Ürək ağrısının əlamətləri özünü necə biruzə verir? Ürək ağrısı, adətən sinə nahiyəsində sıxılma, basqı və ya yanma hissi ilə başlayır və kürəyə, çiyinə və boyuna yayıla bilər. Səncə, ürək ağrısını necə ayırd etmək olar? Bunun üçün bəzi əsas əlamətləri bilmək lazımdır:
🔹 Sinə nahiyəsində sıxılma və ya basqı hissi
🔹 Ağrının çiyin, boyun və ya qola yayılması
🔹 Nəfəs darlığı və tərləmə
🔹 Başgicəllənmə və ümumi halsızlıq
Əgər ağrı fiziki fəaliyyət zamanı başlayır və istirahət etdikdə azalırsa, bu, ürək problemlərinin xəbərçisi ola bilər. Bona Dea Hospitalı ürək problemləri yaşayan hər kəs üçün peşəkar tibbi xidmətlər təqdim edir. Onlayn qeydiyyat vasitəsilə rahatlıqla kardioloqlara müraciət edə bilərsən.
Ürək ağrısı səbəbləri
Ürək ağrısı müxtəlif səbəblərdən qaynaqlana bilər. Səncə, əsas səbəblər hansılardır? Ağrıya səbəb ola biləcək məqamları diqqətə alsanız, bu problemi zamanında aşkarlaya və zərər olan nüanslardan uzaq duraraq sağlamlığınızın qayğısına qala bilərsiniz. Ürək ağrısının əsas səbəblərini gəlin birlikdə araşdıraq:
✔ Koronar arteriyaların daralması (angina)
✔ Ürək əzələsinin iltihabı (miokardit)
✔ Yüksək qan təzyiqi və xolesterol
✔ Siqaret və stress
Bəs ürək ağrısına nə xeyirdir? Bu zaman sağlam qidalanma və aktiv həyat tərzi çox önəmlidir. Təbii qidalar, vitaminlərin qəbulu, müntəzəm fiziki aktivlik və stresin idarə olunması bu problemi aradan qaldıra bilir. Bona Dea Hospitalı ürək ağrısının səbəblərini müəyyənləşdirmək və uyğun müalicə təyin etmək üçün geniş tibbi xidmətlər təklif edir. Hər zaman onlayn qeydiyyatdan keçərək mütəxəssis məsləhəti ala bilərsiniz.
Ürək ağrısı üçün təbii müalicə
Səncə, ürək sağlamlığını gücləndirmək üçün hansı təbii üsullardan istifadə etmək olar? Ürək ağrısının qarşısını almaq üçün bəzi təbii metodlar var ki, bunları sizinlə paylaşmaq istəyirik. Ürək dostu qidalar və vərdişlər sırasına daxildir:
✔ Qırmızı giləmeyvələr və yaşıl çay güclü antioksidant mənbələridir
✔ Badam və qoz sağlam yağlarla zəngin qidalardır
✔ Yoqa və meditasiya stresin azalmasına kömək edir
✔ Müntəzəm yüngül idman hərəkətləri ürək döyüntüsünü balansda saxlayır
Bona Dea Hospitalı, fərdi yanaşmalarla ürək sağlamlığından əziyyət çəkənlərə daima köməklik edir. Sən də onlayn qeydiyyat vasitəsilə kardioloqlara müraciət edib ürək ağrısı üçün uyğun müalicə yolları haqqında məsləhət ala bilərsən.
Ürək ağrısı zamanı nə etməli?
Ürəyində sancı və ya sıxılma hiss edirsənsə, ilk növbədə sakit olmalısan. Əgər ağrı fiziki fəaliyyətdən sonra başlayıbsa, dərhal dayanmq və istirahət etmək lazımdır. Ürək sancması zamanı nə etməli? Bu suala cavab olaraq qeyd edə bilərik ki:
✔ Rahat bir yerdə otur və dərin nəfəs al
✔ Əgər həkim nitroqliserin təyin edibsə, istifadə et
✔ Başgicəllənmə və halsızlıq varsa, təcili yardım çağır
✔ Soyuq və ya isti şəraitdən uzaq dur
Əgər ağrı uzun müddət davam edirsə və ya şiddətlənirsə, təcili tibbi yardım çağırmaq vacibdir! Bona Dea Hospitalı ürək problemlərinin müalicəsi üçün geniş tibbi dəstək təqdim edir. Onlayn qeydiyyatdan keçərək ürək sağlamlığın üçün addım ata bilərsən.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .