WhatsApp Button
Home Icon
Arrow
Arrow
Anemiya nədir – Qan azlığının fəsadları haqqında!

Anemiya nədir – Qan azlığının fəsadları haqqında!

Calendar Icon
27 iyun 2024
Məqalənin məzmunu
  • Anemiya nədir?
  • Anemiyanın növləri:
  • Anemiya əlamətləri? 
  • Anemiya müalicəsi necə olunur?
  • Anemiyanın səbəb olduğu xəstəliklər hansılardır? 
  • Anemiya nədir?

    Anemiya nədir? Anemiya qeyri-kafi sayda sağlam olan qırmızı qan hüceyrələrinin və ya qanda hemoglobin səviyyəsinin aşağı olması ilə xarakterizə olunan və özünü biruzə verən bir xəstəlikdir. Bu xəstəlik adətən qan azlığı simptomu ilə də özünü biruzə verir. Bildiyimiz üzrə hemoqlobin oksigeni ağciyərlərdən bədən toxumalarına daşıyan bir zülaldır ki, onun çatışmazlığı zamanı anemiya yaranmasına səbəb olur. Bəs anemiya olan insanlarda hansı hallar və göstəricilər baş verir? Əgər anemiya olduğunuzdan şübhə edirsinizsə, Bunun üçün zəruri testlərin və analizlərin aparılması vacibdir. Bunun üçün Bona Dea Hospitalına müraciət edə bilərsiniz.

    Anemiyanın növləri:

    Dəmir çatışmazlığı anemiyası

    Megaloblastik anemiya (B12 və fol turşusu çatışmazlığı)

    Aplastik anemiya

    Hemolitik anemiya

    Orak hüceyrəli anemiya

    Kroniki xəstəliklərə bağlı anemiya

    Talassemiya

    Anemiyanın növləri fərqli səbəblərdən qaynaqlansa da, hər biri üçün dəqiq diaqnoz və vaxtında müalicə sağlamlığın bərpasında əsas rol oynayır.

    Anemiya əlamətləri? 

    Anemiya əlamətləri, orqanizmə kifayət qədər oksigen çatmadıqda meydana gələn simptomlarla özünü göstərir. Bu vəziyyət yorğunluq, halsızlıq, mütəmadi başgicəllənmə, nəfəs darlığı, qol və ayaqlarda keyimə, yuxusuzluq və solğun dəri kimi problemlərə səbəb ola bilər. Vaxtında müalicə edilmədikdə, anemiya əlamətləri daha ciddi sağlamlıq problemlərinə yol aça bilər. Buna görə də bu simptomları görməzdən gəlməmək və erkən tibbi yardıma müraciət etmək çox vacibdir.

    Anemiya müalicəsi necə olunur?

    Anemiya olan insanların müalicəsi bu xəstəliyin növündən və yaranma səbəbindən asılı olaraq dəyişir. Bu, dəmir çatışmazlığı anemiyasını müalicə etmək üçün dəmir əlavələrinin qəbulunu artıqmaq, meqaloblastik anemiyanın müalicəsi üçün vitaminlərin (məsələn, fol turşusu kimi lazımi maddələrin və B12 vitamini) qəbulunu düzənə salmaq və anemiyaya səbəb ola biləcək əsas vəziyyəti müalicə etməyi əhatə edə bilər. Anemiya xəstəliyi xərçəngə səbəb olurmu, sualı bir çoxlarınızı narahat edir və bilməyiniz vacibdir ki, anemiyanın özü xərçəngə səbəb olmur, lakin bəzi xərçəng növləri və ya onun müalicəsi  zamanı anemiyaya səbəb olan dəyişikliklərə təkan verə bilər. Bunun üçün ixtisaslaşmış həkim müayinəsinə zəruri ehtiyac duyulur ki, Bona Dea Hospitalı peşəkar həkim kollektivi ilə sizə köməklik göstərə bilər.

    Anemiyanın səbəb olduğu xəstəliklər hansılardır? 

    Anemiya yuxarıda qeyd etdiyimiz kimi müxtəlif səbəblərdən yarana bilər. Ən çox anemiya yaranma səbəblərindən  dəmir çatışmazlığı, vitamin çatışmazlığı (məsələn, vitamin B12 və ya fol turşusu maddələrinin bədəndə azlığı), xroniki xəstəliklər (məsələn, xroniki böyrək xəstəliyi, iltihablı bağırsaq xəstəliyi və s. bu kimi), qan itkisi (qanaxma nəticəsində baş verə biləcək anemiya göstəricisi), genetik pozğunluqlar və s. göstərə bilərik. Bu xəstəliyin yaranma səbəbini aydınlaşdırmaq üçün zəruri analizlərin götürülməsi və alınan cavablara əsaslanan nəticələrin göstəricilərinin təyini mümkündür. Anemiya üçün dərmanlar, xəstəliyin növünə və səbəbinə uyğun olaraq dəmir preparatları, B12 vitamini, fol turşusu və ya digər xüsusi müalicə vasitələri şəklində təyin edilə bilər. Bona Dea Hospitalı olaraq sizə peşəkar və işində mütəxəssisləşmiş həkimlərimizin qəbulunu eyni zamanda müalicə metodlarını dəyərləndirərək yarana biləcək anemiya və bu kimi digər xəstəliklərin təyini prosesini təklif edirik. Sağlamlığınızın qeydinə qalın və bunu ixtisaslaşmış həkim komandamıza etibar edin.

    * Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
    * Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
    tag Icon
    anemiya
    qan azligi
    Mütəxəssislərimizdən soruşun!
    Bütün Xəstəxanalar
    Chevron Down

    Versiya Tarixçəsi
    Cari versiya
    13 yanvar 2025 08:52:09
    Liv Redaksiya Heyəti
    Səhifənin linki uğurla kopyalandı!