Bilirsənmi, ürəyimiz gün ərzində təxminən 100.000 dəfə döyünür? Amma hər kəsin ürək döyüntüsü eyni olmur. Yaşa görə ürək döyüntüsü dəyişir:
🔹 Yenidoğulmuşlar – 120-160 vurğu/dəqiqə
🔹 Uşaqlar (1-10 yaş) – 70-130 vurğu/dəqiqə
🔹 Böyüklər – 60-100 vurğu/dəqiqə
🔹 İdmançılar – 40-60 vurğu/dəqiqə
Əgər ürək döyüntün normaldan çox sürətli və ya çox yavaşdırsa, bu, bəzən stresdən, yorğunluqdan, bəzən isə daha ciddi səbəblərdən ola bilər.
Ürək necə qorunur?
Səncə, ürəyimizi sağlam saxlamaq üçün nə etməliyik? Əslində çox sadədir – balanslı qidalanmaq, aktiv həyat tərzi sürmək və stresi idarə etmək kifayətdir! Ürəyini qorumaq üçün zəruri olan günlük rutinlər hansılardır, gəlin birlikdə nəzər yetirək:
✔ Sağlam və balanslı qidalanmaq
✔ Hər gün ən azı 30 dəqiqə fiziki aktiv olmaq
✔ Siqaret və alkoqoldan uzaq durmaq
✔ Stressi idarə etməyə çalışmaq
✔ Yetərli yuxu almaq, gündə 7-9 saat
Bəzən, halsızlıq və ürək döyüntüsü kimi əlamətlər ürəyin yorulduğunun bir işarəsi olur. Əgər tez-tez yorğunluq, sinə ağrısı və ya nəfəs darlığı hiss edirsənsə, mütləq həkimə müraciət etməlisən.
Ürəkdə parok nədir?
Səncə, ürəyin ritminin qəfil dəyişməsi normaldırmı? Ürəkdə parok, yəni paroksizmal taxikardiya, ürəyin qəfil sürətlənməsi deməkdir. Bu, bir neçə saniyədən bir neçə saata qədər davam edə bilər və adətən ürəkdə "qəfil sıçrayış" hissi yaradır. Bəs buna səbəb nə ola bilir? Gəlin bu sualın cavabını birlikdə araşdıraq:
🔸 Stres və narahatlıq
🔸 Kofein və alkoqol qəbulu
🔸 Yuxusuzluq
🔸 Qalxanabənzər vəzin problemləri
Btün bu sadalanan amillər ürək problemləri ilə nəticələnə bilər. Bunun üçün sağlamlığınıza diqqət etməli, daha sağlam həyat tərzi üçün mütəmadi profilaktik yoxlanışlardan keçməli və düzgün qidalanma ilə daxili orqanlarınızın şahı olan ürəyi qorumalısınız. Əgər yuxarıda sadalanan hallar tez-tez baş verirsə, o zaman bunun səbəblərini araşdırmaq lazımdır.
Ürək döyüntüsü çox olarsa nə etməli?
Birdən-birə ürəyin sürətlə döyünməyə başlayırsa, bu, səni narahat edə bilər, elə deyil? Ürək döyüntüsünün artması bəzən adi həyəcan, idman və ya qəhvə içməkdən qaynaqlanır. Amma bu vəziyyət tez-tez təkrarlanırsa, buna diqqət yetirmək lazımdır.
✅ Nə etməlisən?
✔ Sakitləş və dərindən nəfəs al
✔ Bol su içməyə çalış
✔ Fiziki fəaliyyətini azaldıb rahat otur
✔ Kofein və siqaretdən uzaq dur
✔Əgər halsızlıq və başgicəllənmə hiss edirsənsə, həkimə müraciət et
Ürəyin sənin üçün çalışır, sən də onun üçün çalış! Sağlam həyat tərzi ilə ürəyini qoru və onu sevgi ilə döyündür!
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .