Yod çatışmazlığı – Bədəndə yod çoxluğu – Müalicəsi
Yod çatışmazlığı
Yod çatışmazlığı xəstəlikləri hansılardır, yod çatışmazlığı əlamətləri necə olur, yod çatışmazlığı müalicəsi hansı yolla həyata keçirilir kimi sualların cavabını sizə ətraflı ötürmək istəyirik. Belə ki yod çatışmazlığı zamanı orqanizm kifayət qədər yod ala bilmədikdə baş verir və bir sıra sağlamlıq problemlərinə səbəb olur. Yod azlığı tiroid bezlərinin düzgün işləməsi üçün vacibdir. Tiroid hormonları orqanizmdə bir çox funksiyaları tənzimləyir, buna görə də yod çatışmazlığı ciddi nəticələrə səbəb ola bilər. Yod çatışmazlığı tiroid bezlərinin normal işləməməsinə və tiroid hormon istehsalını azaltmasına səbəb ola bilər. Bu vəziyyət hipotiroidizm adlanır və bütün bədəndə bir sıra simptomlara səbəb olur. Bunlara yorğunluq, çəki artımı, soyuğa qarşı həssaslıq, qəbizlik, quru dəri, saç tökülməsi, unutqanlıq və depressiya daxildir.
Bədəndə yod çoxluğu
Bədəndə yod çoxluğu zamanı nələr baş verir? İnsanlar körpəlikdən yetkinliyə qədər duz və ya yodlaşdırılmış qidalar qəbul etdikdə yod artıqlaması baş verir ki bu da xoş əlamət deyil. Xüsusilə, yod damcıları adlanan məhsulların şüursuz istehlakı yodun artıqlığına səbəb ola bilər və dozanı aşmaq xoşagəlməz hallarla nəticələnə bilir. Bilməyiniz vacib olan amil odur ki, sağlamlıq üçün çox faydalı qida maddəsi olan yodun normadan artıq olması sağlamlığa zərərlidir. Yod vücudunuzda həddindən artıq olduqda, tiroid bezində hormon istehsalı pozulur və nəticədə bəzi xəstəliklərin yaranma səbəbi olur. Bundan əlavə, insanların dərisində allergiya yaranır və sızanaqların əmələ gəlməsi artır ki, bu da xoşagələn göstərici deyil.
Bədəndə yodun həddindən artıq olmasının simptomları
Bədəndə yod artıq olduqda bəzi əlamətlər meydana çıxır. Artıq yodun əlamətləri bunlardır:
- Zəiflik
- Dəri quruluğu
- Yorğunluq
- Dərinin qalınlaşması
- Zehni funksiyalarda zəiflik, unutqanlıq
- Qəbizlik
- Saçların zəifləməsi və tökülməsi
- Sürətli çəki artımı
- Diqqət problemi
- Həddindən artıq üşümə
- Menstruasiya dövrlərində nizamsızlıq
- Saçların və dırnaqların qırılması
- Depressiv əhval
- Hamilə qalmaqda çətinlik çəkmək
Uşaqlarda yod çatışmazlığı
Bir insanın yoda ehtiyacı ana bətnində başladığı üçün gələcək analar hamiləlik dövründə bətnindəki körpənin yetərli yod qəbuluna xüsusi diqqət yetirməlidirlər. Qalxanabənzər vəz hormonlarının istehsalı üçün əsas maddə olan yod çatışmazlığının uşaqlarda təsiri birbaşa inkişafla əlaqəli olduğu üçün kritik əhəmiyyət kəsb edir. Daha çox hamilə qadınları və uşaqları təsir edən qeyri-kafi yod səviyyəsinin uşaq inkişafına təsiri və yod çatışmazlığını aradan qaldırmağa kömək edəcək məsləhətləri tibb işçilərindən ala bilərsiniz. Peşəkar tibb işçilərinin təyin etdiyi ümumi analizlər nəticəsində yod qəbulu ilə bağlı müəyyən edilmiş dozalarda, yod tərkibli qidalar və preparatların qəbulu məqbul sayıla bilər. Uşaqlarda yod çatışmazlığı idrak qabiliyyətini azaldır. Hamiləlik dövründə ana bətnində kifayət qədər yod qəbul etməyən və doğuşdan sonra yod çatışmazlığına qarşı heç bir tədbir görməyən uşaqlarda bir çox inkişaf pozğunluqları baş verir ki, bu da valideyinləri narahat edir. Əslində yod çatışmazlığının qarşısının alınmaması hətta körpədə qalıcı beyin zədələnməsinə səbəb ola bilər. Bu zaman yod çatışmazlığı ilə beyində öz təsirini göstərərək uşaqların idrak funksiyalarının yetərincə inkişaf etməməsinə səbəb olur. Beyin inkişafının geriliyi uşağın məktəb uğuruna birbaşa təsir edir və zamanında bu problemin həlli yollarını aşkarlayaraq övladınızın sağlam inkişafını pərpa edə bilərsiniz.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .