Yaddaşın itməsi xəstəliyi 🧠
 (1).jpg)
Son yeniləmə tarixi: 30.05.2025 11:35:42
Hər kəsin həyatında zaman-zaman “adını unutdum”, “nə üçün otağa girdiyimi xatırlamıram” kimi anlar yaşanır. Bu hallar normaldır və stress, yorğunluq, diqqətsizlik kimi səbəblərlə izah oluna bilər. Lakin bu vəziyyət davamlı və gündəlik fəaliyyətə təsir edəcək dərəcədə təkrarlanırsa, artıq sadə unutqanlıq yox, yaddaşın itməsi xəstəliyi olaraq qiymətləndirilə bilər.
Yaddaş funksiyası təkcə informasiyanın saxlanılması ilə deyil, onu düzgün zaman və yerdə xatırlaya bilmə qabiliyyəti ilə ölçülür. Məhz bu qabiliyyət pozulduqda, beyindəki dərin mexanizmlərdə dəyişiklik ola biləcəyi düşünülür. Bəzən yaddaşla bağlı olan bu narahatlıq unutqanlıq xəstəliyi kimi də dilə gətirilir. Hər bir halda belə bir narahatlığınız varsa, o zaman aparıcı mütəxəssis yardımı almalısınız! Bona Dea Hospitalında sizin narahatlıqlarınızı aradan qaldıra biləcək, bilikli mütəxəxssislər fəaliyyət göstərir.
🧬 Yaddaş pozulmaları niyə olur?
Yaddaş pozulmaları, beyindəki sinir hüceyrələrinin fəaliyyəti ilə sıx əlaqəlidir. Sinapslar arasında məlumat ötürülməsi zəiflədikdə və ya bloklandıqda, yadda saxlanan məlumatların geri çağırılması çətinləşir.
Yaddaş pozulmaları göstəriciləri əsasən bu formada özünü biruzə verir:
- Alzheimer və digər degenerativ beyin xəstəlikləri olduqda
- İnsult və damar tıxanıqlığı baş verdikdə
- Vitamin çatışmazlıqları, xüsusilə B12 azlığı zamanı
- Qaraciyər və böyrək funksiyalarında pozulmaları hallarında
- Xroniki stress, depressiya, yuxu rejimi pozğunluqları
- Beyin travmaları və ya silkələnmələr olduqda
Yaddaş zəifləməsi bəzən yaddaş pozğunluğu xəstəliyi kimi daha geniş diaqnozla nəticələnə bilər. Xüsusilə Alzheimer xəstəliyinin əlamətləri ilkin mərhələdə yalnız yaxın hadisələrin unudulması ilə başlayır və zamanla daha ciddi formaya keçir. Ümumiyyətlə, yaddaş pozuntularının diaqnostikası üçün öncə səbəb araşdırılmalıdır. Əgər bu vəziyyət stress, yuxusuzluq və ya vitamin əskikliyi ilə bağlıdırsa, müalicə daha sadə olur. Lakin nevrodegenerativ xəstəliklər mövcuddursa, daha kompleks yanaşma tələb edilir.
Bona Dea Hospital-ında yaddaş zəifliyi üçün təqdim olunan xidmətlər:
- Peşəkar nevroloji müayinə və qiymətləndirmə
- MRT, perfuziya və laborator testlər
- Koqnitiv funksiyaların testləşdirilməsi
- Psixoloji dəstək və yaddaş məşqləri
- İnsanlara və ailələrə yönəlik maarifləndirici məsləhətlər
Xüsusilə yaşlı pasiyentlərdə Alzheimer xəstəliyi, erkən mərhələdə aşkarlanarsa, simptomlar müalicə ilə əhəmiyyətli dərəcədə yavaşladılır. Yaddaş yalnız beyin funksiyası deyil, həyatın bütün sahələrinə təsir edən bir mərkəzdir. Onun zəifləməsi istər yaşla, istər stresslə, istərsə də neyroloji səbəblərlə bağlı olmasından asılı olmayaraq ciddi diaqnostik yanaşma tələb edir. Əgər sizdə və ya yaxınlarınızda bu tip əlamətlər müşahidə olunursa, vaxt itirmədən peşəkar yardım almaq önəmlidir. Bona Dea Hospitalında, yaddaş zəifləməsinə səbəb olan hallar geniş şəkildə araşdırılır və fərdi müalicə planı əsasında tədbirlər görülür.