Backrgound Image
Home Icon
Arrow
Arrow
Yaddaş zəifliyi aradan qaldirilması yolları

Yaddaş zəifliyi aradan qaldirilması yolları

Calendar Icon
28 may 2025
Məqalənin məzmunu
  • 💊 Yaddaş zəifliyi üçün dərman varmı?
  • 📚 Yaddaşı necə gücləndirmək olar?
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Son vaxtlar daha çox insan yaddaş zəifliyi problemi ilə qarşılaşır ki, bu siyahıya istər gənclər, istər yaşlılar, istərsə də uşaqlar daxildir. Unudulan adlar, itən fikirlər və bir neçə dəqiqə əvvəl danışılan söhbətin tamam unudulması artıq “normal yorğunluq” deyə ötüşdürülə bilməz. Əslində yaddaşın itməsi xəstəliyi kimi tanınan hallar bir çox fərqli səbəblə baş verə bilər. 

 

 

Bu səbəblərə nələr daxildir, gəlin, birlikdə baxaq:

 

Beyindəki sinir bağlantılarının zəifləməsi,

Stress,

Düzgün qidalanmama,

Yuxusuzluq,

Vitamin çatışmazlığı və daha çoxu.

 

Əgər bu hallara vaxtında müdaxilə olunmazsa, daha dərin koqnitiv pozuntulara gətirib çıxara bilər. Yaddaşınıza etibar edin, amma onu qorumağı da unutmayın! Vaxtında həkimə müraciət, düzgün qidalanma və zehni aktivlik bu xəstəliklə mübarizədə əsas prioritet rol oynayır.

 

 

💊 Yaddaş zəifliyi üçün dərman varmı?

Bəli, yaddaş zəifliyi üçün dərman var, amma dərmanlar möcüzə yaradacaq deyə bir anlayış yoxdu. Həkimlər yaddaş zəifliyi ilə bağlı dəqiq diaqnoz qoymadan heç bir dərman istifadəsini tövsiyə etmir. Yaddaşın zəifləməsi bəzən Alzheimer xəstəliyinin əlamətləri də ola bilər, bəzən isə sadəcə müvəqqəti beyin yorğunluğu da olma ehtimalı var.

 

Müalicə adətən aşağıdakı yanaşmalarla aparılır:

 

Neyroprotektiv preparatlar (sinir hüceyrələrini qoruyan dərmanlar)

Bitki mənşəli yaddaş gücləndiricilər 

Vitamin kompleksləri (xüsusilə B qrupu vitaminləri)

 

Valideynlər üçün əsas bilməli olduqları məqam da odur ki, uşaqlar üçün yaddaş dərmanı istifadəsi yalnız həkim göstərişi ilə olmalıdır. Uşaq beynindəki inkişaf mərhələləri hələ tam formalaşmadığı üçün səhv yanaşmalar uzunmüddətli yalnış təsirlərə səbəb ola bilər.

 

📚 Yaddaşı necə gücləndirmək olar?

Yaddaş, bir əzələ kimi təlimlə gücləndirilə bilir. Bəzən dərmanlardan daha çox təsir edən gündəlik vərdişlər var. 

 

Aşağıda yaddaşı gücləndirmək üçün ən effektiv üsulları sizin üçün qeyd edirik:

 

🧩 1. Beyin məşqləri edin

Sudoku, şahmat, yaddaş kartları və ya gündəlik 10 yeni söz öyrənmək kimi vərdişlər yaddaşı gücləndirə bilər.  Çünki, sadə fəaliyyətlər sinapsları hərəkətə gətirir.

 

🍎 2. Qidalanmanı düzəldin

Fındıq, badam, balıq, brokkoli və tünd şokolad beyin üçün “super qida” hesab olunur.

 

🛌 3. Keyfiyyətli yuxuya üstünlük verin

REM yuxu mərhələsi, yaddaşın “arxivləşdirildiyi” vaxtdır. Gecə yuxusunun azlığı və keyfiyyətsizliyi yaddaşa ciddi zərər vurur.

 

🚶‍♀️ 4. Fiziki hərəkətə başlayın

Gündəlik sadə gəzinti belə beynin qan dövranını yaxşılaşdırır və orqanlarda qan axınının (perfuziyanın) ölçülməsi ilə əlaqəli pozuntuların qarşısını alır.

 

☀️ 5. Gün işığında vaxt keçirin

Günəş işığı D vitamini sintezini artırır. Bu da sinir sisteminin normal fəaliyyətində böyük rol oynayır.

 

Bəs, peşəkar dəstək nə zaman lazımdır? Əgər yaddaş zəifləməsi 1-2 həftəlik vəziyyət yox, davamlı və gündəlik həyata təsir edən haldırsa, mütləq həkimə müraciət edilməlidir. Çünki bu, sadəcə yorğunluq yox, nevroloji pozuntu ola bilər. Bona Dea Hospitalında yaddaşla bağlı problemlər multidisiplinar yanaşma ilə dəyərləndirilir. Həm müasir görüntüləmə metodları (MRT, perfuziya analizi), həm də psixoloji dəstək və qidalanma tövsiyələri əsasında müalicə planı hazırlanır.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
09 iyun 2025 10:07:34
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!