Uşaq cərrahiyyəsi – Peşəkar uşaq cərrahları

Son yeniləmə tarixi: 05.08.2024 07:55:42
Uşaq Cərrahiyyəsi
Pediatrik Cərrahiyyə və Pediatrik Urologiya
Pediatrik cərrahiyyə bölməsi uşaqların cərrahi və uroloji şikayətlərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Liv Bona Dea Hospitalda uşaqlarda həzm sistemi cərrahiyyəsi, uşaq endokrin cərrahiyyəsi, uşaq ginekologiyası, döş qəfəsi cərrahiyyəsi, döş qəfəsi deformasiyalarının cərrahi müalicəsi, onkoloji cərrahiyyə, diaqnostik və müalicəvi endoskopik müdaxilələr, torakoskopik və laparoskopik cərrahi müdaxilələr, travma cərrahiyyəsi, pediatrik uroloji əməliyyatlar yüksək səviyyədə həyata keçirilir. Pediatrik Cərrahiyyə neonatal dövrdən 18 yaşa qədər olan bütün cərrahi problemlərlə məşğul olur. Yenidoğulmuşlarda doğuşdan əvvəl məlum olan və ya doğuşdan sonra ortaya çıxan anomaliyaların düzəldilməsi əməliyyatları da Pediatrik Cərrahiyyədə icra olunur.
Pediatrik Cərrahiyyədə Mütəxəssis Heyəti
Uşaqlar böyümə və inkişafın ən sürətli olduğu uşaqlıq dövründə icra edilən cərrahi müdaxilənin əks-sədasını həyatları boyu daşıyır. Bu səbəblə uşaqlara edilən bütün müdaxilələr; uzun və çətin təhsil yolu keçmiş, intizamlı və ən müasir müalicə üsullarını öyrənən, təşəbbüsü ələ alıb ən ideal müalicəni çox qısa müddətdə tətbiq edə bilən təcrübəli mütəxəssislər qrupu tərəfindən icra edilməlidir. Liv Bona Dea Hospital Pediatrik Cərrahiyyə və Pediatrik Urologiya üzrə Mütəxəssis Qrupu yalnız bu səlahiyyətlərə sahib deyil; ən əsası pediatrik və körpə xəstələrə yaxınlaşma qabiliyyətinə malik olma xüsusiyyəti ilə üstünlük verilən klinikadır.
Faydalı Üsullar
Liv Bona Dea Hospital Pediatrik Cərrahiyyə və Pediatrik Urologiya Klinikasında sünnət, öd kisəsi, enməmiş xaya, appendisit, Hirschsprung əməliyyatlarında laparoskopik üsullar, böyrək və sidik kisəsi xəstəliklərində sistoskopik; tənəffüs yollarına və həzm sisteminə yad cismin sızması və bu nahiyələrin xəstəliklərində ezofafoskopik/bronkoskopik üsullara üstünlük verilir. Bu üsulların ən böyük üstünlükləri əməliyyatdan sonra demək olar ki, heç bir çapıq qalmaması, infeksiyaya yoluxma riskinin minimuma endirilməsi, uşaqlarımızın açıq cərrahiyə ilə müqayisədə daha qısa müddətdə sosial həyatlarına və məktəblərinə qayıda bilmələridir.
Biz uşaqlarınız üçün aşağıdakı cərrahi müalicə növlərini təklif edirik:
Döş qəfəsinin, qarın divarının və diafraqmanın anadangəlmə qüsurlarının cərrahi müalicəsi
Traxeoezofageal fistulanın, yuxarı tənəffüs yollarının və ya mədə-bağırsaq sisteminin yuxarı hissəsinin digər anomaliyalarının cərrahi müalicəsi
Döş qəfəsi cərrahiyyəsi: ağciyər rezeksiyası, empiemanın dekortikasiyası, plevrodez, timektomiya, torakotomiya və torakoskopik yanaşma daxildir.
Qasıq yırtığının bərpası
Bağırsaq malrotasiyası, bağırsaq çevrilməsi, göbək yırtığı, atreziya, Qirşsprunq xəstəliyi, anusun atreziyası daxil olmaqla, mədə-bağırsaq sistemi anomaliyalarının cərrahi müalicəsi
Bağırsaq keçməzliyinin cərrahi müalicəsi
Pilorostenozun cərrahi müalicəsi
Tiroid və paratiroid vəzi xəstəliklərinin cərrahi müalicəsi
Aşağı sidik yollarının diaqnostik və terapevtik prosedurları daxil olmaqla, transuretral cərrahiyyə
Uroloji cərrahiyyə: radikal nefrektomiya, sidik kisəsinin bərpası, orxidopeksiya, hidroselektomiya, sirkumsiziya
Ekstrofiya və hipospadiya daxil olmaqla, sidik-cinsiyyət sisteminin anadangəlmə anomaliyalarının cərrahi müalicəsi
İntra-abdominal və retroperitoneal törəmələrin cərrahi müalicəsi
İntra-torasik törəmələrin cərrahi müalicəsi, anadangəlmə anomaliyalar və qazanılmış xəstəliklər üçün ağciyər rezeksiyası
Əsas laparoskopik prosedurlar (diaqnostik laparoskopiya, bitişmələrin laparoskopik lizisi, IOC (intraoperativ xolangioqramma) ilə laparoskopik xolesistektomiya, laparoskopik appendektomiya və yumurtalıqların laparoskopik cərrahiyyəsi) daxildir.
Tiroqlassal kist, bronxial yarıq anomaliyası, anadangəlmə hemangiomalar
Qabaqcıl laparoskopik prosedurlar:
Laparoskopik bağırsaq prosedurlarına aşağıdakılar daxildir: nazik və yoğun bağırsaq rezeksiyası və anastomozu, sağ və sol yoğun bağırsaq rezeksiyası, aşağı anterior (ön) rezeksiya, abdominal perineal rezeksiya, kolostomiyanın qoyulması, kolostomiyanın bağlanması
Laparoskopik mədə prosedurlarına aşağıdakılar daxildir: mədə fundoplikasiyası, mədə rezeksiyası, qastroenterostomiya, duodenal prosedurlar və mədə zondunun yerləşdirilməsi (bariatrik cərrahiyyə daxil)
Yırtığın laparoskopik üsulla bərpası
Parenximatoz orqanların laparoskopik prosedurlarına aşağıdakılar daxildir: böyrəküstü vəzi, mədəaltı vəzi, böyrək, qaraciyər, splenektomiya.