Revmatoid faktor yəni qısa olara RF nədir? RF, immun sisteminin bəzi otoimmün xəstəliklər zamanı istehsal etdiyi xüsusi bir antikordur. Bu faktor revmatoid artrit və digər iltihabi oynaq xəstəlikləri ilə əlaqəli olub, bədənin öz sağlam toxumalarına qarşı hücum etməsinə səbəb olur. RF yüksək olan xəstələrdə hansı simptomlar baş verir? Bu zaman oynaq ağrıları, şişkinlik, hərəkət məhdudiyyəti və iltihabi proseslər müşahidə edilə bilər. Lakin, bilməyiniz vacib olan məqamlardan biri də odur ki, RF yalnız revmatoid artritlə məhdudlaşmır. Bəzi digər otoimmün xəstəliklərdə və hətta bəzən sağlam insanlarda da bu göstərici yüksək ola bilər. Buna görə də, analiz verilən zaman RF testinin nəticələri digər müayinə və analizlərlə birlikdə qiymətləndirilməlidir.
Revmatoid faktor (RF) analizi
Revmatoid faktor analizi, qandakı RF səviyyəsini ölçən laborator müayinədir. Bu analiz, əsasən, revmatoid artrit, sistemik lupus eritematozus, Sjögren sindromu kimi otoimmün xəstəliklərin aşkarlanması zamanı təyin edilir. RF səviyyəsinin yüksəlməsi, xəstəliyin aktivliyinin və iltihabi proseslərin güclənməsinin göstəricisi hesab olunur. Lakin bəzi hallarda analiz nəticələrində RF səviyyəsi yüksək olsa da, xəstəlik simptomları müşahidə edilməyə bilər.
RF analizi hansı yolla götürülür? Bu analiz sadə qan testi vasitəsilə aparılır. Qan nümunəsi laboratoriyada xüsusi test üsulları ilə yoxlanılır. Nəticələr RF vahidləri ilə ölçülür və müqaisə edilir. RF dəyəri yüksək olan insanlarda əlavə olaraq digər testlər də yoxlanıla bilər. Bu testlərə, anti-CCP analizi və ESR yəni eritrositlərin çökmə sürəti kimi göstəricilər aiddir. Bu testlər birlikdə revmatoid artritin erkən diaqnozunda və xəstəliyin gedişatının izlənməsində mühüm rol oynayır.
RF testinin nəticələri digər analiz nəticələri ilə birlikdə qiymətləndirilməlidir. Çünki bəzi infeksiyalar, xroniki xəstəliklər və yaş faktoru da RF dəyərlərinin artmasına səbəb ola bilər. Bu səbəbdən, təkcə RF səviyyəsinə əsaslanaraq dəqiq diaqnoz qoymaq mümkün deyil.
RF analizi qiyməti
RF analizi qiyməti necə təyin edilir? Bu analizlərin qiymətləri bir sıra amillərdən asılı olaraq dəyişir. Müayinə aparılan laboratoriyanın texniki avadanlıqları və imkanları, testin növü və əlavə diaqnostik analizlərin olub-olmaması ümumi qiymətə təsir edən əsas faktorlar arasındadır. Bəzi tibb müəssisələrində RF testi paket halında təklif edilər bilər, bəzilərində isə revmatoloji analizlərlə birlikdə təklif olunur ki, bu da xəstəliyin daha dəqiq diaqnozuna kömək edir. Müayinə qiymətləri fərqli laboratoriyalar arasında dəyişdiyinə görə, bu analiz qiyməti haqqında dəqiq bir informasiya vermək mümkün deyil. Bona Dea hospitalında RF analizi qiyməti ilə maraqlana və doğru nəticələrə əsaslanan həkim müayinəsi və müalicəsindən istifadə edə bilərsiniz.
* Bu səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkiminizlə məsləhətləşin. Bu səhifənin məzmununa Liv Hospitalda tibbi sağlamlıq xidməti haqqında məlumat daxil deyil .