Uşaqlarda şəkər xəstəliyinin əlamətləri 🧒

Son yeniləmə tarixi: 16.05.2025 11:27:06
Uşaqlarda şəkər xəstəliyi, yəni diabet əvvəlcə çox nəzərə çarpmayan simptomlarla başlasa da, zamanla ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə 1-ci tip diabet uşaqlarda daha çox yayılmış olsa da, son illər uşaqlarda insulin dirənci əlamətləri də artan hallardandır və bu, 2-ci tip diabetin xəbərçisidir.
Ən çox rast gəlinən əlamətlər sırasına bunlar daxildir:
- Tez-tez susuzluq və çoxlu su içmə
- Sıx-sıx sidiyə getmə
- Halsızlıq
- İştahda dəyişiklik
- Arıqlama və ya əksinə, artıq çəki artımı
Bu əlamətlər valideynlər tərəfindən tez fərq edildikdə, erkən diaqnoz və müdaxilə mümkündür. Unutmayın ki, uşaqlarda şəkər balansının izlənməsi və nəzarəti gələcəkdə ağırlaşmaların qarşısını almaqda böyük rol oynayır.
🧬 Uşaqlarda Diabet
Uşaqlarda diabet həyat keyfiyyətinə və inkişafına birbaşa təsir edən xroniki bir vəziyyətdir. 1-ci tip diabet, uşaqlarda ən çox görülən formadır və adətən autoimmun səbəblərlə yaranır. Yəni bədənin immun sistemi pankreasdakı insulin ifraz edən hüceyrələrə hücum edir.
Bu xəstəlik bir dəfə başlayanda ömür boyu insulin dəstəyi və ciddi qidalanma rejimi tələb edir. Diabetli uşaqların gündəlik həyatı da bu xəstəliyə uyğun planlaşdırılmalıdır.
Nəzarət edilməli əsas amillərə gəldikdə, bunları qeyd edə bilərik:
🩸 Qanda şəkər səviyyəsinin gündəlik ölçülməsi
💉 İnsulin inyeksiyalarının vaxtında və düzgün tətbiqi
🥗 Karbohidrat balanslı qidalanma
⚽ Fiziki aktivliyin davamlı saxlanılması
👩⚕️ Müntəzəm pediatrik endokrinologiya nəzarəti
Uşaqlarda diabetin düzgün idarə olunması onların aktiv, sağlam və balanslı həyat yaşamasını təmin edə bilər. Bona Dea Hospital-ında uşaqlara uyğun fərdi müalicə proqramları təklif olunur.
🔍 Uşaqlarda gizli şəkər
Uşaqlarda gizli şəkər, yəni prediabetik mərhələ, şəkər xəstəliyinin ilkin və bəzən xəbərsiz inkişaf edən mərhələsidir. Bu vəziyyətdə uşağın qlükoza dəyərləri normaldan yüksək, amma diabet diaqnozu qoymaq üçün kifayət qədər deyil. Gizli şəkər illərlə əlamətsiz inkişaf edə və son mərhələdə birdən-birə diabetlə nəticələnə bilər. Valideynlərin çoxu bu mərhələdə heç bir fərq hiss etməyə bilir. Ancaq bəzi yüngül simptomlar gizli şəkərin xəbərçisidir ki, bu simptomlara diqqət edilməlidir:
- Şirin qidalara meyil və qəfil iştah artımı
- Tez yorulma və diqqət dağınıqlığı
- Boy və çəki artımında disbalans
- Dəri üzərində tünd ləkələr (boyun və qoltuqaltı bölgəsində)
Uşaqlarda gizli şəkər vaxtında aşkar edildikdə həyat tərzi dəyişiklikləri ilə tamamilə nəzarət altına alınmalıdır. Bona Dea Hospital-ında erkən diaqnoz, qanda qlükoza izlənməsi və insulinə ehtiyac olmadan tənzimləmə üçün peşəkar pediatrik endokrinoloqlar xidmət göstərir.