətdə təngnəfəslik 

Hərəkət zamanı baş verən təngnəfəslik, bəzən fiziki zəiflik, bəzən isə daha ciddi problemlərin xəbərçisidir. Əgər adi gəzinti və ya pilləkən çıxma zamanı nəfəs darlığı yaranırsa, bu, tibbi araşdırma tələb edir. Fiziki hərəkət zamanı yaranmış təgnəfəslik hallarına səbəb olan amillər arasında - azalmış ağciyər tutumu, ürək ritmində pozulma və zəif qan dövranı, qan azlığı (anemiya) və digər səbəblər ola bilər. Bəzən isə sadəcə idmana yeni başlayan insanlarda bu hal müşahidə olunur və zamanla keçir. Bunun dəqiq diaqnozu üçün analizlərin verilməsi və daha sonra müalicəyə başlanması lazımdır. Amma davamlı hal alarsa, mütləq səbəblər araşdırılmalıdır. Sağlamlığınızın qeydinə qalmaq sizin əlinnizdədir! Bona Dea Hospitalının peşəkar komandası ilə istənilən sağlamlıq problemlərinizin həlli yolunu rahatlıqla tapa bilərsiniz. 


Məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın!
Bütün Xəstəxanalar Chevron Down

Təqdim etmək