Backrgound Image
Home Icon
Arrow
Arrow
Nevroz nədir? 🧠

Nevroz nədir? 🧠

Calendar Icon
28 may 2025
Məqalənin məzmunu
  • 🌐 Nevrozun növləri
  • 💊 Nevrozun müalicəsi
  • Nevroz ağrıları necə olur? 
  • Nevroz əlamətləri nələrdir?
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Nevroz, insanın gündəlik həyatına təsir edən emosional gərginlik, narahatlıq və daxili konfliktlərlə müşayiət olunan psixoloji pozuntudur. Bu, şizofreniya və digər ciddi psixi xəstəliklərdən fərqli olaraq, şəxsiyyətin parçalanması ilə deyil, daha çox emosional sabitliyin pozulması ilə xarakterizə olunur.

 

 

Nevroz zamanı insan reallıqla əlaqəsini itirmir, ancaq öz hisslərinə, davranışına və ətrafına qarşı mənfi düşüncələrə qapılır. Bu hal uzun müddət davam etdikdə həm psixoloji, həm də fiziki sağlamlığa təsir edir.

 

Nevrozun əsas simptomlarına aşağıdakılar daxildir:

 

Xroniki narahatlıq və təşviş

Daimi yorğunluq və enerjisizlik

Həssaslıq və tez-tez ağlama halları

Yuxu pozğunluğu

Konsentrasiya çətinliyi

Əsəb gərginliyi və həyəcan

 

🌐 Nevrozun növləri

Nevrozun bir neçə forması mövcuddur və hər birinin özünəməxsus simptomları və səbəbləri var. Ən geniş yayılmış növləri hansılardır və özünü necə biruzə verir, gəlin birlikdə nəzər salaq: 

 

  • Təşviş pozuntusu:

 

İnsanda səbəbsiz qorxu, təşviş və pis hadisə gözləmə hissi yaranır. Tərləmə, ürəkdöyünmə və nəfəs darlığı kimi fiziki simptomlarla müşayiət oluna bilər.

 

  • Depressiv nevroz:

Əhvalın uzunmüddətli aşağı düşməsi, motivasiya itkisi və özünə qarşı neqativ münasibət ilə xarakterizə olunur.

 

  • Histerik nevroz:

İnsanda emosional partlayışlar, özünü qeyri-adi formada ifadə etmək və diqqət mərkəzində olma istəyi müşahidə olunur.

 

  • Obsesiv-kompulsiv nevroz (OKB):

Daimi təkrarlanan fikirlər (obsessiyalar) və bunları neytrallaşdırmaq üçün təkrarlanan davranışlar (kompulsiyalar) ilə özünü göstərir.

 

  • Somatizasiya nevrozu:

Fiziki xəstəlik simptomları yaşansa da, tibbi olaraq heç bir xəstəlik aşkar edilmir. Bu psixoloji gərginliklə əlaqəlidir.

💊 Nevrozun müalicəsi

Nevrozun müalicəsi kompleks yanaşma tələb edir. Əsas məqsəd xəstənin daxili gərginliyini azaltmaq, narahatlığın kök səbəblərini tapmaq və onları aradan qaldırmaqdır. Bunun üçün nələr edilməlidir, hansı metodlar daha doğrudur və ilk addım olaraq nədən başlanılmalıdır kimi suallara cavab axtaranlar üçün qeyd edə bilərik ki, Bona Dea Hospital-ında aparıcı mütəxəssisə müraciət etməklə müalicəyə başlaya bilərsiniz.

Ümumi olaraq prosesin gedişatına bunlar daxildir:

 

  • Psixoterapiya:

Ən təsirli və ilk tətbiq olunan üsullardan biridir. Xüsusilə kognitiv-bihevioral terapiya (CBT) nevrozun əsas simptomlarını idarə etməkdə çox faydalıdır.

 

  •  Dərman müalicəsi:

Bəzi hallarda antidepresantlar və anksiyolitik dərmanlar təyin oluna bilər. Lakin bu, yalnız psixiatr nəzarətində olmalıdır.

 

  • Yaşam tərzi dəyişikliyi:

Stressdən uzaq durmaq, fiziki aktivlik, düzgün yuxu rejimi və balanslı qidalanma müalicə prosesinə ciddi dəstək verir.

 

  • Ailə və sosial dəstək:

Ətrafdakıların anlayışı və dəstəyi nevrozu olan şəxsin sağalma prosesində mühüm rol oynayır.

 

Ümumiyyətlə, Nevroz müasir dövrün ən yayılmış psixoloji pozuntularından biridir. Əlamətləri vaxtında müəyyən edildikdə və düzgün yanaşma tətbiq edildikdə, bu pozuntu tamamilə idarə edilə bilər. Özünüzdə və ya yaxınlarınızda bu simptomları müşahidə edirsinizsə, mütəxəssisə müraciət etməkdən çəkinməyin.

 

Nevroz ağrıları necə olur? 

Bəzən heç bir fiziki səbəb tapılmayan ağrılar, təzyiqin qəfil yüksəlməsi, ürək döyüntülərinin artması və bədəndə yayılan narahatlıq hissi nevroz əlamətləri ola bilər. Çünki bu cür halların arxasında çox vaxt nevroz adlı bir psixoloji vəziyyət dayanır. Nevroz, gündəlik həyatdakı stress, travmalar, emosional yüklənmə və psixoloji təzyiqlərin nəticəsində yaranan bir pozuntudur. Bu hal təəssüf ki, təkcə zehni deyil, bədəni də çox ciddi şəkildə təsirləndirə bilir. Tam olaraq nevroz ağrıları necə olur, sualına cavab vermək qeyri mümkündür. Çünki nevroz zamanı bədəndə yaranan ağrılar çox vaxt "həkim-həkim gəzdirən" simptomlardandır deyə bilərik. Yəni insan bir çox analiz etdirir, amma səbəb tapılmır. Bu ağrılar əsasən:

 

  • Baş nahiyəsində sıxıntı və gərginlik hissi verir.
  • Sinə ağrısı, sanki ürək tutulur, nəfəs almaq çətinləşir.
  • Boyun, kürək və çiyin ağrıları, uzunmüddətli gərginlikdən sonra əzələlərdə yığılma.
  • Qarın ağrısı, qaz, köp, həzm sistemi də nevrozun əsas “hədəf”idir.
  • Ətraflarda uyuşma, sızıldama və titrəmə hissi və s.

 

Bu ağrılar konkret səbəb olmadan ortaya çıxır və adətən günün müəyyən saatlarında güclənir. Maraqlıdır ki, ağrı hissi ilə yanaşı insan tez-tez ölüm qorxusu, infarkt keçirdiyini zənn etmə, ya da “nə isə pis olacaq” hissi ilə yaşayır.

 

Nevroz əlamətləri nələrdir?

Nevroz təkcə bədənə deyil, gündəlik əhvalımıza, davranışımıza və münasibətlərimizə də təsir edir. Ən geniş yayılmış simptomlara gəlin birlikdə nəzər salaq:  

 

  1. Daimi narahatlıq və gərginlik hissi
  2. Panik ataklar, qəfil başlayan təngnəfəslik, ürək döyüntüləri və ölüm qorxusu
  3. Yuxusuzluq və gecə tez oyanmaq
  4. Konsentrasiya çətinliyi və tez yorulma
  5. Ağlamaq istəyi, əsəbilik, səbəbsiz əsəbi partlayışlar
  6. Cəmiyyətdən uzaqlaşmaq və özünəqapanma

 

Bəzən insan özündə bu simptomları hiss etsə də, bunu ciddi qəbul etmir. Halbuki, nevroz vaxtında müalicə olunmazsa, depressiya və panik pozuntular kimi daha ağır psixoloji durumlara səbəb ola bilər. Əgər uzunmüddətli ağrılar, izah olunmayan narahatlıqlar və psixoloji gərginlik hiss edirsənsə, bu sadəcə fiziki yox, emosional yüklənmənin nəticəsi ola bilir. Dərmanlardan öncə bir psixoloq və ya nevroloqla məsləhətləşmək, sağlamlığın üçün əvəzolunmaz addımdır!

 


* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
12 iyun 2025 13:31:39
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!