Backrgound Image
Home Icon
Arrow
Arrow
Revmatoid Artrit

Revmatoid Artrit

Calendar Icon
10 mart 2025
Məqalənin məzmunu
  • Revmatoid artrit əlamətləri
  • Revmatoid artrit analizi
  • Ayaqlarda artrit
  • Revmatoid artrit müalicəsi  
  • Uşaqlarda revmatoid artrit
Copy Icon
Twitter Icon
Facebook Icon
Lınkedin Icon

Revmatoid artrit əlamətləri

Revmatoid artrit, çox zaman oynaqlarda iltihab və ağrı ilə müşahidə edilən xroniki otoimmün xəstəlikdir. Xəstəliyin ilkin mərhələlərində hansı sipmptomlar sizi narahat edə bilər? İlk zamanlarda barmaq və bilək oynaqlarında sərtlik, şişkinlik və hərəkət məhdudiyyəti kimi əlamətlər müşahidə edilir. Daha sonra diz, çiyin və ayaq oynaqları da zədələnə bilər. Xəstələr səhərlər oynaqlarda sərtlik hiss edir ki, bu sərtlik uzun müddət davam edə bilir. Revmatoid artrit əlamətləri arasında yorğunluq, iştahsızlıq və bəzən hərarət də yer alır ki, çox vaxt bu adi soyuqdəymə ilə də qarışdırılır. Bu xəstəliyin sabit göstəricilərini aşağıdakı şəkildə sıralaya bilərik:

 

  • Oynaq ağrısı və şişkinlik, xüsusilə səhər saatlarında artır baş verərsə,
  • Sərtlik və hərəkət məhdudiyyəti uzun müddət davam edərsə,
  • Yorğunluq, iştahsızlıq və ümumi halsızlıq müşahidə olunarsa,
  • Bəzi hallarda bədən hərarətinin yüksəlməsi halları müşahidə edilirsə, bu zaman xəstəliyin əlamətləri özünü tam şəkildə biruzə verir deməkdir.

 

Revmatoid artrit göstəriciləri xəstəliyin gedişatına görə fərqlənir. Erkən diaqnoz qoyulmazsa, iltihab prosesi oynaqlarda daimi zədələnməyə və funksional məhdudiyyətlərə səbəb ola bilər.

 

Revmatoid artrit analizi

Revmatoid artritin dəqiq diaqnozu üçün müxtəlif laborator analizlər tətbiq edilir və nəticəyə uyğun olaraq diaqnoz qoyulur. Bu xəstəliyin aşkarlanması üçün ən geniş istifadə olunan testlər arasında revmatoid faktor yəni RF analizi, anti-CCP yəni siklik sitrullinləşdirilmiş peptid antikoru, CRP yəni C-reaktiv protein və ESR yəni eritrosit çökmə sürəti testləri yer götürülür. Revmatoid artrit analizi, xəstəliyin aktivliyini və iltihabi prosesin səviyyəsini müəyyən etmək üçün həkimlər tərəfindən təyin edilir. Oynaqlarda yaranan dəyişikliklər isə rentgen, MRT və ya ultrasəs müayinəsi ilə izlənilir. İndi isə hər bir testin nə üçün olduğunu daha açıq şəkildə aydınlaşdıraq:

 

  • Revmatoid faktor (RF) testi – Xəstələrin qanında revmatoid artritlə əlaqəli antikorların olub-olmadığını göstərir.
  • Anti-CCP analizi – Erkən diaqnoz üçün mühüm göstəricilərdən biridir.
  • ESR və CRP testləri – Orqanizmdə gedən iltihab proseslərinin aktivliyini ölçür.
  • Rentgen və MRT müayinələri – Oynaqlarda baş verən struktur dəyişiklikləri müəyyən etməyə kömək edir.

 

Bu analizlər sayəsində revmatoid artritin dərəcəsi və irəliləyiş səviyyəsi təyin olunur. Düzgün diaqnoz xəstəliyin vaxtında müalicəsinə imkan yaradır və ağırlaşmaların qarşısını alır.

 

Ayaqlarda artrit

Ayaqlarda artrit, revmatoid artritin təsir etdiyi əsas nahiyələrdən biridir. Bu xəstəlik ayaq barmaqları, ayaq biləkləri və topuq oynaqlarında iltihab və ağrıya səbəb olan xəstəlikdir. Xəstələr ayaqlarında sərtlik, şişkinlik və hətta deformasiya kimi əlamətlərlə qarşılaşa bilərlər. Revmatoid artrit həkim tərəfindən erkən mərhələdə diaqnoz qoyulduqda xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkündür. Müalicə olunmadıqda, ayaqlarda artrit xəstənin hərəkət imkanlarını məhdudlaşdıra bilər və bu da böyük narahatlıqlara yol açır.

 

  • Ayaqlarda şişkinlik, qızartı və oynaq ağrıları müşahidə edilirsə,
  • Uzun müddət hərəkətsiz qalmaq sərtliyə və diskomforta səbəb olursa,
  • Yerimə zamanı ağrı hissi artır və oynaqların hərəkət diapazonu azalırsa,
  • Ayaqlarda deformasiya və sümük çıxıntılarının yaranması müşahidə olunursa, gecikdirmədən mütəxəssis yardımı alınmalıdır.

 

Revmatoid artrit həkim tərəfindən erkən mərhələdə müalicə olunmazsa, ayaq oynaqlarında qalıcı dəyişikliklər yarana bilər. Müalicə üçün dərman terapiyası, fizioterapiya və xüsusi ortopedik vasitələrdən istifadə olunur. 

 

Revmatoid artrit müalicəsi  

Revmatoid artrit müalicəsi kompleks yanaşma tələb edən bir prosesdir. Xəstəliyin irəliləməsini yavaşlatmaq və simptomları nəzarət altına almaq üçün dərman müalicəsi, fizioterapiya və həyat tərzi dəyişiklikləri vacib rol oynayır. Revmatoid artrit zamanı immun sisteminin həddindən artıq aktivliyini azaldan vasitələrdən və ya dərmanlardan istifadə edilir. Ağrıları yüngülləşdirmək və iltihabı nisbətən də olsa azaltmaq üçün iltihab əleyhinə preparatlar tətbiq oluna bilər. Revmatoid artrit müalicəsi haqqında ətraflı məlumatı paylaşırıq:

 

Revmatoid artrit zamanı fizioterapiya

Revmatoid artrit zamanı fizioterapiya faydaları nədir? Bu prosedur oynaq funksiyasını qorumaq və ağrıları azaltmaq üçün tətbiq edilən effektiv üsullardan biridir. Müalicə prosesi fərdi yanaşma tələb edir və xəstənin vəziyyətinə uyğun olaraq tərtib edilir. Fizioterapiya metodları arasında bir çox üsul var ki, onlardan su terapiyası, elektroterapiya və masaj texnikaları geniş istifadə olunur. Bu üsullar qan dövranını sürətləndirərək iltihabı azaldır və oynaq elastikliyini artırmağa kömək olur. Xüsusilə istilik terapiyası və ultrasəs müalicəsi ağrının idarə olunmasına kömək edən üsullardan biridir. Revmatoid artrit dərmanları ilə yanaşı fizioterapiyanın tətbiqi xəstəliyin irəliləyişini yavaşladır. Xəstələrə gündəlik həyatlarında qamət korreksiyası, düzgün hərəkət vərdişləri və yüngül idman hərəkətləri tövsiyə olunur.

 

Revmatoid artritin təbii müalicəsi 

Revmatoid artritin təbii müalicəsi üsulları xəstələrin gündəlik həyat keyfiyyətini artırmağa kömək edə bilər. Bəzi təbii vasitələr iltihabı azaltmaq və ağrını yüngülləşdirmək üçün istifadə edilir. Sağlam qidalanma revmatoid artritin idarə olunmasında vacib rol oynayır. Bir çox təbii vasitələr var ki, məsələn zəncəfil, sarıkök, balıq yağı və yaşıl çay kimi təbii antioksidantlar iltihabı azaltmağa kömək edir. Müntəzəm fiziki aktivlik və stressin idarə edilməsi də müalicə prosesinə müsbət təsir göstərir. Xəstələrə yüngül yoqa, nəfəs məşqləri və meditasiya kimi idman növlərindən istifadə etmək də tövsiyə edilir. Həkim nəzarəti altında revmatoid artritin təbii müalicəsi üsulu müsbət nəticə verə bilər.

 

Revmatoid artrit xalq təbabəti 

Revmatoid artrit nədir və onun xalq təbabəti ilə müalicəsi mümkündürmü? Xalq təbabəti bəzi hallarda ağrıları azaltmağa və oynaq elastikliyini artırmağa kömək edə bilər. Ən çox istifadə edilən üsullar hansılardır? Bu üsullar arasında bitki mənşəli kompreslər, bal və zəncəfil qarışıqları, sarıkökdən hazırlanan vasitələr yer alır. Xəstələr isti vannalar və dəniz duzu ilə kompreslər vasitəsilə iltihabı nisbətən yüngülləşdirə bilərlər. Lakin unutmayaq ki, revmatoid artritin xalq təbabəti üsulları yalnız dəstəkləyici müalicə kimi istifadə edilməlidir. Xəstəliyin irəliləməsinin qarşısını almaq üçün müasir tibb metodları ilə təbii müalicə yollarının birgə tətbiq edilməsi daha çox tövsiyə olunur. Bu zaman alınan nəticə daha yaxşı olmaqla yanaşı, həm də xəstəliyin öhdəsindən də rahat şəkildə gəlmək olacaq.

 

Uşaqlarda revmatoid artrit

Uşaqlarda revmatoid artrit diaqnozu nə qədər tez təyin edilərsə yaxşı olar. Çünki gecikmələr zamanı xəstəlik ağırlaşmış olur və yaranmış fəsadların müalicəsi daha ağır keçir. Xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün dərman terapiyası, fizioterapiya və düzgün pəhriz planı tətbiq olunmalıdır. Təbii ki, bütün bunlar diaqnoz qoyuldudan və neçənci dərəcəli revmatit artrit olmağınızdan asılı olaraq xəstəliyin müalicə metodları fəqlənir. Bəs uşaqlar bu xəstəliyin olduğunu necə təyin edə bilərik?

 

  • Əgər uşaqlarda oynaq ağrıları və hərəkət məhdudiyyətləri müşahidə edirsinizsə,
  • Oynaqlarda şişkinlik uzun zaman davam edərsə,
  • Daimi yorğunluq və iştahsızlıq varsa,
  • Bəzi hallarda isə yüksək hərarət və dəri səpgiləri ilə müşahidə edirsinizsə mütləq həkimə müraciət edin!

 

Bona Dea Hospitalında uşaqlar üçün müasir müalicə metodları, ixtisaslaşmış revmatoloqların müayinəsi və fərdi müalicə planları təqdim edilir. Uşaqlarda revmatoid artrit varsa, valideyinlər onlayn qeydiyyat vasitəsilə həkim qəbuluna yazıla və müasir müalicə üsullarından faydalana bilərlər. Peşəkar tibbi yanaşma revmatoid artritin simptomlarını minimuma endirərək uşaqların daha rahat və aktiv həyat sürməsinə imkan yaradacaq.

* Bu məzmunun yaradılmasında Liv Hospital Redaksiya Heyəti Bu məzmunun nəşrinə öz töhfəsini vermişdir .
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .
tag Icon
Mütəxəssislərimizdən soruşun!
Bütün Xəstəxanalar
Chevron Down

Versiya Tarixçəsi
Cari versiya
06 may 2025 11:23:19
Liv Hospital Redaksiya Heyəti
Səhifənin linki uğurla kopyalandı!